Usta Zeynal Nəqqaş
Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad – 1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair.
== Həyatı ==
Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərib. Ordubadda sonra isə Təbrizdə mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb, fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır.
== Fəaliyyəti ==
=== Şeirləri ===
Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir.
"Nə bilim" adlı satirik şeirindən misralar:
=== İctimai məzmunlu şeirləri ===
İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır.