Oka

coğ. Oka

oxvari
okean
OBASTAN VİKİ
Oka
Oka: Oka çayı — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının sağ qollarından ən böyüyü. Oka (bur. Аха́-dan) — Şərqi Sibirdə çay, Anqara şayının sol qolu. Oka — Tver vilayətində çay, Kunyanın qolu. Oka — Qərbi Sibirdə çay, Omun qolu. Oka — Başqırdıstanın şimal-şərqində çay, İkanın qolu. Oka — İspaniyada çay. Oka — dəmiryol stansiyasının qəsəbəsi, Serpuxov rayonu, Moskva vilayəti, Rusiya. Oka (BAЗ-1111х, СеАЗ-11116) — birinci qrup xüsusi kiçik sinif azlitrli minik maşını (seqment А — miniavtomobillər), 1988—2008-ci illərdə buraxılıb. Oka — velosiped markası.
Oka (avtomobil)
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
Oka (dəqiqləşdirmə)
Oka: Oka çayı — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının sağ qollarından ən böyüyü. Oka (bur. Аха́-dan) — Şərqi Sibirdə çay, Anqara şayının sol qolu. Oka — Tver vilayətində çay, Kunyanın qolu. Oka — Qərbi Sibirdə çay, Omun qolu. Oka — Başqırdıstanın şimal-şərqində çay, İkanın qolu. Oka — İspaniyada çay. Oka — dəmiryol stansiyasının qəsəbəsi, Serpuxov rayonu, Moskva vilayəti, Rusiya. Oka (BAЗ-1111х, СеАЗ-11116) — birinci qrup xüsusi kiçik sinif azlitrli minik maşını (seqment А — miniavtomobillər), 1988—2008-ci illərdə buraxılıb. Oka — velosiped markası.
Oka (çay)
Oka — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu. Uzunluğu — 1498,6 кm. Sahəsi — 245 min кm².
Oka çayı
Oka — Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu. Uzunluğu — 1498,6 кm. Sahəsi — 245 min кm².
Oka Təbiət Qoruğu
Oka Təbiət Qoruğu (rus. Окский заповедник) ― Rusiyada, Meşçer ovalıqlarında, Oka və Pra çaylarının hövzəsində yerləşən qoruq. Qoruq böyük düzəlik çayları və meşəlik torf sahələrinə görə su quşları və gəmilər üçün əhəmiyyətli bir ərazidir. Qoruqda bizon və durna yetişdirmə mərkəzləri var. Ərazi 60-a yaxın Ryazan vilayətinin Spasskiy rayonunda, Ryazan şəhərinin 60 kilometr şimal-şərqində yerləşir. 1994-cü ildə Pra və Oka çaylarının yaratığı allüvial düzənlik beynəlxalq əhəmiyyətli Ramsar sahəsi təyin edilmişdir. Ərazi 1978-ci ildə UNESCO-nun İnsan və biosfer ehtiyatı təyin edilmişdir. Qoruq rəsmi olaraq 1935-ci ildə yaradılıb və 55 722 hektar ərazini əhatə edir. Oka Təbiət Qoruğu əsasən meşəlik torf sahələrindən (təxminən %90), bataqlıqlardan (%5) və quru ərazilərdən (%5) ibarətdir. Okanın qolu olan Pra boyunca daşqın hövzəsi uzanır.
Oka Asaciro
Oka Asaciro (丘 浅次郎, Asaciro Oka, 18 noyabr 1868, Şizuoka prefekturası – 2 may 1944) – Yaponiya zooloqu. Yaponiyanı Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə tanış etmişdir. Zəlilər, tunikalılar və şirinsu meduzalarının taksonomik, eləcə də, morfoloji xüsusiyyətlərini öyrənmişdir. Oğlu Oka Hidemiçi də bioloq olmuşdur. Oka Asaciro 1898-ci ildə Şizuoka prefekturasıda doğulmuşdur. 1889-cu ildə Tokio Universitetindən məzun olmuşdur. Almaniyanın Frayburq və Leypsiq universitetlərində təhsil almış, zəlilər haqqındakı araşdırmasına görə dərəcə əldə etmişdir. Tokio Ali Müəllimlər Kollecinə daxil olaraq müqayisəli morfologiya və anatomiya üzrə ixtisaslaşmışdır. Oka suda yaşayan heyvanların müqayisəli morfologiyası sahəsində ən tanınmış yapon alimi olmuşdur. Şirinsu meduzalarını, qurbağaları, səkkizayaqlıları və digər suda-quruda yaşayanları öyrənmişdir.
Oka-dera
Oka-dera (岡寺) – Yaponiyanın Nara prefekturasının Asuka bölgəsində yerləşən buddist məbədi. Keçmiş adı Ryuqay məbədi (龍蓋寺, Ryuqay-ci, azərb. "Əjdaha qapağı məbədi"‎) adı ilə də tanınır. Məbəd buddizmin Şinqon–Buzan sektasına aiddir. Oka-deranın əsası 663-cü ildə qoyulmuşdur. Məbədin darvazası Niomon 1612-ci ildə, əsas zalı 1805-ci ildə tikilmişdir. Məbədin yaradılması ilə bağlı əfsanəyə görə VII əsrdə bu ərazidə bədxah bir əjdaha peyda olmuşdur. Əjdahanı dayandırmaq istəyən Qayen adlı bir rahib əjdahanı özünə tabe etmiş, onu gölməçədə həbs etmiş, üzərini qapaq kimi örtməsi üçün böyük bir daşdan istifadə etmiş və əjdahanı orada möhürləmişdir. Qayen gölməçənin yerləşdiyi yerdə Oka-deranın əsasını qoymuşdur. Əfsanənin davamına görə gölməçədə həbs olunmuş əjdaha törətdiyi əməllərə görə peşman olmuş və ərazinin qoruyucusuna çevrilmişdir.
Hisataka Okamoto
Hisataka Okamoto (d. 14 dekabr 1933) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
It's Okay to Not Be Okay
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir. Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi. New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.
Key Okami
Key Okami (岡見 京子, Okami Keiko, 11 sentyabr 1859[…], Aomori – 2 sentyabr 1941, Tokio[d]) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Həyatı == Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. == Tibb təhsili == Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. == Tibb karyerası == Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.
Naoya Okada
Naoya Okada (10 oktyabr 1990) — Yaponiyalı atıcı. Naoya Okada Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Naoya Okada birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.6 xal toplayaraq 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Okaber
Okaber (tam adı: Orxan Mustafazadə; 18 iyun 1987, Marneuli) — Azərbaycanlı reper. Okaber müxtəlif dövrdə Qara Dərviş, Xpert və digər sənətkarlar ilə əməkdaşlıq edib. 1987-ci il iyun ayının 18-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 2005-ci ildən 2009-cu ilə qədər Odlar Yurdu Universitetində təhsil almışdır. 2005-ci ildən hip-hopa maraq göstərməyə başlamışdır. 2005-ci ildən 2011-ci ilə qədər R. O. C (Rap Out Clan) qrupunun tərkibində çıxış edib. 2011-ci ildə qrup dağıldığdan sonra, karyerasını solo işlərə başlayıb. 2012-ci ildə Qaraqan, RG, Əli Xəyyam və AiD ilə biryerdə "MadHouse Community"-nin ilk üzvlərindən birinə çevrilir. Hazırda müstəqil artist kimi fəaliyyət göstərir. Okaberin diskoqrafiyasına 8 studiya albomu daxildir.
Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Okan
Okan — ad. Okan Buruq — futbolçu, futbol məşqçisi. Okan Yeşilot — tarixçi. Okan xan — türk və altay mifologiyasında sülh ilahı.
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Okan Yeşilot
Okan Yeşilot (1971, Giresun) — Tarixçidir. 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır. Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Okan xan
Okan Xan - türk və altay mifologiyasında sülh ilahı. Ukan Xan və ya Okon Xan olaraq da bilinər. Qan davalarına qarşı çıxan, oba və oymaqlar arasında dolanışıqsızlıqlarda, vasitəçilik edən tanrı. Tanrının kiçik oğludur və cəzalandırılınca yer üzünə göndərilmişdir. (Ok/Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Yaratmaq və sülh mənaları daşıyır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Okanaqan (xalq)
Okanaqan və ya Okanoqan — ABŞ və Kanadanın sərhədində yaşayan xalq. Okanaqanlar özlərini syilks də adlandırırlar. Onlar ABŞ-də Vaşinqton ştatında, Britaniya Kolumbiyasında və Kanadada yaşayırlar. Okanaqan vadisi onların əsas yurd yeridir. Onlar Daxili selişlərin etnoloji və linqvistik qruppudurlar. Okanaqan Spokan, Sinkist, Nez-Perse, Pend-d’oreyl (kalispel), Şusvap (sekvepemk) və Nlakapamuk (tompson) xalqlarına yaxındır.
Okapi
Okapi Milli Parkı
Okapi Milli Parkı — Konqo Demokratik Respublikasının şimal-şərqində, Cənubi Sudan və Uqanda ilə sərhədləri yaxınlığında yerləşən Milli park və Ümumdünya irsinə daxil olmuş ərazi. Təxminən 14000 km² sahəsi olan park meşə ərazisinin təxminən beşdə birini əhatə edir. Qoruqdan Nepoko, İturi və Epulu çayları axır. Qoruqda 5 minə yaxın okapia, 4000 fil, 2000 bəbir, şimpanze və timsah yaşayır. Digər İturi meşə heyvanlarına meşə camışı və su maralcığı daxildir. Qoruğun 300-dən çox quş növü var və ərazi Afrikada quşların qorunması üçün ən vacib yerlərdən biridir. Köçəri Mbuti və yerli Bantu fermerləri də qoruq içərisində yaşayırlar. Okapi Vəhşi Təbiət Qoruğu 1992-ci ildə Okapi Qoruma Layihəsinin köməyi ilə yaradıldı. Layihə vəhşi təbiət mühafizəçilərini təlimləndirməkvə təchiz etmək, həmçinin qonşu icmaların həyatlarını yaxşılaşdırmaq üçün yardım göstərməklə qoruğu dəstəkləməyə davam edir. Okapi Vəhşi Təbiət Qoruğu 1997-ci ildə Təhlükədə olan Ümumdünya irsi siyahısına əlavə edildi.
Okapia
Okapia (lat. Okapia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi.
Okapia johnstoni
Okapia johnstoni (lat. Okapia johnstoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin okapia cinsinə aid heyvan növü.
Oktavio Okampo
Oktavio Okampo 1943-cü ildə Meksikanın Selaya şəhərində anadan olub. O, Meksikanın “La Esmeralda” Təsviri İncəsənət İnstitutu və San Fransisko İncəsənət İnstitutunu bitirib. 1972-ci ildən əsərlərini nümayiş etdirməyə başlayıb. 120-dən çox Meksika və Amerika filmlərində rəssam və dizayner kimi , həmçinin aktyor və rəqqas kimi də fəaliyyət göstərib. Daha çox ikili məna daşıyan əsərləri ilə tanınır. biz onun əsərlərinə uzaqdan baxarkən insan simaları görürük, yaxınlaşdıqda isə simanın ayrı-ayrı detallardan əmələ gəldiyini müəyyən edirik. Detalları, parçaları müşahidə etdikcə optik illüziya yoxa çıxır. Oktavio məhz bunu “metamorfik” stil adlandırır. Meksikada onun əsərlərindən və individual əsərlərdən ibarət bir neçə kolleksiya, Meksikanın keçmiş prezidenti Cimmi Karter , Ceyn Fonda , Şer ( Şerin “Heart of stone” albomunun axra və üz qabığı üçün ) , Sesar Çaves üçün hazırlanıb.