Ort

der; -(e)s, -e 1. yer, məntəqə; 2. (Dorf, Kleinstadt) kənd, qəsəbə, köy; ich hatte diesen ~ nicht gesehen buranı (bu yeri) görməmişdim; 3. (Zeitpunkt) an, vaxt; 4. (Einwohner e-s Ortes) əhali, camaat; an ~ und Stelle sein təyin olunan yerdə olmaq; an ~ und Stelle bu saat, burda, həmin dəqiqə; an allen ~en hər yerdə; höheren ~(e)s yüksək məqamlar tərəfindən; vor ~ hadisə yerində, hadisə baş verən yerdə; fehl am ~ səhv yerdə; yersiz, pis vaxt
Ornithologie
orten
OBASTAN VİKİ
Cənubi Koreyada orta təhsil
Cənubi Koreyada orta təhsil — Koreya Respublikasında mövcud olan orta təhsil sistemi. Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari qaydada əsas təhsil tətbiq olunur. Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur. Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.
Dactylis ortmanniana
Daniel Orteqa
Xose Daniel Orteqa Saavedra (isp. Jose Daniel Ortega Saavedra; 11 noyabr 1945[…], La Libertad[d], Çontales departamenti[d]) — 1985–1990-cı illərdə və 10 yanvar 2007-ci ildən Nikaraqua prezidenti. Kamilo və Umberto Orteqanın qardaşı. 2021-ci ilin noyabrında Daniel Orteqa Ali Seçki Şurasının açıqladığı ilk qismən rəsmi nəticələrə görə, 75% səslə dördüncü beş illik müddətə yenidən seçildi.
Daniel Orteqo
Xose Daniel Orteqa Saavedra (isp. Jose Daniel Ortega Saavedra; 11 noyabr 1945[…], La Libertad[d], Çontales departamenti[d]) — 1985–1990-cı illərdə və 10 yanvar 2007-ci ildən Nikaraqua prezidenti. Kamilo və Umberto Orteqanın qardaşı. 2021-ci ilin noyabrında Daniel Orteqa Ali Seçki Şurasının açıqladığı ilk qismən rəsmi nəticələrə görə, 75% səslə dördüncü beş illik müddətə yenidən seçildi.
Dollar dəyərinin ortalaması
Dəhliz (orta qulaq)
Dəhliz (lat. vestibulum labyrinthi et vestibulum auris) — labirintin mərkəzi hissəsini təşkil edir; ilbiz ondan önə və içəriyə, yarımdairəvi kanallar dala, bayır və yuxarı tərəfə yerləşir. İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh.
Dəniz səviyyəsindən orta hündürlük
Dəniz səviyyəsindən hündürlük (ing. Metres above sea level) — orta səviyyəli dəniz səviyyəsinə istinadən bir yerin yüksəklik və ya hündürlüyünün standart ölçü üsulu. Orta səviyyədə dəniz səviyyələri iqlim dəyişikliyi və digər amillərdən təsirlənərək zamanla dəyişir. Bu və digər səbəblərə görə, dəniz səviyyəsindən yuxarıda qeyd olunan ölçmələr müəyyən bir yerin müəyyən bir anda dəniz səviyyəsindən faktiki olaraq yüksəlməsindən fərqlənə bilər.
Dənizin ortasında (film)
Dənizin qəlbində (ing. In the Heart of the Sea) — 2015-ci il istesalı olan film. Balına ov gəmisi olan Eseksin batışından bəhs olunur. 1850-də yazıçı Eseks gəmisinin batışından sonra həyatda qalan son adam mehmanxana sahibi Tomas Nikkersonu ziyarət edərək hekayəni ona danışmağı müqavilində ona pul təklif edir. Tomas ilk öncə bunu rədd edir. Ancaq sonra arvadının təkidi ilə bu təklifi qəbul edir. Hekayə 1820-ci ildən başlayır. Səfərin ilk üç ayında heç bir uğur əldə olunmur. Kapitan Polard Atlantik okeanında balina görülmədiyinin fərqinə varır. Nəhəng ağ balinanın hücümu nəticəsində gəmi məhv olur, 6 nəfər ölür.
Elf dilləri (Orta Dünya)
Elf dilləri – Con Tolkin tərəfindən Orta Dünya kainatı üçün yaradılmış süni dillər. Elflər tərəfindən danışılır. Qulağa melodik gəlməsi ilə populyar olmuşdur. Elf dilləri bir dil ailəsidir. Bu dil ailəsinin 15 dili var və onlar arasında əhəmiyyətli fərqliliklər var. Elf dil ailəsindəki bütün dillər ibtidai kvendi adlı qədim elf dilindən törənmişdir. Elflər fərqli coğrafiyaya yayıldıqca yeni dialekt və dillər ortaya çıxmışdır. Hətta Elf dilləri ailəsi ağacı belə mövcuddur və bu dillərin qohumluq əlaqələrini göstərir. Məlum olan elf dilləri Avarin, Kvenya, Telerin, Nandorin, Sindarin, Qoldoqrin və İlkorindir. Xüsusilə Kvenya və Sindarin dilləri daha populyardır.
Elflər (Orta Dünya)
Elflər (ing. Elves, tək h. Elf) — Con R. R. Tolkinin legendariumunda Ardanın (Yerin) uzaq keçmişində, Orta Dünya qitəsində yaşayan azad xalqlardan biri, İlúvatarın böyük uşaqlarıdır. "İlk doğulanlar" (ing. Firstborn) kimi də adlanırdılar. İnsanlar və qnomlardan fərqli olaraq, elflər ölməzdilər. Elf personajları “Hobbit” və “Üzüklərin hökmdarında” var, lakin onların tarixi “Silmarillionda” daha tam təsvir edilir. Müasir ingilis elf sözü köhnə ingilis ælf sözündən əmələ gəlir (analoqu bütün german dillərində mövcuddur). German mifologiyasında, elflərin müxtəlif növləri olub, erkən orta əsrlərdə eyni konsepsiya qərb alman mifologiyasında, skandinaviya miflərində və anqlosakson miflərində fərqlənməyə başladı, güman edilir ki keltlərin təsiri altında daha çox anqlosakson konsepsiyası fərqlənməyə başlamışdı. Tolkin məktubların birində onun elflərinin "daha məşhur əsərlərin" yəni skandinav mifologiyasının elflərindən fərqli olduğunu açıq şəkildə ifadə etmişdi.
Erməni Ortodoksluğu
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Euphorbia orthoclada
Euphorbia orthoclada (lat. Euphorbia orthoclada) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Gürcü Ortodoks Kilsəsi
Gürcü Pravoslav Kilsəsi (rəsmi adı: Gürcü Həvari Avtokefal Pravoslav Kilsəsi, gürc. საქართველოს სამოციქულო ავტოკეფალური მართლმადიდებელი ეკლესია) yaxud GPK — Gürcüstanın rəsmi kilsəsi. Dünyanın ən qədim xristian kilsələrindən biri . 1995-ci ildən etibarən GPK Nizamnaməsinə əsasən, GPK-nin yurisdiksiyası (nominal olaraq) qismən tanınmış Abxaziya və Cənubi Osetiya daxil olmaqla Gürcüstanın bütün ərazisini, Ermənistanda yaşayan pravoslav xristianları, habelə Gürcüstan xaricində yaşayan və başqa bir yerli Pravoslav Kilsəsinin yurisdiksiyasına tabe olmayan və ya GPK-nin yurisdiksiyasında olmaq istəyən pravoslav gürcüləri əhatə edir. Rəvayətə görə, İberiya Tanrı Anasının həvari partiyasıdır. 337-ci ildə İberiyanı vəftiz edən Həvarilərə bərabər olan Müqəddəs Ninonın missionerlik fəaliyyəti sayəsində xristianlıq Gürcüstanın dövlət dini oldu. Kilsə təşkilatı Antakya Kilsəsinin daxilində idi . Gürcü Kilsəsinin avtokefal statusu alması tarixi məlum deyil. 5-ci əsrin sonlarında İberiya kralı Vaxtanq Qorqasali dövründə kilsə müəyyən dərəcədə müstəqillik (qeyri-rəsmi muxtariyyət) əldə edir. Dolayı dəlillər əsasında birləşmiş GPK-nin ilk katolikos-patriarxı İoann Okropiri (980–1001) hesab edilir.
Harmonik orta
n {\displaystyle n} sayda a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədin harmonik ortası n 1 a 1 + 1 a 2 + … + 1 a n {\displaystyle {\frac {n}{{\frac {1}{a_{1}}}+{\frac {1}{a_{2}}}+\ldots +{\frac {1}{a_{n}}}}}} ədədinə deyilir. Verilmiş a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\ldots ,a_{n}} müsbət ədədlərinin harmonik ortası həmin ədədlərin tərs qiymətlərinin ədədi ortasının tərs qiymətinə bərabərdir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Hindistanda orta təhsil
Hindistanda orta təhsil — Hindistan Federativ Respublikasında mövcud olan orta təhsil sistemi. Hindistanda 4 illik orta ümumi təhsil pilləsi IX-XII sinifləri (14-18 yaş) əhatə edir. Bu təhsil pilləsi iki yerə bölünür: orta məktəb pilləsi — əsasən IX-X sinifləri (14-16 yaş), bəzi ştatlarda isə VIII-X sinifləri əhatə edir. yuxarı orta məktəb pilləsi — XI-XII sinifləri əhatə edir. Bu təhsil pilləsinin əsas məqsədi gəncləri gələcək iş həyatına və ali təhsil müəssisələrinə hazırlamaqdır. X və XII sinifləri bitirmiş bütün orta məktəb şagirdləri dövlət imtahanlarına cəlb olunur. Tədris ili bütün ştatlarda 200 gündən çox davam edir. Müxtəlif ştatlarda tədris ili ayrı-ayrı vaxtlarda başlayır. Bəzi ştatlarda yay tətili, bəzi ştatlarda isə qış tətili üçün uzun istirahət müddəti verilir. Ölkənin Təhsil üzrə Milli Strategiyasında müəyyənləşdirilmiş ənənəvi fənlər bütün orta təhsil müəssisələrində tədris olunur.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
I Dünya Müharibəsinin Orta Şərq teatrı
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
I Dünya müharibəsində Orta Şərq cəbhəsi
I Dünya Müharibəsinin Orta Şərq teatrı — Birinci Dünya müharibəsi dövründə hərbi əməliyyatlar teatrı, Osmanlı İmperiyası, Antanta dövlətləri və bəzi bilinməyən xalqların Silahlı təşkilatları arasında hərbi əməliyyatlar aparırdılar. Hərbi əməliyyatlar 1914-cü ilin noyabrında başlayır. Coğrafi və siyasi şərtlər üzündən Yaxın Şərqdə hərbi əməliyyatlar bir-birindən asılı olmayaraq ümumilikdə aparılan bir neçə ayrı-ayrı əməliyyatlara və döyüşlərə bölünür. Bunlardan ən mühümü Şərqi Anadoluda Rus-Osmanlı (Qafqaz) cəbhəsi, İrandakı rus qoşunlarının hərəkətləri, Çanaqqala əməliyyatı, Britaniya qoşunlarının ərəbistan yarımadasındakı, Süveyş kanalı ərazisində, Fələstin, Suriya və Mesopotamiyada həyata keçirdiyi əməliyyatlardır. 1914-cü ilin avqustunda Antanta ilə İttifaq dövlətləri arasında Birinci Dünya müharibəsi Müharibənin ilk günlərindən etibarən hər iki müharibə koalisiyası Osmanlı imperiyasını öz tərəflərində müharibəyə cəlb etməyə çalışırdı. Osmanlı imperiyasının müstəsna coğrafi mövqeyi və yaranmış geosiyasi vəziyyət onun müharibədə iştirakını faktiki olaraq məcbur etmişdir. Bütün Rusiya ixracının və idxalının yarısının keçdiyi Qara dəniz boğazları Rusiya üçün çox böyük əhəmiyyət daşıyırdı, Osmanlı sərhədləri yaxınlığında Süveyş kanalı, onun çoxsaylı müsəlman əhalisi yerləşirdi. Osmanlı ərazisində Bağdad dəmir yolunun tikintisi gedirdi və o, Mesopotamiyanın neftlə zəngin olan rayonlarını sürətli quru yolu ilə Avropa ilə bağlamaq üçün nəzərdə tutulmuşdur və buna görə də strateji əhəmiyyət daşıyırdı. Eyni zamanda, Antanta rəhbərliyi Türkiyə ilə hərbi bir ittifaqın mümkünsüz olduğunu, ilk növbədə, Rusiyanın, Türkiyənin ənənəvi düşməninin mövqeyinə görə, ehtimalının az olduğunu düşünürdü. Belə bir vəziyyətdə Antanta ölkələrini Türkiyənin uzunmüddətli dostluq neytrallığı ssenarisi daha çox qane edirdi.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. Xalis cari dəyər Geri ödəmə müddəti metodu PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (qısaca: KOBİA) — Azərbaycan Respublikasında mikro, kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, sahibkarlara bir sıra dəstək və xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlandırılıb, eləcə də Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2019-cu il tarixli Fərmanı ilə xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Agentlik ilə əlaqəli şəkildə həyata keçirilir. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirməyə dair müsabiqənin təşkili KOBİA tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən KOB subyektlərinə "Startap" şəhadətnaməsinin verilməsi Agentlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təstiq edilmiş "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"na əsaən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: mikro, kiçik və orta sahibkarlıq sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və tənzimlənməsində iştirak edir; müvafiq sahədə sahibkarların hüquqlarının müdafiəsi məqsədilə zəruri tədbirlər həyata keçirir; müvafiq sahədə dövlət qurumlarının sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə xidmət (o cümlədən zəruri səyyar xidmətlər) göstərmələrini təmin edir; kiçik və orta biznes evlərində (KOB evlərində), kiçik və orta biznesin inkişafı mərkəzlərində, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzində, kiçik və orta biznesin inkişafı fondlarında göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə nəzarət edir; KOB evlərində hər bir xidmətin qanuna uyğun olaraq həyata keçirilməsinə, keyfiyyətinə və şəffaflığına dair qiymətləndirmələr aparılmasını təmin edir; dövlət qurumlarının sahibkarlara göstərdikləri hər bir xidməti təhlil edib qiymətləndirərək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür; müvafiq sahədə əlverişli biznes mühitinin yaradılması üçün tədbirlər görür beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə və investorlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək və s. Agentlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında təsdiq edilmiş Nizamnamə ilə müəyyən olunmuş bir sıra vəzifələri həyata keçirir: sahibkarlığın inkişafını dəstəkləmək; ölkədə sahibkarlığın inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və sosial ehtiyacların qarşılanmasında sahibkarların rolunun və payının artırılması ilə bağlı təkliflər vermək; sahibkarlara dövlət dəstəyinin əsas istiqamətlərinin, ümumi şərtlərinin, forma və mexanizmlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; sahibkarların maraqlarının qorunması və problemlərinin çevik həlli sahəsində səlahiyyətli qurum qismində fəaliyyət göstərmək; müvafiq sahədə dövlət və özəl qurumlarının fəaliyyətini əlaqələndirmək və onlarla birgə təşəbbüsləri reallaşdırmaq; müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etmək; sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətləri göstərmək; startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləmək; potensial investorların sahibkarlara investisiya yatırmasını təşviq etmək üçün aidiyyəti dövlət qurumları ilə birlikdə onlar arasında müxtəlif investisiya təşviqi tədbirləri görmək və s.
Klivden Orta Məktəbi
Klivden Orta Məktəbi (ing. Cleveden Secondary School) — Şotlandiyanın Qlazqo şəhərində ümumi təhsil müəssisəsi. 1973-cü ildə Qlazqo orta qız məktəbi həmin binada qızlar və oğlanları qəbul etməyə başladı və 1975-ci ildə Klivden Orta Məktəbi kimi fəaliyyət göstərməyə başladı. 1998-ci ildə Klivden Nort Kelvinsayd məktəbi ilə birləşdi. 2002-ci il 8 fevralda məktəb böyük genişləndirilmə və yenidənqurmadan sonra, rəsmi olaraq, Şotlandiyanın birinci naziri Cek Makonell tərəfindən açıldı. 2015-ci ilin hesabatıba görə məktəbdə 615 şagird oxuyur.
Konstantinopol Ortodoks Kilsəsi
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Lvov orta əsrlərdə
Lvov orta əsrlərdə və ya Orta əsr Lvov şəhəri — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir). Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ Mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə.
Matilde Ortiz
Matilde Ortiz (d. 16 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. Matilde Ortiz, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Matilde Ortiz, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Mentha ortmanniana
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.