OXUŞMAQ

qarş.
1. Mahnı və s. oxumaqda yarışmaq; deyişmək. Aşıqlar oxuşurlar. – …Mən səsdə oxuyanı və mənim tək artisti indiyədək dünya yaratmayıb.
Hər kəs xahiş edərsə, buyursun oxuşaq. Ə.Haqverdiyev.

2. Səs-səsə verib oxumaq; civildəşmək, ötüşmək.
Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov.
Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular.
Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Ə.Haqverdiyev.

OXUŞMA
OXUTDURMA

Значение слова в других словарях