OYUQ₂

bax qorxuluq 2-ci mənada. Yolun üst tərəfi qoruq idi.
Bir neçə yerdə oyuq qoyulmuşdu. Ə.Vəliyev.

Синонимы

  • OYUQ çuxur — qazıq — çökək
  • OYUQ koğuş

Этимология

  • OYUQ Kənd təsərrüfatında dəni quşlardan qorumaq üçün oyuq (uyuq) düzəldirlər (rusca: пугало). Huyuq (maq) (yəni qorxutmaq) kəlməsi təhriflə bağlı oyuq, uyu
OYROTLAR
OYUQ₁
OBASTAN VİKİ
Oyuq
Oyuq I. (rus. ниша, ing. niche fr. niche) — yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) müvəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1 — olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökəklik.
Ağ Oyuq
Ağ oyuq — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Zəngilan şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ağ oyuq qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Oyuq (teatr studiyası)
Oyuq teatr studiyası — Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərən teatr-studiyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin 05.05.2011-ci il tarixli 181-s saylı sərəncamına əsasən 01.11.2012-ci il tarixindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında teatr-studiyasının fəaliyyəti bərpa olundu. "Oyuq" teatr-studiyasının bu dövrdəki 12 üzvündən 6-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunları idi. İlk müddətdə tələbə və müəllimlərin ərsəyə gətirdiyi "Dünya gözəli" (A. Şaiq), "Əkiz qardaşlar" (H. Ziya), "Sindibadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim olundu. 2013-cü ildə "Kaspi" təhsil mərkəzi ilə birlikdə müsabiqə təşkil edən studiya orada təhsil alan səhnə bacarıqlı uşaqları bir araya toplayaraq "Oyuq"un uşaq qrupunun təşkilinə nail oldu. Qısa müddətdə gərgin məşqlər aparan fəalların iştirakı ilə "Cırtdan" tamaşası hazırlandı. Balaca aktyorların səhnə debütü böyük maraqla qarşılandı. Ardınca ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq böyük konsert-tamaşa hazırlandı. "Hər birimiz bir çiçək" adlı bu konsert proqramı ilə tamaşaçılar balaca istedadları daha yaxından tanıdılar. Elə həmin il 15 iyun – Milli Qurtuluş Günü münasibətilə də səhnəciklərlə zəngin vətənpərvərlik mahnılarından ibarət geniş konsert proqramı da təqdim olundu. Studiyanın sıralarında yer alan istedadlı azyaşlı Selcan Müseyibova həmin ildə beynəlxalq festivaldan qazandığı yüksək mükafatla ona olan etimadı tam doğrulda bildi.
Oyuqdağ
Oyuqdağ — Qobustanın cənub-şərqində dağ. Hündürlüyü 292 m. Oyuqdağ — Quba rayonu ərazisində dağ. Hündürlüyü 2640 m.
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Oyuqludağ
Oyuqludağ (Ordubad)
Oyuqludağ (Kəlbəcər)
Oyuqludağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tutqun və Xaçın çaylarının suayrıcısıdır. Hündürlüyü 2316 metrdir. Dağda təbii oyuqlar-mağaralar olduğu üçün belə adlandırılmışdır.
Oyuqludağ (Ordubad)
Oyuqludağ — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Düylünçayı ilə Gilançayın suayrıcında, Düylün kəndindən 3 km şimal-qərbdədir. Hündürlüyü 1182 m-dir. Konusvarı formadadır. Ordubad rayonu ərazisində dağ (hünd. 1182,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qurtaracağında zirvə. Baş Dizə kəndindən 3,2 km cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının tağ hissəsində yerfləşir.

Значение слова в других словарях