Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorxuluk
Oyuq , Qorxuluq və ya Müqəvva — Zəmilərə, bostanlara, tarlalara və digər əkinlərə zərər verən heyvan və quşları qorxutmaq məqsədiylə köhnə paltarların içinə saman doldurulub tikilən və insan şəklinə bənzəyən kukla. Köhnə paltarlarla bəzədilir və başında iri bir papağı olur.
Qorxulu gecə (film, 1896)
Qorxulu gecə (fr. Une nuit terrible) — qısametrajlı ilk qorxulu filmlərdən biridir. Səssiz filmdir. == Məzmun == Ərəb formalı kişi şamı üfürərək söndürür və yatmağa çalışır. Lakin ayaqqabının içindən üzərinə gələn iri hörümçək üzündən oyanır. Bu zaman yanındakı süpürgə ilə onu vurmağa başlayır. Zərbələr üzündən hörümçək ölür və yatağın üzərinə düşür. Kişi onu vazaya qoyur və şkafa atır. Amma ayaqqabını ətrafa vuraraq yata bilmir. == Maraqlı faktlar == Qısametrajlı filmdə komediya intonasiyası mövcuddur.
Çox qorxulu kino (film, 2000)
Çox qorxulu kino (ing. Scary Movie) — 2000-ci ildə istehsal olunmuş "Çox qorxulu kino" film seriyasının birinci seriyasıdır. == Məzmun == Filmin əvvəlində cavan qız telefonda naməlum adamla danışır. Guya ki, naməlum səhv yerə zəng etmişdir. Amma söhbət əsnasında məlum olur ki, həmin telefondakı naməlum adam onu öldürmək istəyir. Naməlum maskalı adam onun ardənca qaçmağa başlayır. Lakin qızı yolda atasının maşını vurur. Ona görə ki, atası anası sevgi əlaqəsində olur... == İstinadlar == == Xarici keçidlər == Çox qorxulu kino — Internet Movie Database saytında.
Çox-çox qorxulu kino (film, 2000)
Çox-çox qorxulu kino (ing. Shriek If You Know What I Did Last Friday the Thirteenth) — 2000-ci ildə istehsal olunmuş parodiyalı komediya filmidir. Film Qışqırıq, "Mən bilirən, siz keçən yay nə etmisiniz" Texas qətliamı, Hellovin, "Kristina" və Cümə, ayın 13-ü kimi qorxulu filmləri parodiya edir. Bu film Çox qorxulu kino filmi ilə eyni ildə çəkilmişdir. Lakin ona nisbətən gec başa çatmışdır. Filmlərin mövzularında bənzərliklər vardır. Filmin mövzusu Çox qorxulu kino filminə nisbətən daha gülməlidir. == Rollarda == Culi Bent ... Barbara Praymsaspekt Harli Kross ... Douson Diri Mahandra Delfino ...
Çox qorxulu kino 2 (film, 2001)
Çox qorxulu kino 2 (ing. Scary Movie 2) — 2000-ci ildə istehsal olunmuş "Çox qorxulu kino" film seriyasının ikinci seriyasıdır. == Məzmun == Sindi Kempbell və dostları filminn birinci hissəsində baş verən hadisələrdən sonra kollecə daxil olurlar. Onlar yeni həyata başlamaq istəyirlər. Lakin Professor Oldman və əlil assisent Dvayt kabuslar haqqında toplamaq məqsədilə onları qəribə qəsrə aparmaq istəyir. Bunun əvəzində isə onların hamısının qiymətlərini yuxarı qaldıracaqdır. Amma Professorun kollecdəəkilər üçün planı vardır. Professor onları şikar əvəzinə işlətmək istəyir. Kollecdəkilər Professor Oldmanla onun planını bilmədən razı olurlar. Sindi və dostları qəsrə gələn zaman burada danışan tutuquşu görürlər.
Çox qorxulu kino 3 (film, 2003)
Çox qorxulu kino 3 (ing. Scary Movie 3) — 2003-cü ildə istehsal olunmuş "Çox qorxulu kino" film seriyasının üçüncü seriyasıdır. == Məzmun == Sindi Kempbell jurnalistdir. Skandal hadisələri tapmaq üçün müxtəlif yerlərdə gəzir və gizli materiallar axtarır. Bir gün onun əlinə "Zəng" videokasseti düşür. Bu kassetə baxandan sonra ona zəng gəlir və telefondakı naməlum adam onun yeddi gündən sonra öləcəyini deyir. Həmin kassetə bir müddətdən sonra qardaşı oğlu da baxır. Bu səbəbdən Sindi çıxış yolu axtarmaldır. Həmin müddətdə Tomun fermasında qəribə hadisələr baş verir... == Rollarda == Anna Feris ...
Çox qorxulu kino 4 (film, 2006)
Çox qorxulu kino 4 (ing. Scary Movie 4) — 2006-cı ildə istehsal olunmuş "Çox qorxulu kino" film seriyasının dördüncü seriyasıdır. == Məzmun == Jurnalist Sindi Kempbell filmin üçüncü seriyasındakı baş verən hadisələrdən sonra öz vəzifəsini dəyişir. Artıq Sindi əlil qoca arvadın yanında köməkçi kimi çalışır. Bir neçə müddət sonra Sindi qonşuluqda yaşayan həyat yoldaşından ayrılmış Tom Rayan ilə görüşür və ona aşiq olur. Hamıya elə gəlir ki, həyat beləcə sakit davam edəcək. Amma bu anda gözlənilməz hadisə baş verir. Yerə yadplanetlilər hücum edir. İndi də Sindi yadplanetlilərlə yenidən mübarizə aparmalıdır. Üçüncü hissəsindən fərqli olaraq Yerə gələn yadplanetlilər pis məxluqlardır...
Qorçulu
Qorçulu (Şərur) — Şərur rayonunda kənd. Qorçulu (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının Erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər”.Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş.
Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir. Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Aşağı Qarquluq (Puldəşt)
Aşağı Qarquluq (fars. قارقولوق سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 431 nəfər yaşayır (111 ailə).
Qorxular (Rövşən Abdullaoğlu)
Qorxular — Rövşən Abdullaoğlunun yazdığı və 2015-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixoloji duyğuların ən əzabvericisidir. Bu kitab qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ünvanlanmışdır. Qorxularını yenməyən insan bir ömür qul həyatı yaşamağa məhkumdur. Belə birisi bütün həyatını əlil biri kimi yaşayacaq, inkişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablarından qurtulması üçün atılmış ilk və mühüm addımdır. == Nəşr == Əsər ilk dəfə Qədim Qala Nəşriyyat Evi tərəfindən Bakıda "Emosiyalar psixologiyası" silsiləsində 208 səhifədə 2015-ci ildə, 2-ci dəfə 2017-ci ildə, 3-cü dəfə isə 2020-ci ildə təkrar nəşr olunmuşdur. == Həmçinin bax == Üsyan Əsarət == İstinadlar == == Mətbuatda == "Qorxusu olanlar üçün "Qorxular" kitabı - FOTO" ( (az.)). modern.az.
Yuxarı Qarquluq (Puldəşt)
Yuxarı Qarquluq (fars. قارقولوق عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Poldəştdən 7 kilometr aralıda, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir. Araz çayı onun şimalından axır. Kənd ərazisində bir köhnə körpü mövcüddür ki, indi yalnız onun bir qismi qalıb və uçulmuş vəziyyətdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 258 nəfər yaşayır (65 ailə). Milli tərkibi azərbaycan türkləri olaraq, əsas gəlir qaynaqları isə əkinçilik, tərəvəzçilik və balıqçılıqdır. Bu kənd yetişdirdiyi məhsullar arasında qarpızı ilə seçilir.
Qorxusuz vampir qatilləri (1967)
Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri. == Məzmun == Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman edirlər.
Nosferatu: Qorxunun simfoniyası (film, 1922)
Nosferatu: Qorxunun simfoniyası (alm. Nosferatu, eine Symphonie des Grauens‎) — 1922-ci ildə istehsal olunmuş Almaniya qorxulu filmidir. Film dövründə çəkilən digər filmlər kimi səssiz çəkilmişdir. Filmdəki yazılar Alman dilindədir. Film İrland yazıçısı Brem Stokerin Drakula əsərinin motivləri əsasında çəkilmişdir. Filmin məzmunu romandakından fərqlidir. "Nosferatu: Qorxunun simfoniyası" filmindəki Qraf Orlok obrazı romandakı "Qraf Drakula" personajına uyğundur. == Məzmun == Əmlak işçisi Tomas Hatter Almaniyanın Bremenə bağlı Visburq adlı kiçik bir qəsəbəsində həyat yoldaşı Elen ilə birlikdə yaşayır. Tomasa Transilvaniyada yaşayan Qraf Orlokdan məktub gəlir. Bəzi simvollarla dolu bu məktubu Knok adlı şəxs Tomas üçün oxuyur.
Qorxusuz vampir qatilləri (film, 1967)
Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri. == Məzmun == Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman edirlər.
Qörxlü oymağı
Qırxlı oymağı — Avşar elinin qolu. == Tarixi == Nadir şah Əfşar bu oymaqdan idi. Mirzə Mehdi Astarabadi Cahan Guşəyə-də yazıb: "o böyük kişi Qırxlı Avşarlardan idi və Avşarlar o Türkmənlərdən ki, əski yaşayış yerləri Türkistan imiş." Həmçinin Nəvai buyurur ki, Nadir şah Qırxlı elindən idi və onlar Türkistandan İrana gəlmişdilər. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 334 səh. Mirzə Mehdi Astarabadi. Cahan Guşə.