Pakistan

coğ. Pakistan m

paket
pakizə
OBASTAN VİKİ
Pakistan
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Heydərabad (Pakistan)
Heydərabad—Pakistanın Sind əyalətində, Heydərabad rayonun inzibati-mərkəzi olan şəhər. Sindin 2-ci (Kəraçidən sonra), Pakistanın 8-ci böyük şəhəridir. Qulam Şah Kalxoronun buradakı məqbərəsinə görə tanınır və məqbərə Pakistanın turistik yerlərindən biridir. Şəhər Həmçinin Kəraçinin Britaniya Racının paytaxtı olmasından əvvəl Müstəmləkənin inzibati-mərkəzi idi. Əhalisi təxminən 2.199.433 nəfərdir.. Şəhərin digər adı "Şir Şəhəri"dir.
Pakistan Günü
Pakistan günü (urdu یوم پاکستان, Yaum-e-Pakistan) — 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə Pakistanda qeyd olunan milli bayram. Silahlı qüvvələr tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsidir. Gün Müsəlman Liqası tərəfindən Minar-e-Pakistanda siyasi qətnamənin hazırlanması hadisəsi münasibətilə xatirə günü kimi qeyd olunur. Bu qətnamə 23 mart 1940-cı ildə Hindistanda Britaniyanın nəzarətində olan ərazilərin şimal-şərq və şimal-qərb regionlarında müsəlmanların çoxluq təşkil etdiyi əyalətlərdən ibarət müstəqil federasiyanın qurulmasını nəzərdə tuturdu. O vaxtdan bəri bu gün milli bayram kimi dövlət səviyyəsində hər il qeyd edilir və bir qayda olaraq bayram münasibətilə Pakistan Silahlı Qüvvələri hərbi parad keçirir.
Pakistan Prezidenti
Pakistan Prezidenti — Vəzifəni 9 sentyabr 2018-ci ildən Pakistan Islam Respublikasının 13-cü prezidenti Arif Alvi icra edir. 1947-ci ildən 1956-cı ilə qədər Pakistanın Baş Qubernatoru fəaliyyət göstərdi: Kral VI Corc (1952-ci ilə qədər) və Kraliça II Yelizaveta (1952-ci ildən). İlk Konstitusiyanın elan edilməsi ilə Pakistan 1956-cı ildə İslam respublikasına çevrildi və Baş Qubernator prezidentliklə əvəz olundu. Mövcud general-qubernator İskəndər Mirzə Pakistanın ilk prezidenti oldu. 1958-ci ildə ilk Konstitusiyanı dayandırdığını və Ordu Baş Komandanı Ayub Xanı ilk baş döyüş vəziyyətinin idarəçisi təyin etdiyini bildirdi. Xan sonradan prezident olmaq üçün Mirzəni işdən azad etdi. İskəndər Mirzə 1956-cı ildə Pakistanın 1-ci prezidenti oldu. Prezident Əyyub Xanın təqdim etdiyi ikinci Konstitusiya, ölkəni birbaşa seçkilər olmadan prezident respublikasına çevirdi. Daxili və beynəlxalq təzyiqlərə tab gətirmədən, Xan 1965-ci ildə ümummilli prezident seçkisini keçirdi. Xan ikinci müddətə rəqibi Fatimə Cinnaya qarşı uğurla kampaniya apardı, lakin bəziləri seçkilərin Xanın lehinə qurulduğunu iddia etdi.
Pakistan Talibanı
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Ermənistan–Pakistan münasibətləri
Pakistan–Ermənistan münasibətləri — Pakistan və Ermənistan arasında iki tərəfli diplomatik əlaqələr. == Tarixi == Pakistan—Ermənistan arasında diplomatik əlaqələr hələ də qurulmamışdır. Bunun əsas səbəbi Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsidir. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan Erməni soyqırımını da tanımır. Pakistan Qarabağ müharibəsi zamanı və sonrası Azərbaycanı dəstəkləyən ölkələrdəndir. Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. Üstəlik Kəşmir problemində Kəşmiri Hindistanın ərazisi hesab edir. Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Pakistan dövləti bunu Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləmək üçün etdiyini açıq şəkildə bəyan edir.
Hindistan–Pakistan münasibətləri
Hindistan–Pakistan münasibətləri — Hindistan Respublikası və Pakistan İslam Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İki dövlət arasındakı münasibətlər bir neçə tarixi və siyasi hadisələrə görə çox gərgin olmuşdur. Hər iki ölkə 1947-ci ilə qədər Britaniya Hindistanının tərkibində olmuşdur. Elə həmin il dövlətlərin müstəqillik əldə etməsindən sonra tərəflər arasında Kəşmir münaqişəsi başlamışdır. Əhalisinin əksər hissəsi müsəlmanlardan ibarət olan Şimali Hindistan və Pakistanı linqva franka (Pəncab və Hind dilləri) və Böyük Moğol İmperiyası dövründən miras qalmış oxşar mədəniyyətlər birləşdirirdi. 1947-ci ildə Britaniya Hindistanı parçalandıqdan sonra həmin ərazidə iki suveren dövlət olan Hindistan dominionu və Pakistan dominionunun əsası qoyuldu. Bu parçalanma 12.5 milyon insanın daimi yaşayış yerini dəyişməsi ilə nəticələndi. Müstəqillik əldə etdikdən qısa müddət sonra həm Hindistan, həm də Pakistan tərəfi özünü dünyəvi dövlət elan etdi. Sonradan Pakistanda İslam dini dövlət dini elan olunsa da, konstitusiya bütün dinlərə sitayiş edən insanlara azadlığı təmin edirdi. Müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan arasında üç genişmiqyaslı müharibə, bir elan olunmamış müharibə və bir çox sərhəd toqquşmaları baş vermişdir.
Millət Partiyası (Pakistan)
Millət Partiyası (urdu ملت پارٹی)— Pakistanın keçmiş prezidenti, artıq prezident olmadığı üçün və siyasi həyatda qalması üçün bir platformaya ehtiyac duyduğu Pakistandakı bir siyasi partiya idi. Kiçik bir partiyaya başlamağa pulu var idi. Quruluşu dəstəklədiyi üçün ona bir sıra insanlar qoşuldu. Millət Partiyası indi Sərdar Farruk Ləqhari'nin oğlu Üveys Leghari'nin təmsil olunduğu hakim koalisiyanın bir hissəsidir. 20 oktyabr 2002-ci ildə keçirilmiş son qanunverici seçkilərində partiya, xalq səslərinin 4,6% -ni, seçilmiş 272 üzvdən 12-ni qazanan Milli Alyansın bir hissəsi idi. 2004-cü ilin mayında Millət Partiyası vahid Pakistan Müsəlman Birliyini yaratmaq üçün digər partiyalarla birlikdə PML (Q) ilə birləşdi.
Minar-e-Pakistan
Minar-e-Pakistan (urdu ‫مینار پاکستان‎‬, azərb. Pakistan minarəsi‎) — Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin mərkəzində Britaniya Hindistanının müstəqillik qazanmasından sonra 23 mart 1940-cı ildə ayrı bir müsəlman ölkəsinin qurulması barədə olan Lahor qətnaməsinin qəbul edilməsinin xatirəsinə inşa edilən minarə, milli əhəmiyyətə malik abidə. Minarənin inşa prosesi 1960–1968-ci illərə təsadüf edir. Minarənin dizaynında moğol, İslam və müasir memarlıqdan ilham alınmışdır. Minarə Rusiyada anadan olmuş qumuq əsilli dizayner və mühəndis Nəsrəddin Muradxanov tərəfindən dizayn edilmişdir. İnşa prosesinə "Mian Abdul Khaliq Company" şirkəti nəzarət edirdi. Tikilinin təməldaşı 23 mart 1960-cı ildə qoyulmuşdur. İnşa prosesi 8 il davam etmiş və nəhayət 21 oktyabr 1968-ci ildə sona çatmışdır. Minarənin tikilməsinə 7,058,000 Pakistan rupisi xərclənmişdir. Abidənin ətrafında parklar və bir dənə süni göl var.
Müdafiə günü (Pakistan)
Müdafiə günü—Pakistan əsgərlərinin sərhədlərini qorumaq üçün verdiyi qurbanların xatirəsini yad etmək üçün Pakistanda milli gün kimi qeyd olunur. 6 Sentyabr tarixi, 1965-ci ildə Hindistan qoşunlarının Pakistanın Pəncab bölgəsinə hücumu üçün beynəlxalq sərhədi keçərək Pakistanın Cammunu hədəf alan Böyük Slam Əməliyyatına başlaması günüdür. Pakistan povesti, Hindistanın kiçik ölçülü və daha az silahlanmasına baxmayaraq təkzib etdiyi Hindistanın gözlənilməz bir sürpriz hücumu olduğunu söyləyir. Povest Pakistan şərhçiləri tərəfindən saxta tarixi təmsil edən kimi tənqid edilmişdir. 1965-ci ildə Hind-Pakistan müharibəsi Pakistanın əhalini üsyana cəlb etmək və Hindistan ordusunun yerdəyişməsi məqsədi ilə Kəşmir Vadisinə 7000-8000 xüsusi hazırlanmış mücahid dəstəsini göndərməklə başladı. İkinci mərhələdə 1 Sentyabr, Cammu Bölməsindəki Axnur körpüsünə doğru Əməliyyat Böyük Slam adı verilən bir tank hücumu etdi. "Qısa və sürətli, fasitlə müşayiət olunan bir əməliyyat" olması nəzərdə tutulurdu. Alim Şüja Nəvazın dediyinə görə, Pakistan generalı Hindistanın Kəşmir Vadisi ilə əlaqəsini kəsmək üçün Axnur körpüsünü ələ keçirmək və Cammuya doğru üzmək niyyətində idi. Pakistanlılar Hindistanın Baş nazirinin Hindistanın Kəşmirə hücum ediləcəyi təqdirdə Pakistanı qisas alacağı ilə bağlı xəbərdarlığını qulaqardına vurmuşdular. Sentyabrın 6-da "əvvəlcədən elan edilmiş strategiyaya" riposte görə, Hindistan Ordusu Lahor yaxınlığındakı Böyük magistral Yolunu kəsmək məqsədi ilə Pəncabdakı beynəlxalq sərhədi keçdi.
Müstəqillik Günü (Pakistan)
Müstəqillik günü (urdu یوم آزادی; Youm-e Azadi)— Pakistanda hər il avqustun 14-də keçirilən milli bayram. Pakistan 1947-ci ildə Britaniya Hindistanının süqutunun ardından suveren dövlət elan olundu və dövlətin müstəqillik əldə etdiyi bu gün bayram kimi qeyd edilməyə başladı. Pakistan Cənubi Asiyanın şimal-qərb regionların bölgüsü üzrə müstəqil müsəlman dövlətinin yaradılmasına yönələn Pakistan hərəkatının nəticəsində yaranıb. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başladılıb. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən qədr gecəsi ərəfəsinə Ramazanın 27-ci gününə təsadüf etmişdi. Müstəqillik günü münasibətilə əsas mərasim prezident və parlament binalarında dalğalanan dövlət bayrağının yerləşdiyi İslamabadda keçirilir. Bunun ardınca dövlət himni səsləndirilir və rəhbərlərin televiziya ilə canlı çıxışları olur. Gün ərzində adi bayram tədbirləri və şənliklərə bayrağın qaldırılması mərasimi, paradlar, mədəni tədbirlər və vətənpərvərlik mahnılarının oxunması daxildir. Mükafatlandırma mərasimlərinin çoxu bu gündə baş tutur.
Nepal–Pakistan münasibətləri
Pakistan–Nepal münasibətləri — Pakistan və Nepal arasında iki tərəfki diplomatik əlaqələr. 1947-ciildə Britaniya Hindistanının bölünməsindən sonra Nepal Hind İttifaqı ilə diplomatik əlaqələr qurur. Ancaq eyni addımlar Pakistan dominonunaqarşı atılmır. 1950-ci ildə hepal Hindistanla sülh və Dopstluq haqqında müqavilə imzalayır. Müqavilədə iqtisadi, strateji və müdafiə istiqamətli geniş əlaqələrin qurulması öz əksini tapırdı. Bununlada Nepal Pakistandan Hind-Pakistan münaqişəsi zamanı məısafə saxlamalı olur. Bir müddət sonra Nepalda hind təsririnin artması səbəbi ilə Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlər qurulur. 29 mart 1960-cı ildə Nepalla Pakistan arasında ilk diplomatik əlaqələr qurulur. 1972-ci ildə Nepal tərəfindən Banqladeşin müstəqilliyinin ponunda iki tərəfli əlaqələr kəsilir. Bir müddət sonra isə yenidən bərpa edilir.
Pakistan Baş naziri
Pakistan Baş naziri — Vəzifəni 18 avqust 2018-ci ildən Pakistan İslam Respublikasının 22-ci Baş naziri İmran Xan icra edir. Baş nazirin ofisi bölünmədən və 1947-ci ildə Pakistanın qurulmasından dərhal sonra yaradıldı; Baş nazir İngiltərə Monarxiyasının nümayəndəsi olan general-qubernatorla yanaşı mövcud idi. İlk Baş nazir Ləyaqət Əli Xan, 1951-ci ildə öldürülməsinə qədər mərkəzi icra səlahiyyətlərini həyata keçirdi. Ancaq Baş Qubernatorun davamlı müdaxiləsi nəticəsində səlahiyyətlər yavaş-yavaş azalmağa başladı. 1956-cı ildə mərkəzi güc verən ilk Konstitusiya toplusuna baxmayaraq, sonrakı altı Baş nazir general-qubernator tərəfindən 1951-ci ildən 1957-ci ilə qədər vəzifədən alındı. Bundan əlavə, Konstitusiyanın ilk dəstəyi general-qubernatoru Pakistan prezidentinə çevirdi. 1958-ci ildə Prezident İskəndər Mirzə yeddinci Baş naziri cəmi iki həftə içində hərbi vəziyyət tətbiq etmək üçün vəzifəsindən azad etdi, Prezident Mirzə qısa müddət Baş nazir postunu tutan ordu generalı Əyyub Xan tərəfindən devrildi. 1962-ci ildə Konstitusiyanın ikinci dəstəsi Baş nazir vəzifəsini tamamilə ləğv etdi, çünki bütün səlahiyyətlər Pakistan prezidentinə verildi. 1965-ci ildə keçirilmiş prezident seçkilərindən sonra səlahiyyətlərin mərkəzləşdirilməsi ilə bağlı prezidentliyə dair tənqid. 1970-ci ildə edilən ümumi seçkilərdən sonra, Başçı Köməkçi olan Nurul Amin ilə birlikdə ofis quruldu.
Pakistan Müsəlman Liqası
Pakistan Müsəlman Liqası(urdu مسلم لیگ,benq. মুসলিম লীগ)— Hərəkatının müstəqil bir millət əldə etməsinə rəhbərlik edən Ümumdünya Hindistan Müsəlman Birliyinin əsl varisi idi. Ölkənin baş nazirlərindən beşinin bu partiyaya üzv olduğu, yəni Ləyaqət Əli Xan, Xoca Nəzməddin, Məhəmməd Əli Buğra, Çaudri Məhəmməd Əli və İsmayıl İbrahim məlumdur. Müsəlman Birliyi 1955-ci ildə Birləşmiş Cəbhə kimi tanınan bir siyasi ittifaq tərəfindən Təsis Məclisinə seçkilərdə məğlub oldu. Ancaq Baş nazir Çaudri Məhəmməd Əli və Baş nazir Çundrigar azlıqların hökumətinə rəhbərlik etmək üçün təyin edildi. Partiya 1958-ci ildə Pakistan Ordusunun baş komandanı general Məhəmməd Eyyub Xanın Döyüş Qanunu elan etməsindən sonra dağıldı. Pakistanın bünövrəsində, Bütün Hindistan Müsəlman Birliyinin prezidenti Jinnah, yeni millətin baş qubernatoru oldu və Müsəlman Birliyinin baş katibi Liaquat Ali Han baş nazir oldu. Ümumdünya Müsəlman Birliyi 1947-ci ilin dekabrında ləğv edildi və iki təşkilat, Müsəlman Birliyi və Hindistan Birliyi Müsəlman Birliyi, ilk olaraq Pakistandakı ilk varisi oldu. Cinnah 17 dekabrda Müsəlman Birliyinin prezidenti vəzifəsindən istefa etdi və iki Müsəlman Birliyinin müvafiq olaraq lideri seçildi. Xaliquzzaman, Müsəlman Birliyinin (Pakistan) prezidenti və Məhəmməd İsmayıl, Hindistan Birliyi Müsəlman Birliyinin prezidenti olaraq.
Bəlucistan (Pakistan)
Bəlucistan — Bəlucların yaşadığı ərazi == Coğrafi mövqe == == Tarix == Bəlucistan xanlığı 1758-1795-ci illərdə mövcud olmuşdur.
Pakistan bayrağı
Pakistan bayrağı(urdu پرچم پاکستان / Pârĉami Pakistân), həmçinin Milli bayraq (urdu قومی پرچم/ Qaumī Pârĉam) kimi tanınan — Pakistanın Dövlət bayrağı. Pakistan İslam Respublikasının rəsmi dövlət rəmzlərindən biridir. Bayraq 1906-cı ildə Hindistanda müsəlmanların siyasi hüquqlarını təmsil etmək üçün qurulan Bütün Hindistan Müsəlman Liqası adlı siyasi təşkilata əsasən yaradıldı. Bayrağın yaradıcısı vəkil, Pakistan hərəkatının lideri Seyid Əmir-uddin Kedvaidir. Bayraq, ölkə ingilislərin hakimiyyəti altında olduğu zaman Hindistan yarımqitəsinin müstəqil dövlətə - Pakistan və Hindistan kimi iki müstəqil dövlətə bölündükdən sonra 14 avqust 1947-ci ildə qəbu edildi. Bu bayraq 1956-cı ildə Pakistanın ilk konstitusiya və dövlətin Pakistan İslam Respublikası olmasına qədər dəyişməz qaldı. Pakistan bayrağı tünd yaşıl fonda yerləşdirilmiş ağ aypara və 5 guşəli ulduzdan və bayrağın sol hissəsində bayrağın 1/4 hissəsini əhatə edən ağ şaquli zolaqdan ibarətdir. Yaşıl ənənəvi bir İslam rəngidir. Aypara və ulduz İslamın simvollarıdır. Ağ zolaq Pakistandakı qeyri-müsəlman, azlıq dini qruplarını təmsil edir.
Pakistan coğrafiyası
Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-Baltistan və Azad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir. Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar. Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidi və Bolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur. Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir. Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.
Pakistan dominionu
Pakistan dominionu (urdu مملکتِ پاکستان, benq. পাকিস্তান অধিরাজ্য) — 1947-ci ildə Cənubi Asiyada Hindistanın parçalanması ilə yaranmış iki müstəqil federal dominiondan biri (digər isə Hindistan dominionu). Dominiona hal-hazırda Pakistan və Banqladeşin böyük hissəsi daxil idi. Bu dominion keçmiş Britaniya Hindistanı tərəfindən müsəlmanların ölkəsi kimi iki millətin nəzəriyyəsi ilə düşünülüb. Chester, Lucy P. (2009) Borders and Conflict in South Asia: The Radcliffe Boundary Commission and the Partition of Punjab. Arxivləşdirilib 2016-05-09 at Archive.today Manchester: Manchester University Press.
Pakistan gerbi
Pakistan İslam Respublikasının Dövlət Gerbi Pakistanın ideoloji, iqtisadi, mədəni irsinin və rəhbər prinsiplərinin əsasında 1954-cü ildə qəbul olunmuşdur. Bu emblemdə dörd əsas komponent olan pambıq, cüt, çay, buğda, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə urdu dilində "İman, vəhdət, intizam" yazısı əks olunmuşdur. Gerbin üzərində olan aypara və yaşıl rəng İslamı simvolizə edir. Burada əks olunmuş dörd əsas komponent (pambıq, çay, cüt və buğda) ölkənin iqtisadiyyatının əsasını təşkil edir. İki ağ jasmin budağı isə ənənəvi Moğol mədəniyyətini və Pakistanın mədəni irsini əks etdirir. Azad Cammu və Kəşmir bölgəsinin emblemi üzərində aypara, ulduz, dağlar və ağcaqayın yarpağı şəkli əks olunmuşdur.
Pakistan himni
"Qəumi Təranəh", (urdu قومی ترانہ; Xalq mahnısı, Dövlət Himni), həm də "Pak Sərzəmin" ("Təmiz Yurd") adıyla, Pakistanın dövlət himnidir. Himnin musiqisi Əhməd Qulaməli Çaqla, sözləri isə Əbüləsər Həfiz Cullundhri tərəfindən yaradılıb. Forty National Anthems,Michael Jamieson Bristow, National-Anthems.org,accessdate=2006-04-12 Ministry of Information and Broadcasting, Government of Pakistan. "National Anthem". 2007-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-12-09.
Pakistan hərəkatı
Pakistan hərəkatı və ya Pakistan təxribatı (urdu تحریکِ پاکِستان — Teḥrīk-i Pākistān) 20-ci əsrin birinci yarısında Pakistanın Müsəlmanlardan olan Dominionunu yaratmağı hədəfləyən və uğur qazanan bir siyasi hərəkat idi. (və Britaniya Hindistanının əksər əraziləri.) Pakistan Hərəkatı əvvəlcə Aliqarx Hərəkatı olaraq başladı və nəticədə İngilis Hind Müsəlmanları dünyəvi bir siyasi kimlik inkişaf etdirməyə başladılar. Tezliklə, Pakistan Hərəkatının başlanğıcını qeyd edən Bütün Hindistan Müsəlman Birliyi yarandı. Hərəkatın yüksək rəhbərlərinin bir çoxu Böyük Britaniyada təhsil almış, bir çoxları Əliqarx Müsəlman Universitetində təhsil almışlar. Tezliklə Daka Universitetinin bir çox məzunu da qoşuldu. Pakistan Hərəkatı Hindistan müstəqillik hərəkatının bir hissəsi idi, lakin nəticədə Hindistan müsəlmanlarının siyasi maraqlarını qoruyan yeni bir millət dövləti yaratmağa çalışdı. İqbal və Faiz kimi urdu şairləri ədəbiyyatdan, şeirdən və nitqdən siyasi şüur ​​üçün güclü bir vasitə kimi istifadə etdilər. Bir çox insan Pakistan Hərəkatının əsas hərəkətverici qüvvəsinin müsəlman əksəriyyətli əyalətlərin yox, müsəlman azlıqlıq əyalətlərinin, Birləşmiş Vilayətlərin və Bombay Başçılığının müsəlman icması olduğunu düşünə bilər. Ancaq bu görüş ən yaxşı halda qisməndir. Məsələn, Bengal əhalisinin əksəriyyəti müsəlmanlar idi və hərəkatın kulminasiya nöqtəsində əsas rol oynayırdı.
Pakistan tarixi
Pakistan tarixi—Pakistanın keçmişini əhatə edən dönəm. Pakistanın tarixi Hind yarımadasının tarixi ilə birgə öyrənilir və araşdırılır. Pakistanın öz tarixi çox qısa bir dövrü əhatə edir. Pakistanın indiki ərazilərində qurulan ilk dövlət də məhz Pakistan olmuşdur. Tarixi mənbələrə görə, İslamı Hind yarımadasına ilk dəfə gətirənlər də elə sufilər və müsəlman tacirlər olub. Hindistan torpaqlarının İslam dövləti tərəfindən fəth edilməsi 712–714-cü illərdə Həccac ibni Yusif əs-Sakafinin vaxtında gerçəkləşib. Bundan sonra yarımadada İslam sürətlə yayılmağa başlayıb. Müsəlman ərəblərin yaramıdada hakimiyyətləri 300 il sürüb. 1001-ci ildə Qəznəvi Mahmud Pəncab hökmdarına müharibədə qalib gəldikdən sonra yarımada tədricən türklərin hakimiyyəti altına keçib. Qəznəvilərin bölgədə hakimiyyəti 1187-ci ilədək davam edib.1187-1206-cı illər arasında Hind yarımadasının böyük bir hissəsinə Qurilər nəzarət ediblər.
Pəncab (Pakistan)
Pəncab — Pakistanın dörd əyalətindən biri. Pakistanda ən sıx əhalisi olan əyalətdir. Adının fars dilindəki "penç" (beş) və "ab" (su, çay) sözlərinin birləşməsindən əmələ gəldiyi vurğulanır. Bu əyalətdə çayların sayının çox olmasına işarədir. Sahəsi 205.344 km², əhalisi 79.429.701 nəfərdir. Əyalətdə bir çox tarixi abidələrlə yanaşı, ölkənin ən müasir tikinti və infrastrukturları da vardır. Əyalətinin mərkəzi Lahor şəhəridir.
Qərbi Pakistan
Qərbi Pakistan (urdu مغربی پاکستان‎, benq. পশ্চিম পাকিস্তান) — 1947-ci ildə Hindistanın parçalanmasının ardından müasir Pakistan dövlətinin formalaşmasında rolu olan yaradılmış iki eksklavdan biri. 1947-ci ildə Britaniyadan müstəqilliyini əldə edəndən sonra Pakistan dövləti fiziki cəhətdən Hindistan Respublikası tərəfindən bir-birindən ayrılmış qərb və şərq qanadları olan iki eksklava ayrılmışdı.
Şərqi Pakistan
Şərqi Pakistan (benq. পূর্ব পাকিস্তান urdu مشرقی پاکستان, hal-hazırda Banqladeş) — 1955-ci ildən 1971-ci ilə qədər, Cənubi Asiyanın şimal-şərqində Benqal vilayətində mövcud olmuş Pakistanın əyalət dövləti. 1947-ci ildə Hindistanın parçalanması zamanı Britaniya imperiyası Benqal vilayətini müsəlmanların çoxluq təşkil etdiyi Şərqi və əksəriyyətini hindlilərin təşkil etdiyi Qərbi Benqala böldü.
II. Hindistan - Pakistan müharibəsi
İkinci Hindistan-Pakistan müharibəsi - 1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında baş vermiş silahlı münaqişə. 1965-ci ilin avqust-sentyabr aylarında Hindistanla Pakistan arasında münaqişənin başlanmasına əsas səbəb Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olmuşdur. Tezliklə bu münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilmişdir. Hərbi əməliyyatlar nəticəsində Pakistan tərəfindən 3800 nəfər , Hindistan tərəfindən 3000 nəfər həlak olmuş, 8623 nəfər yaralanmışdır. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırıldı. == Kaç Pannı == 1965-ci ilin yazında Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verdi. 1962-ci ilin mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşdi. Hindistan və Pakistan sərhəd bölgəsinə əlavə qoşun hissələri yeritdilər. Münaqişə Böyük Britaniyanın müdaxiləsi nəticəsində tam gücü ilə alovlanmağa imkan tapmadı. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar.
Pakistan 2018 Qış Olimpiya Oyunlarında
Pakistan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Artıq Pakistanın 3-cü ardıcıl Qış Olimpiya yarışmasıdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Pakistan "B" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Məhəmməd Kərimə məxsusdur. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Pakistan Beynəlxalq Hava yolları reys 8303
Pakistan Beynəlxalq Hava yolları reys 8303—22 may 2020-ci ildə Pakistanda baş verən böyük hava qəzası. Lahor-Kəraçi marşrutu üzrə PK-8303 daxili reysini həyata keçirən Pakistan Beynəlxalq Hava Yollarının (PİA) Airbus A320 təyyarəsi, Kəraçiyə ikinci yaxınlaşma zamanı Cinnah Hava Limanı yaxınlığında yerləşən yaşayış məntəqəsində qəzaya uğradı. . . Qəza, Karaçi Hava Yolları Nəzarətinin təyyarəsi ilə əlaqəni itirməsindən sonra baş verib. Təyyarədə olan 99 nəfərdən (91 sərnişin və 8 ekipaj üzvü) 2-si sağ qalıb; 8 nəfər də yaralanıb (onlardan 1-i mayın 31-də vəfat edib).
Pakistan Hava Yolları reys 661
Pakistan Hava Yolları reys 661(PK661/PIA661), 7dekabr 2016-cı il tarixində Pakistanın Çitral şəhərindən paytaxt İslamabad şəhərinə getmək üzrə planlanan, lakin Havelian yaxınlığında yerə toqquşması ilə nəticələnən uçuşdur. Qəza nəticəsində təyyarədə olan 47 nəfərin hamısı həyatını itirmişdir.
Pakistan Hərbi Hava Qüvvələri
Pakistan Hərbi Qüvvələri (urdu پاک فِضائیہ‎—Pāk Fizāʾiyah) Pakistan Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Əsas vəzifəsi Pakistanın hava məkanını mühafizə etmək, döyüş şəraitində isə Silahlı Qüvvələrin digər hərbi birləşmələrini hava dəstəyi ilə təmin etməkdir. Pakistan HHQ-nin aktiv şəxsi heyəti 65,000 nəfər (3 min nəfəri pilot olmaqla), ehtiyat qüvvələrinin sayı 10,000 nəfərdir. 1947-ci ildə əsası qoyulan HHQ indiyə qədər bir çox döyüş əməliyyatlarında iştirak etmişdir. Pakistan Konstitusiyasının 243-cü maddəsinə görə, Hərbi Hava Qüvvələrinin mülki komandanı Pakistan prezidentidir. HHQ komandanı baş nazir tərəfindən təsdiq olunduqdan sonra ölkə prezidenti tərəfindən təyin olunur. Pakistan HHQ-nin hazırkı komandanı aviasiya marşalı Sohail Amandır. 10 aprel 1959-cu ildə Pakistanda Ramazan bayramı qeyd edilərkən Hindistan Hərbi Hava Qüvvələrinin 106-cı eskadrilyasına məxsus "English Electric Canberra" təyyarəsi Pakistanın hava məkanına daxil olaraq kəşfiyyat çəkilişi aparmışdır. Həyəcan siqnalı verildikdən sonra Pakistan HHQ-nin 15-ci eskadrilyasına məxsus iki ədəd F-86F döyüş təyyarələri bu kəşfiyyat təyyarəsini Ravalpindi vilayətinin Ravat şəhəri üzərində vurmuşdur. Bu hadisə Pakistan HHQ-nin ilk qələbəsi hesab olunur.
Pakistan Milli Məclisinin sədri
Pakistan Milli Məclisin sədri (urdu اسپیکر قومی اسمبلی)—qeyri-rəsmi olaraq Milli Məclisin sədri olaraq Pakistan Milli Məclisinin sədr müavini - Pakistan Parlamentinin aşağı palatasıdır. Ofis 1947-ci ildə köklüdür və Konstitusiyaya uyğun olaraq 1973-cü ildə yenidən qurulmuşdur; spiker universal franchise əsasında seçilmiş xalq nümayəndələrindən ibarət palataya sədrlik edir. Spiker Pakistan Prezidentinin ardıcıllığından sonra ikinci yerdədir və Prezident, Baş nazir və Senat sədrindən sonra Üstünlük Zəmanətində dördüncü yeri tutur. Bundan əlavə, spiker Milli Məclisin xarici dünyadakı nümayəndəsidir və yanaşmasında tərəfsiz deyil. Evin hər bir üzvünün bu yüksək vəzifənin sahibinə bəxş etdiyi hörmətdən, məhəbbətdən və düşüncədən qaynaqlanan böyük nüfuzdan istifadə etmək üçün spiker öz vəzifələrini yerinə yetirməkdə tam qərəzsizlik göstərir. Milli Məclis ləğv edildikdə, yeni bir spiker seçilməyincə öz kabinetində davam edir. Pakistan Milli Məclisinin ilk spikeri / Prezidenti Məhəmməd Əli Cinnah 11 Avqust 1947-ci ildə Pakistanın Təsis Məclisi tərəfindən yekdilliklə seçildi. 11 Avqust - 11 Sentyabr 1948-ci ildə vəfatına qədər xidmət etdi. Təsis Məclisinin Başçı Köməkçisi, Maulvi Tamizuddin Xan sonra bu vəzifədə iki ayrı müddət işləyən Prezident seçildi. Pakistan tarixində yalnız iki məruzəçi 14 Aprel 1972 - 15 Avqust 1972-ci il tarixlərində spiker olaraq çalışan Zülfikar Əli Bhutto və 17 Oktyabr 1993 - 16 Fevral 1997 arasında vəzifə yerinə yetirən Yousaf Raza Gillani Baş nazir olmağa başladılar.
Pakistan Müsəlman Liqası (N)
Pakistan Müsəlman Liqası (Nəvaz) — Pakistanda mərkəz-sağ mühafizəkar partiyasıdır. Bu, Pakistanın keçmiş Baş Naziri Nəvaz Şərif tərəfindən 1993-cü ildə qurulmuşdur. Partiyanın platforması ümumiyyətlə mühafizəkardır, sərbəst bazar kapitalizminə dəstək verir. Orijinal Müsəlman Liqasının bir neçə davam edən fraksiyasından biri olan partiyanın toxumları, 1985-ci il seçkilərindən sonra Pakistanın Baş naziri Məhəmməd Xanço, prezident Zia-ul-Haq diktaturasının tərəfdarlarını vahid bir partiya halına gətirərkən, əkildi. Pakistan Müsəlman Liqasının bir hissəsi olaraq bilinir. 1988-ci ildə prezident Ziyanın ölümündən sonra, Fida Məhəmməd Xanın rəhbərliyi ilə, "İyunco"nun başçılıq etdiyi Pakistan Müsəlman Birliyindən böyük bir qrup ayrıldı və İslamçı Demokratik Birliyi adlanan müxtəlif sağçı və islamçı siyasi partiyalarla mühafizəkar ittifaq yaratdı. İttifaq 1990-cı ildə Navaz Şərifin rəhbərliyi altında bir hökumət qurdu. 1993-cü ildə ittifaq dağıldı və partiya "Cunedco" fraksiyasından fərqli olaraq bənzərindən sonra Pakistan Müsəlman Liqasının "Nəvaz" fraksiyasını göstərməklə indiki formasını qəbul etdi.
Pakistan Müsəlman Liqası (Q)
Pakistan Müsəlman Liqası (Q) və ya PML (Q) — Pakistandakı mərkəzçi sağçı millətçi bir siyasi partiyanın mərkəzidir. 2018 Parlament seçkilərinə gəlincə isə 5 yerdən ibarət bir təmsilçiliyə sahibdir. Əvvəllər keçmiş Baş nazir Pərviz Əşrəf o zamankı hökumətinin müttəfiqi olaraq çalışırdı və 2013-cü ildə Pakistan Xalq Partiyası (PXP) ilə birlikdə Pəncab və Bəlucistan əyalətlərindəki rəqibi Pakistan Müsəlman Liqası (N)-na qarşı maliyyə mühafizəkar və mərkəzi sağçı qüvvə olmağı qərara aldı. Onun rəhbərliyi və üzvləri vaxtilə keçmiş baş nazir Nəvaz Şərif başçılığı ilə Pakistan Müsəlman Birliyinin (Nəvaz) bir hissəsi idi. 1997-ci il ümumi seçkilərdən sonra siyasi fikir ayrılıqları yarandı və nəticədə partiya daxilində fraksiya yaranmasına səbəb oldu. Şücaət Hüseyinin başçılıq etdiyi müxaliflər, 1999-cu ildə baş vermiş hərbi çevriliş cəhdini o vaxtkı Ordu Qərargah rəisi və Qərargah Rəhbərləri Komitəsi Başçısı general Pərviz Müşərrəf rəhbərliyi ilə güclü və səsli dəstək verməyə çağırdılar. 2002-ci ildə, müxalif liderlər, prezident Pərviz Müşərrəf hökumətinə yönəlmiş partiyanı başlatdılar. Sonradan Müşərrəf hökumətinin ayrılmaz hissəsi oldu və öz baş naziri Şövkət Əzizi təyin etdi. Partiya PML (N) quruluşunu ləğv etməyə başladıqda Dissident lideri Şücaət Hüseyn partiyanın başçısı seçildi. Tam üstünlüyü hökumətin müstəsna dəstəyi və Şərifin ictimai dəstəyini azaltmaq məqsədi ilə partiyaya fürsət verən Müşərrəf aldı.
Pakistan Müsəman Liqası (Q)
Pakistan Müsəlman Liqası (Q) və ya PML (Q) — Pakistandakı mərkəzçi sağçı millətçi bir siyasi partiyanın mərkəzidir. 2018 Parlament seçkilərinə gəlincə isə 5 yerdən ibarət bir təmsilçiliyə sahibdir. Əvvəllər keçmiş Baş nazir Pərviz Əşrəf o zamankı hökumətinin müttəfiqi olaraq çalışırdı və 2013-cü ildə Pakistan Xalq Partiyası (PXP) ilə birlikdə Pəncab və Bəlucistan əyalətlərindəki rəqibi Pakistan Müsəlman Liqası (N)-na qarşı maliyyə mühafizəkar və mərkəzi sağçı qüvvə olmağı qərara aldı. Onun rəhbərliyi və üzvləri vaxtilə keçmiş baş nazir Nəvaz Şərif başçılığı ilə Pakistan Müsəlman Birliyinin (Nəvaz) bir hissəsi idi. 1997-ci il ümumi seçkilərdən sonra siyasi fikir ayrılıqları yarandı və nəticədə partiya daxilində fraksiya yaranmasına səbəb oldu. Şücaət Hüseyinin başçılıq etdiyi müxaliflər, 1999-cu ildə baş vermiş hərbi çevriliş cəhdini o vaxtkı Ordu Qərargah rəisi və Qərargah Rəhbərləri Komitəsi Başçısı general Pərviz Müşərrəf rəhbərliyi ilə güclü və səsli dəstək verməyə çağırdılar. 2002-ci ildə, müxalif liderlər, prezident Pərviz Müşərrəf hökumətinə yönəlmiş partiyanı başlatdılar. Sonradan Müşərrəf hökumətinin ayrılmaz hissəsi oldu və öz baş naziri Şövkət Əzizi təyin etdi. Partiya PML (N) quruluşunu ləğv etməyə başladıqda Dissident lideri Şücaət Hüseyn partiyanın başçısı seçildi. Tam üstünlüyü hökumətin müstəsna dəstəyi və Şərifin ictimai dəstəyini azaltmaq məqsədi ilə partiyaya fürsət verən Müşərrəf aldı.
Pakistan Qırmızı Aypara Cəmiyyəti
Pakistan Qırmızı Aypara Cəmiyyəti — Pakistanlılar üçün təcili tibbi yardım və xilasetmə xidmətləri təmin edən bir təşkilat. Cəmiyyət 1947-ci ildə Pakistanın müstəqilliyindən sonra Saloni Malikin rəhbərliyi altında Pakistan Qırmızı Xaç Nizamnaməsi adı altında yaradılıb. Daha sonra adı Qırmızı Aypara Cəmiyyəti kimi dəyişdirildi. Onun mərkəzi İslamabaddadır. Pakistan Qırmızı Aypara Cəmiyyəti yemək, təmiz su və müalicə xidmətləri daxil olmaqla dəstək xidmətləri təmin etməklə milyonlarla pakistanlıya xəstəlik və fəlakətlərin aradan qaldırılmasında yardım edir. 2010-cu ildə Pakistan tarixində ən böyük daşqınların baş verdikdən sonra Pakistan Qırmızı Aypara Cəmiyyəti yerli pakistanlıları su və ərzaqla təmin etdi. Onlar bu hadisə zamanı Qırmızı Xaç cəmiyyətləri ilə güclərini birləşdirərək daşqının səbəb olduğu fəlakətləri aradan qaldırmaq üçün 100 min dollar yardım göstərdilər. 2014-cü ildə Sind əyalətində Pakistan Qırmızı Aypara Cəmiyyəti JDC Rifah Təşkilatı ilə birgə Karaçi şəhərində Aşura günü ilə əlaqəli iki gün davam edən tibbi düşərgə təşkil edərək həkimlər, paramedikal heyət və könüllülər təmin edərək 300-ə yaxın adamın tibbi yardım göstərdi.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.

Значение слова в других словарях