Pakistan gerbi
Pakistan İslam Respublikasının Dövlət Gerbi Pakistanın ideoloji, iqtisadi, mədəni irsinin və rəhbər prinsiplərinin əsasında 1954-cü ildə qəbul olunmuşdur. Bu emblemdə dörd əsas komponent olan pambıq, cüt, çay, buğda, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə urdu dilində "İman, vəhdət, intizam" yazısı əks olunmuşdur. Gerbin üzərində olan aypara və yaşıl rəng İslamı simvolizə edir. Burada əks olunmuş dörd əsas komponent (pambıq, çay, cüt və buğda) ölkənin iqtisadiyyatının əsasını təşkil edir. İki ağ jasmin budağı isə ənənəvi Moğol mədəniyyətini və Pakistanın mədəni irsini əks etdirir.
Azad Cammu və Kəşmir bölgəsinin emblemi üzərində aypara, ulduz, dağlar və ağcaqayın yarpağı şəkli əks olunmuşdur.