Paolo

XIX əsrin ortalarına qədər İtaliyada tədavüldə olan gümüş monet.
Paket Ticarəti, Blok Ticarəti
Para
OBASTAN VİKİ
Paolo Covio
Paolo Ciovyo (it. Paulo Jovio; 19 aprel 1483 – 11 dekabr 1552) — italyan həkim, tarixçi, bioqraf və yepiskop. Ciovyonun gəncliyi haqqında çox az məlumat var. O, Komoda doğma sakin idi. Ailəsi Komo gölünün Isola Komaçina adasından idi. Notarius olan atası 1500-cü illərdə vəfat etmişdir. Böyük qardaşı Françeskonun təsiri altında humanizm və tarix təhsili aldı. Ədəbiyyatla maraqlansa da Paduaya tibbi öyrənmək üçün göndərildi. 1511-ci ildə məzun oldu. Ciovyo Komoda həkim olaraq fəaliyyət göstərdi, lakin bu şəhərdə vəba xəstəliyi yayıldığı zaman Romaya köçdü, 1513-cü ildə orada məskunlaşdı.
Paolo Gentiloni
Paolo Gentiloni Silveri (it. Paolo Gentiloni Silveri; d. 22 noyabr 1954, Roma) — italyan siyasətçisi və dövlət xadimi. İtaliyanın baş naziri (12 dekabr 2016-cı ildən). Paolo Gentiloni 22 noyabr 1954-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. Roma Sapienza Universitetinin siyasət fakültəsində ali təhsil almış və oranı jurnalist kimi bitirmişdir. 11 dekabr 2016-cı ildə İtaliya prezidenti Sergio Mattarella Matteo Renzinin istefasından sonra Paolo Gentiloniyə yeni hökumət formalaşdırmağı tapşırdı. 12 dekabr 2016-cı ildə Gentiloni baş nazir vəzifəsinin icrasına başladı. 10 yanvar 2017-ci ildə Fransua Olland ilə danışıqlardan sonra Parisdən qayıdarkən özünü pis hiss edən baş nazir Paolo Gentiloni Gemelli adlı Romadakı hospitala yerləşdirildi. Cərrahiyyə əməliyyatı zamanı tac damarları bərpa edildi.
Paolo Maldini
Paolo Maldini (26 iyun 1968[…], Milan) — keçmiş İtaliya futbolçusu və İtaliya milli futbol komandasının müdafiəçisi. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Hal-hazırda üç nömrəli forması Milanda müzeydədir. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Uşaqlıqdan futbola maraq göstərən Maldini Milan seçmələrinə girib qazanmışdı.Profesyanaı futbol karyerasına 1984-cü ildə Milanda başlayıb. Bütün futbol karyeri boyunca Mİlanda oynayıb. Milanda başladı,Milanda parladı və Milanda bitirdi. İtaliyada ən yaxşı müdafiəçi olmuşdur. 3 nömrəli müdafiəçi dəfələrlə Milana Çempionluq verib. Beləki o, Milanda iki dəfə EUROPAPOKAL DER LANDESMEİSTER SİEGER ,üç dəfə Çempionlar liqi ,yeddi dəfə İtalyan liqi ,bir dəfə ITALİENİSCHER POKALSİEGER , beş dəfə ITALİENİSCHER SUPERPOKALSİEGER, bir dəfə Fifa, bir dəfə COPPA ITALİA, dörd dəfə UEFA medallarını qazanıb.
Paolo Neqro
Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.
Paolo Nutini
Paolo Nutini (d. 9 yanvar 1987, Peysli) Şotlandiya doğumlu müğənni. Atası İtaliya, Toskana əsilli olmasına baxmayaraq, anası əslən Böyük Britaniyadandır. Nutininin çıxış albomu These Streets, 2006-cı ilin iyul ayında İngiltərədə çıxmışdır. Albomda Last Request, Jenny Don't Be Hasty və New Shoes kimi mahnılar yer almışdır.
Paolo Pulici
Paolo Pulici (it. Paolo Pulici; 27 aprel 1950) — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb. 1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir. Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir. Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb.
Paolo Rossi
Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub. Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub. 1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir. Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur. 1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur. 1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir.
Paolo Ruffini
Paolo Ruffini (ing. Paolo Ruffini, 22 sentyabr 1765[…], Valentano[d], Latsio – 10 may 1822[…], Modena) — İtaliya riyaziyyatçısıdır; ilk dəfə (amma kifayət qədər əsaslandırılmamış) 5 dərəcəli cəbri tənliyin radikallarda həllinin mümkün olmadığını isbat etmişdir.. 22 sentyabr 1765-ci ildə İtaliyada doğulub. 10 may 1822-ci ildə İtaliyada vəfat edib.
Paolo Sorrentino
Paolo Sorrentino (d. 31 may 1970, Napoli) — italyan rejissor, aktyor və ssenarist. Sorrentinonun yazdığı ilk film ssenarisi olan "Polvere di Napoli" 1998-ci ildə yayımlanmışdır. 1998-ci ildə "L'amore non ha confini" və 2001-ci ildə "La notte lunga" qısa filmlərini idarə etmişdir. Uzun metrajlı ilk filmi "L'uomo in più ile Nastro D'Argento" ən yaxşı gənc rejissor mükafatı qazanmışdır. 2004-cü ildə rejissorluq etdiyi "Sevginin Qarşılığı" (Le conseguenze dell'amore) ilə beynəlxalq arena tanındı. Mafiya tərəfindən idarə olunan biznesmenin həyatından bəhs edən film Kann Festivalında Qızıl Palma üçün yarışdı. Sonrakı filmi "Ailə dostu" (L'amico di famiglia) 2006-cı ildə London və Kann Film Festivallarında göstərilmişdir. İki il sonra "Il Divo" filmi ilə Kann Festivalında mükafat qazandı. İlk dəfə Nanni Morettinin "Il Caimano" aktyor kimi çıxış etmişdir.
Paolo Toskanelli
Paolo Toskanelli (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçı Paolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir. Doktor Dominik Toskanellinin oğlu olan Paolo 1397-ci ildə Florensiyada anadan olmuşdur. Həm riyaziyyatçı, həm də tibb doktoru kimi Padua Universitetindən məzun olmuşdur. Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü Paolo Toskanelli belə bildirmişdir: "Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər.
Paolo Veroneze
Paolo Veroneze - Venesiya boyakarlıgının intibah dövrünün son və parlaq iki rəssamından biri. Veroneze öz əsərlərində Venesiya Respublikasını, onun əzəmətini, hərbi qələbələrini tərənnüm edirdi ("Venesiyanın zəfəri" əsərində oldugu kimi).
Paolo Villaco
Paolo Villaco (it. Paolo Villaggio; 30 dekabr 1932, Genuya, İtaliya krallığı – 3 iyul 2017[…], Roma) — İtaliya aktyoru, rejissoru. Paolo Villaco 30 dekabr 1932-ci ildə Genuyada anadan olmuşdur. Uşaqlığı II Dünya müharibəsi dönəminə düşmüşdü.
Paolo Yaşvili
Paolo Cebrailoviç Yaşvili (gürc. პაოლო იაშვილი; 29 iyun 1894 – 22 iyul 1937, Tbilisi) — gürcü Sovet yazıçısı və ictimai xadimi. Pavel Cibraeloviç Yaşvili Gürcüstanın Argveti kəndində anadan olub. 1 sentyabr 1900-cü ildən Kutaisi klassik gimnaziyasında təhsil alıb. "Bluz"un gələcək ədəbi kollektivinin görkəmli nümayəndələri orada təhsil alıblar: Valerian Qaprindaşvili və Titian Tabidze. Klassik gimnaziyalarda məktəblilərin onsuz da güclü olan milli-vətənpərvərlik ruhu 1905-ci il inqilabının yaxınlaşması ilə daha da gücləndi. 1911-ci ildən şair təhsilini Anapa adlı özəl gimnaziyada davam etdirdi. 1913-cü ildə Paolo Parisə getdi və Luvrdakı İncəsənət İnstitutuna daxil oldu. 1911-ci ildən nəşr edilməyə başlanmışdır. В 1915-ci ildə Kutaisidə "Mavi buynuzlar" simvolizm şairlərindən ibarət ədəbi qrup təşkil etdi.
Azzano San Paolo
Azzano San Paolo (it. Azzano San Paolo ) İtaliyada, Lombardiya bölgəsində , Bergamo (əyalət) inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 7351 nəfərdir, əhalinin sıxlığı 1746 nəfər / km²-dir. Sahəsi 4.21 km² ərazini əhatə edir. Poçt kodu — 24052. Telefon kodu — 00035. Şəhərin hamisi müqəddəs Həvari Pauldur . Şəhər festivalı hər il 25 yanvarda qeyd olunur.
Paolo və Francesca
Paolo və Francesca — tarixə və ədəbiyyata aid olmaqla yanaşı, sentimental populyar təsəvvürün bir hissəsinə çevrilən iki sevgilidir. Dante Alighieri'nin İlahi Komediyasının beşinci kantonunun böyük bir hissəsi onlara həsr edilmişdir. Komediyada iki gənc - Riminidən (Ravennada anadan olsa da), yaxın Verucchiodan - Dantenin cəhənnəm cəzasına məhkum edilmiş əsas ruhları şəhvətpərəstlər dairəsində təmsil edirlər.
Petro Paolo Virdis
Antonio Petro Paolo Virdis (it. Antonio Pietro Paolo Virdis; 26 iyun 1957, Sassari[d], Sardiniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu Sassaridə dünyaya gəlib. Hal-hazırda Milanda yaşayır, yemək və şərab satan kiçik bir "Virdisin dadı" adlı dükana sahibdir. Pietro Paolo Virdis "Juvenilia Sassari" klubunun gənclər komandasında futbol oynamağa başlayıb. 1971–1973-cü illərdə burada iki il keçirəndən sonra 16 yaşında D Seriyası klubu olan "Nuoreze"yə dəvət edilir. Virdis burada bir mövsumdə meydana çıxdığı 35 oyunda 11 qol vurur. 1974-cü ildə "Kalyari" klubu tərəfindən satın alınır. Onun İtaliya çempionatında debütu 6 oktyabr 1974-cü ildə "Udineze" ilə görüşdə təsadüf edri.
Pyer Paolo Pazolini
Pyer Paolo Pazolini (it. Pier Paolo Pasolini; 5 mart 1922[…], Boloniya – 2 noyabr 1975[…], Lido di Ostiya[d]) — İtaliya kino rejissoru, ssenaristi, şairi və yazıçısı. Pyer Paolo Pazolini 5 mart 1922-ci ildə Bolonyada anadan olmuşdur. Pazolini katolik ailəsində böyümüşdür. Amma özü özünü ateist adlandırırdı. O, tez-tez Roma Katolik Kilsəsini tənqid edirdi. Pazolini hələ filmlərini çəkməyə başlamamış artıq məşhur idi. O, 17 yaşından şeir yazmağa başlamışdı. İlk dəfə bu şeirlər onun 19 yaşı olarkən çap olundu. O, etiraf edirdi ki, poeziya onun birinci məhəbbətidir.
San Paolo stadionu
Diego Armando Maradona stadionu (it. Stadio Diego Armando Maradona) — stadion "Napoli" klubunun İtaliya A seriyasının ev oyunlarını keçirtdiyi stadion. Tutumu 60,420 nəfərdir. 1948-ci ildə təməli atılan stadion 11 il sonra 1959-cu ildə hazır olub və həmin ilin 6 dekabrında Napolinin istifadəsinə verilmişdir. 21 oktyabr 1979-cu ildə stadionda rekord sayda — 89,365 insan Napoli — AC Perugia oyununu izləmişdir.
Paolo dal Pozzo Toskanelli
Paolo Toskanelli (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçı Paolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir. Doktor Dominik Toskanellinin oğlu olan Paolo 1397-ci ildə Florensiyada anadan olmuşdur. Həm riyaziyyatçı, həm də tibb doktoru kimi Padua Universitetindən məzun olmuşdur. Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü Paolo Toskanelli belə bildirmişdir: "Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər.