2. qayıd. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq.
Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, … dərin oyuqlar açılmışdı.
// Məc. mənada.
Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq.
3. Hissələrinə, elementlərinə ayrılmaq. …Radium, uran və toriumun atomları özözünə parçalanır…
4. Sınmaq, qırılmaq, para-para olmaq, tikətikə olmaq.
Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı.
Səməd yerə dəyib parçalanan ( f.sif. ) qədəhin cingiltisinə dönəndə qəribə bir mənzərə gördü.
5. Parçalanmış şəklində – qarğış məqamında işlədilir. Ay parçalanmış, harada idin?