PARÇALANMAQ

1.”Parçalamaq”dan məch.
2. qayıd. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq.
Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, … dərin oyuqlar açılmışdı. B.Bayramov.

// Məc. mənada.
Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq. Ə.Cavad.

3. Hissələrinə, elementlərinə ayrılmaq. …Radium, uran və toriumun atomları özözünə parçalanır…
4. Sınmaq, qırılmaq, para-para olmaq, tikətikə olmaq.
Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı. Mir Cəlal.
Səməd yerə dəyib parçalanan ( f.sif. ) qədəhin cingiltisinə dönəndə qəribə bir mənzərə gördü. İ.Hüseynov.

5. Parçalanmış şəklində – qarğış məqamında işlədilir. Ay parçalanmış, harada idin?
PARÇALANMA
PARDAQ

Значение слова в других словарях