PARILDAMAQ

f. Parıltı vermək, bərq vurmaq, parlamaq, işıldamaq.
İşıq düşər qar üstünə, parıldar; Tapdalayan vaxtda onu xarıldar. A.Səhhət.
…Şərq buludları altun kimi parıldayır, Ay və ulduzlar sönük bir halda gözdən itirdi… Çəmənzəminli.
Dağlar, çəmənlər geyinər al, yaşıl; Yerlər, göylər parıldar işıl-işıl. H.Cavid.
Mavi göylərdə axşam günəşinin son işıqları parıldayır. M.İbrahimov.

// Az işıq vermək, işıq saçmaq, işarmaq, şəfəqlənmək.
◊ Gözləri parıldamaq – bax göz.

Синонимы

  • PARILDAMAQ parıldamaq bax parlamaq
  • PARILDAMAQ işıldamaq — şəfəqlənmək — şölələnmək

Антонимы

  • PARILDAMAQ PARILDAMAQ – SÖNMƏK Hər şeydən xəbərsiz olan Ay həmişəki kimi parıldayır, gecəyə bəzək verirdi (S.Vəliyev); Bu səhnə çox sürməyir, lampa sönür, pərdə
PARILDAMA
PARILDAŞMA
OBASTAN VİKİ
Parıldamaq
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.

Значение слова в других словарях