PENCƏRLİK
PENİSİLLİN
OBASTAN VİKİ
Pendir
Pendir — südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Adətən ağ və açıq-sarı rəngdə, deşikli və ya deşiksiz olur. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. Pendirin hazırlanmasında istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, kiflər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir.
Kamamber (pendir)
Kamamber (fr. Camembert)- bir növ Fransa pendiridir. Bu pendir, adını Fransanın Orn rayonundaki Kamamber qəsəbəsindən almışdır. == İstehsalı == İlk kamaber, pasterizə olunmamış süddən hazırlanmışdır və AOC "Camembert də Normandie" növü yalnız pasterizə edilməmiş süd ilə hazırlanması qanun tərəfindən tələb olunur.Bir çox müasir pendirçilər "La Fromagerie Cambert Gilnil" kimi tanınmışlar, Normandiyanın Şarlotunda təhlükəsizlik səbəblərinə görə, qaydalara uyğun, və ya rahatlığı üçün pasterizə süd istifadə edirlər. == Tarixçəsi == Kamaber, ilk dəfə 1791-ci ildə bir Normandiyalı əkinçi, Mariya Harel tərəfindən və Bridən gəlmiş bir keşişin məsləhətiylə hazırlanmışdır.
Saçaqlı pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
Çeçil pendir
Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan mətbəxlərində hazırlanan pendir növü. Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər. Türkiyədə saçaqlı pendir əsasən Ərdəhan və Ərzurumda istehsal olunur. Türkiyədə çeçil adı ilə tanınır. Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.
Şəkər pendir
Şəkər-pendir — şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8–10 dəqiqə ərzində 105–110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3–3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70–80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.
Tirolean boz pendir
'Tirol boz pendiri' (Alman dili: Graukäse ) Avstriya 'da Tirol Alp vadilərində inək südündən edilən qüvvətli aromalı bir kəsmik pendir. Bu pendirin yağ nisbəti az olur. Qabığında boz kif yaranır ve pendirin adı buradan gəlir. Avropa İttifaqı nın Qorunan mənşəli ad proqramı altında "Tiroler Graukäse g.U." ad altında satılan pendirlər yalnız Tirolda istehsal edilə bilər. Kərə yağı yapımdan qalan az yağlı süd ilə edilən bu pendir yüzlərlə illik Tirollu kəndli xalqın ənənəvi yemək mədəniyyətində mühüm bir rol oynamışdır.
Amerikan pendiri
Amerikan pendiri (ing. American cheeses) — kəsmik, yağ və digər süd məhsulları əlavə olunmaqla hazırlanan süd məhsulu. 75—95 °C temperaturda hazırlanır. Bu günkü Amerikan pendiri, qanunla, ən azı iki növü pendirdən istehsal edilməlidir. Çünki istehsal prosesi "işlənməmiş" / xammal / təbii pendirlərdən fərqlənir, Amerikan pendiri ABŞ-də "pendir" adı ilə qanuni olaraq satıla bilməz. == Həmçinin bax == ABŞ mətbəxi == Xarici keçidlər == Making American cheese on the farm for home consumption, Farmers' Bulletin No. 1734, U.S. Department of Agriculture, October 1934. Hosted at University of North Texas Government Documents Department. An American-type cheese: how to make it for home use, Farmers' Bulletin No. 2075, U.S. Department of Agriculture, October 1954.
Parmesan pendiri
Parmezan pendiri (it. Parmigiano Reggiano) — ilk dəfə İtaliyada hazırlanan bərk pendir növü. Pendir ağ və ya açıq sarı rəngdə olub, çox quru və az yağlıdır. Çox zaman müxtəlif salatların və pitsaların hazırlanmasında istifadə olunur. Parmezan pendiri yağsız inək südündən hazırlanır. 1950-ci illərdən başlayaraq İtaliyanın bir neçə bankı pendir istehsalçılarına kredit ayıranda girov üçün "parmezan" pendirini götürürdülər. Pendirlər 2-3 il ərzində yetişəndən sonra bank, adətən, onları xüsusi saxlanılan yerlərə yerləşdirirdi. Pullar geri qaytarılmayan təqdirdə pendirlər satışa çıxarılırdı.
Parmezan pendiri
Parmezan pendiri (it. Parmigiano Reggiano) — ilk dəfə İtaliyada hazırlanan bərk pendir növü. Pendir ağ və ya açıq sarı rəngdə olub, çox quru və az yağlıdır. Çox zaman müxtəlif salatların və pitsaların hazırlanmasında istifadə olunur. Parmezan pendiri yağsız inək südündən hazırlanır. 1950-ci illərdən başlayaraq İtaliyanın bir neçə bankı pendir istehsalçılarına kredit ayıranda girov üçün "parmezan" pendirini götürürdülər. Pendirlər 2-3 il ərzində yetişəndən sonra bank, adətən, onları xüsusi saxlanılan yerlərə yerləşdirirdi. Pullar geri qaytarılmayan təqdirdə pendirlər satışa çıxarılırdı.
Pendirli sous
Pendirli sous -Hindistan mətbəxi. Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Samosa: Şimali Hind mətbəxinə aiddir.
Pizza pendiri
Pizza pendiri — pizzada xüsusi istifadə üçün nəzərdə tutulmuş, hazırlanmış müxtəlif pendirlər və süd məhsulları. Bu pendirlərə mozzarella ilə işlənmiş pendirlər və mozzarella növləri kimi işlənmiş və dəyişdirilmiş pendirlər daxildir. Termin pizzada istifadə üçün uyğun olan istənilən növ pendirə də aid edilə bilər. Mozzarella pizza hazırlamaq üçün istifadə edilən ən məşhur pendirlər (təxminən 30%) provolon, çedar və parmezandır. Immental, Romano və Ricotta tez-tez doldurma kimi istifadə olunur və xüsusi olaraq pizza üçün hazırlanmış emal edilmiş pizza pendirləri kütləvi istehsal olunur. Kütləvi istehsal edilən bəzi pizza pendirləri istehsaldan sonra dondurulur və dondurulmuş halda göndərilir. Pendir bloklar şəklində emal edilə bilər, onlardan məhsul sürtgəcdən keçirilə, qranullara çevrilə və ya pizza və ya digər qidalarda istifadə üçün dilimlərə kəsilə bilər. İstehsalçılar və akademiklər pizza pendirinin elastikliyini, ərimə xüsusiyyətlərini, qızartmasını, yağ tərkibini və su tutmasını yaxşılaşdırmaq üçün araşdırmalar və təcrübələr aparıblar. Pizza pendirinin xüsusi sortları və onun emalı üçün bir neçə patent mövcuddur.
Qruyer pendiri
Qruyer pendiri — adını İsveçrənin Qruyer şəhərindən almış bərk sarı pendir. Qruyer şirin amma bir az duzlu pendirdir ki, köhnəldıkca dadı geniş şəkildə dəyişir.
Rokfor pendiri
Rokfor pendiri (fr.
Toma pendiri
Toma (İtalyan Toma) və ya Toma Piemontese (it. Toma Piemontese) — Pyemont və Valle d'Aosta bölgəsində istehsal olunan inək südündən hazırlanmış yumşaq və ya yarı bərk pendirdir. Toma Piemontese DOP adı Piedmont bölgəsinin ərazilərində — Novara, Vercelli, Biella, Turin, Kuneo, Verbano və Verbano Kuzio Ossola və Alessandriya Asti əyalətinin digər şəhərlərində istehsal olunan pendirlərə verilir.. Toma pendirinin uzun bir tarixi var, onun Pyemontda istehsalı ən azı XI əsr əsrdən bəri məlumdur. Çox ədviyyatlı və duzlu olduğuna görə kəndlilərin yeməyi hesab olunurdu. Pendir 1993-cü ildə DOP, 1996-cı ildə isə Avropa Birliyinin PDO statusunu aldı.. Pendir süddən iki üsulla hazırlanır, südün yağı yıgılırsa az yağlı 20% azaldılmış yağlı pendir, tam süddən istifadə edilərsə, 40% yağlı pendir hazırlanır. Pendirin dadı, rəngi, aromatı onun tərkibindəki südün yağlılığından fərqlənir. DOP kateqoriyalı pendirlərin yetişmə müddəti 20–45 gündür. Hazırlanma zamanı pendirlər müntəzəm olaraq şoran suda yuyulur və çevrilir.
Xınalıq pendiri
Xınalıq pendiri — Xınalıqlıların Xınalıqda istehsal etdiyi pendir növü; Azərbaycanda ən məşhur pendirlərdən biri. Xınalıq pendirinin kütləvi istehsalı Xınalıq kəndində yaradılan süd emalı sexində həyata keçirilir.
Yanov pendiri
Yanov pendiri (latış. Jāņu siers‎) və ya karavay pendiri (latış. ķimeņu siers‎) — zirə bitkisi əlavə olunan turş südlü pendiri, Latviya mətbəxinin ənənəvi yeməyidir, Yanov günü üçün hazırlanır. Pendir, Aİ-nin coğrafi yerini göstərən milli məhsulların reyestrinə daxil edilmişdir. Yanov pendiri ilk dəfə 1796-cı il tarixli yemək kitabında qeyd olunub: "Latviska pavāru grāmata; muižas pavāriem par mācību visādus kungu ēdienus gārdi vārīt un sataisīt". Yanov pendiri adı altında Latviyada yalnız altı şirkət pendir istehsal etmək hüququna (sertifikatlaşdırma) malikdir, onlar "Valmieras piens", "Dundagas pienotava", "Lazdonas piensaimnieks", "Rankas piens" və "Straupe" и "Jaunpils pienotava" şirkətləridir. Pendirin əsas maddələri kəsmik və təzə süddür, lakin digər məhsullar da əlavə oluna bilər. Ənənəvi olaraq, pendirə zirə bitkisi əlavə olunur. Süd qaynadılır və ona hissələrə kəsmik əlavə edilir. Qarışıq süd pıhtılaşana və zərdab yaranana qədər qarışdırılır və qızdırılır.
Rumi pendiri
Rumi pendiri (məsri. جبنه رومى, gebna rūmi; İsgəndəriyyədə gebna romi və ya gebna turki kimi də tanınır) — Misirdə pendirin əsas növlərindən biri. Kəskin bir qoxusu və yaşından asılı olaraq müxtəlif dərəcələrdə duzluluğa malikdir. Ruminin yunan kefalotiri pendirindən əldə edildiyi güman edilir. Misirin əsas sərt pendiridir. Pekorino Romano və Mançeqo ilə eyni ailəyə aiddir. Rumi pendiri inək südündən və ya inək və camış südünün qarışığından hazırlanır. Fermentasiya başlanğıcı kimi istifadə edilmir. Südü təbiidir, tam qaymaqlıdır. Qara bibər əlavə etmək olar.

Значение слова в других словарях