PEŞKƏŞ

is. [ fars. ] Bəxşiş verilən, bağışlanan şey; hədiyyə, bəxşiş.
Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib ondan izn almaq məcburiyyətində idi. Ə.Haqverdiyev.

□ Peşkəş etmək (eləmək) – hədiyyə vermək, bağışlamaq.
Peşkəş olmaq – hədiyyə olaraq verilmək, bağışlanılmaq.
[Bayram:] Al bu yaylıq da [Zalxaya] peşkəş olsun. M.F.Axundzadə.

Синонимы

  • PEŞKƏŞ hədiyyə — bəxşiş — töhfə
  • PEŞKƏŞ peşkəş bax hədiyyə

Этимология

  • PEŞKƏŞ Bu, fars sözüdür (əsli: piş və keş), hərfi mənası “hədiyyəni qabağına (piş) çək­mək (keş), qabağına çıxarmaq” deməkdir
PEŞİN
PEŞMAN

Значение слова в других словарях