piləkli
pillə-pillə
OBASTAN VİKİ
Aerotermik pillə
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Yarıq boyu pillə
Yarıq boyu pillə (rus. уступ приразломный, ing. fault line scarp) — bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaranmış pillə. Ekzogen qüvvələr nəticəsində relyefdə əksini tapmış, tektonik qırılma. Denudasiya prosesləri nəticəsində kəskin dəyişilmiş olur.
Betlemi pilləkəni
Betlemi pilləkəni (gürc. ბეთლემის კიბე) — Gürcüstanın paytaxtı Tbilisinin tarixi mənzərəli yerlərindən biri. Qədim Tbilisidə tövsiyə olunan turizm marşrutuna daxildir. Pexainski və ya Vifliyem nərdivanları kimi də adları vardır. Adını Zemo Betlemi kilsəsi və Qızlar üçün monastırdan almışdır. Belə ki, Lado Asatiani küçəsindən (Beqlar Axospireli küçəsindən Qudiaşvili meydanına yolun davamı kimi) hər iki dini ibadətgaha yol gedir. Betlemi pilləkəninin 120 pilləsi vardır. == Tarixi == Vilayət memarı T.Belyin layihəsinə görə 1850-ci ildə Tiflis Ticarət Cəmiyyəti hesabına inşa edilmişdir. Əvvəllər bu pilləkənin yerində kiçik çığır keçirdi. İlkin layihədə pilləkənlərin sütunun dayandığı damın bütün uzunluğu boyunca üst-üstə düşməsi planlaşdırılırdı, lakin sonradan bu layihə həyata keçirilmədi.
Kar pilləsi
Kar pilləsi (rus. каровая лестница, ing. cirque steps) — buzlaq sirkləri sırası olub, biri digərinin üzərində bir neçə mərtəbədə yerləşir. Hər bir sirk dağlıq ölkənin müəyyən buzlaşma mərhələsinə uyğun gəlir və bu mərhələyə məxsus iqlim qar xəttinin yüksəkliyi ilə səciyyələnir. Sirkin yaşından və inkişaf mərhələsindən asılı olaraq adətən morfoloji cəhətdən fərqlənirlər.
Penrouz pilləkənləri
Penrouz pilləkənləri və ya Penrouz nərdivanı, həmçinin mümkün olmayan nərdivan — Lionel Penrouz və oğlu Roqer Penrouz tərəfindən yaradılmış mümkün olmayan obyekt. Penrouz üçbucağı üzərindəki versiya, pilləkənlərin qalxarkən və ya enərkən, yenə də təkrar dövrə yaratdıqları üçün pilləkənlərin 90 dərəcə fırlana bilməsini təmin edən pilləkənin 2D formasıdır, beləcə bir insan bu pilləkənlə sonsuza qədər qalxa bilər. Amma bu 3D formasında mümkün deyil.
Pilləkən
Pilləkən və ya Pilləkən marşı — kiçik şaquli məsafələrə bölünməklə iri şaquli məsafəyə qalxmaq üçün tikilinin bir hissəsi. Pilləkənlər düz, dəyirmi, yaxud bucaq altında birləşdirilmiş iki və ya daha artıq düz hissədən ibarət ola bilər. == Ümumi məlumat == Binalarda pilləkənin standart hündürlüyü 150 mm, eni isə 300 mm olur. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm + 30 sm də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1-2 sm ölçülərdə dəyişiklik edə bilər ancaq bu fərq cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm olmalıdır. == Materialı == Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və başqa.
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. == Təsviri == Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. == Tarixi == 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı. Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." == Memarlıq xüsusiyyətləri == Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi.
Səmaya pilləkən (film, 1978)
Səmaya pilləkən — 1978-ci il istehsalı Azərbaycan filmi. == Məzmun == Film bizim müasirimiz, respublikanın əməkdar inşaatçısı, 10-dan artıq yeni məktəb tikmiş Məmməd Hüseynov və onun briqadası haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sirus Zindadel Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Pilləkanvarı əzələ sindromu
Pilləkanvarı əzələ sindromu (ing. scalenus syndrome, ing. thoracic outlet syndrome) – körpücükaltı arteriya və çiyin kötüyünün aşağı şaxələrinin ön pilləkanvarı əzələlər arasında sıxılması, yuxarı ətrafda damar və hissiyyat pozğunluqlarının yaranması.

Значение слова в других словарях