PLATFORMA ÇÖKƏKLİYİ

dairəvi, oval, yaxud düzgün olmayan formada iri, mənfi platforma strukturu olub, sineklizdən bir qədər kiçikdir. Sahəsi 6-10 mindən 60-100 min km²-ə qədər, amplitudu yüz metrlərlədir. Qanadlarında düşmə bucağı maili olub, adətən 1°-dən çox olmur. P. ç. çökmə süxur qatının qalınlığına görə seçilir /2-5 km və daha çox/. Mis: Rus tavasında Melekes və Yuxarı Kama çökəklikləri. впадина платформенная platform depression
PLATFORMA
PLATFORMA DÜZƏNLİYİ
OBASTAN VİKİ
Platforma
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Platforma (dəqiqləşdirmə)
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma sahələri
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur. Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir. Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi — Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. == Toponimiyası == Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır. == Əhəmiyyəti == === İqlim araşdırmaları === Nansen çökəkliyi, Arktik Okeanının su kütlələrinin dinamikasını və buz örtüyünün dəyişmələrini öyrənmək üçün mühüm tədqiqat sahəsidir. Bu region qlobal istiləşmə nəticəsində buzların əriməsi və onun okean cərəyanlarına təsiri baxımından tədqiq edilir. === Ekosistemlər === Çökəklik dərin su mühitlərinə xas olan spesifik dəniz canlılarına ev sahibliyi edir. Lakin sərt şərait və az qida mövcudluğu səbəbindən həyat məhduddur. === Mineral resurslar === Arktika bölgəsində təbii ehtiyatların, xüsusilə də neft və qazın aşkarlanması Nansen çökəkliyi və ətraf ərazilərin geoloji araşdırılmasını aktuallaşdırıb. == Tarixi == Nansen çökəkliyi adını məşhur Norveçli qütb tədqiqatçısı Fridtjof Nansen (1861–1930) şərəfinə alıb.
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Tonqo çökəkliyi
Tonqo çökəkliyi — Sakit okeanda yerləşən okean çökəkliyi. Çökəklik Tonqa silsiləsinin şərq sahillərində yerləşir. Burada Kermadek çökəkliyi ilə birləşir. Kermades Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 860 km məsafədə uzanır və eni 6000 metrlə 80 km arasında dəyişir. Maksimal dərinliyi 10 882 metrdir. Bu nöqtə dünya okeanının cənub yarımkürəsində ən dərin nöqtəsidir. == Maraqlı fakt == 14 aprel 1970-ci ildə Apollon 13 kosmik gəmisi Radioizotopik termoelektrik generatorla yer kürəsinə qayıdarkən Sakit okeanının cənub hissəsindən atmosferə daxil olur. Fici adalarının cənubuna 6 min metr dərinliyə batır.
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Vulkan çökəkliyi
Vulkan çökəkliyi (rus. вулканическая впадина, ing. basin of volcanic origin, caldera) — vulk. partlayışı (krater, maar) və ya uçması (kaldera) nəticəsində yaranmış, çökəklik.
Yapon çökəkliyi
Yapon çökəkliyi və ya Yapon novu — Sakit okeanda çokəklik, Honşu adasından şərqdədir. Uzunluğu təqribən 670 km, dərinliyi 8412 m-ə qədərdir. Yamacları dikdir (6 – 8°, bəzi yerlərdə daha çox). Dibi akkumulyativ düzənlikdir (eni 20 – 30 km).
Yava çökəkliyi
Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KAUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. == KAUR-1 == 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Platforma (film, 2019)
Platforma (ing. The Platform) — 2019-cu ildə çəkilmiş İspaniya filmi. == Mövzusu == Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir. “Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi. Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir.
Kumo-Manıç çökəkliyi
Kumo-Manıç çökəkliyi (rus. Кумо-Манычская впадина) — Ergeninskaya və Stavropol alçaq dağlıqlarını ayıran dar ovalıq. Geoloji keçmişdə Qara və Xəzər dənizlərini birləşdirən qədim boğazdır. Hazırda Kuban-Priazovskaya və Xəzər ovalıqlarını birləşdirir. Kumo-Manıç ovalığı və Kumo-Manıç bərzəxi kimi də tanınır. Eni 20–30 km (mərkəzi hissədə 1–2 km-ə qədər), uzunluğu 500 km-dən çoxdur. Asiya ilə Avropa arasında sərhəd çəkmə seçimlərindən biri də Kumo-Manıç çökəkliyi boyunca uzanır. 17–15 min il əvvəl Novoevsin hövzəsi Manıç-Kerç kanalı vastəsi ilə Erkən Xvalın hövzəsi ilə əlaqələnirdi. == Relyefi və geoloji quruluşu == Kumo-Manıç çökəkliyi tektonik mənşəlidir və çökəklikdə yerləşir. Tarixi İskit lövhəsinin platforma örtüyünün meydana gəlməsinin başlanğıcına qədər davam etmişdir.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.