Pol

der; -(e)s, -e qütb
pokern
polar
OBASTAN VİKİ
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Marqarit Pol
Marqarit Poul (ing. Margaret Pole; 14 avqust 1473, Bat, Somerset qraflığı – 27 may 1541, London qalası) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Pol (Averon)
Pol (fr. və oks. Paulhe) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Şərqi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12178. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 346 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 245 nəfər (15-64 yaş arasında) arasında 164 nəfər iqtisadi fəal, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 66.9%, 1999-cu ildə 75.3%).
Pol Abraham
Pal Abraham (mac. Ábrahám Pál) və ya Pol Abraham (ing. Paul Abraham; 2 noyabr 1892[…], Apatin[d], Macarıstan krallığı – 6 may 1960[…], Hamburq) — Macarıstan bəstəkarı. 1939-cu ildən ABŞ-də, 1956-cı ildən Qərbi Almaniyada yaşamışdır. 13 operettanın (o cümlədən "Savoyda bal", 1932), kino musiqisinin və s. müəllifidir. Zenebona (1928), həmmüəllif Der Gatte des Freuleins (1928) Es Geschehen noch Wunder (1929) Viktoria və İhr Husar (1930) Die Blume von Hawaii (1931) Ball im Savoy (1932) Märchen im Grand-Otel (1934) Viki (1935) Dschainach, das Mädchen aus dem Tanzhaus (1935) Roxy və ihr Wunderteam (1936) Julia (1937) Der weisse Schwan (1938) Viktoria und ihr Husar (1931, Almaniya). Die Blume von Hawai (1932/33, Almaniya). Ball im Savoy (1934, Avstriya), Gitta Alpar ilə. "Savoyda bal" operettası əsasında bir operettanın melodiyaları (1978, Sovet televiziyası).
Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, kompüter proqramçısı, tədqiqatçı, investor, film prodüseri və xeyriyyəçi. O, 1975-ci ildə uşaqlıq dostu Bill Geytslə birlikdə dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti olan Microsoft-u yaratması ilə tanınır. Allen 2018-ci ildə Forbes tərəfindən dünyanın 44-cü ən varlı adamı seçildi və ölümü zamanı təxmin edilən xalis sərvəti 20,3 milyard dollar idi. Allen 1983-cü ilin əvvəlində limfoqranulematoz diaqnozu qoyulduqdan sonra Microsoft-da gündəlik işlərini tərk etdi və idarə heyətində sədr müavini olaraq qaldı. O, 1986-cı ildə bacısı Codi Allenlə birlikdə biznes və xeyriyyəçilik səylərini idarə edən özəl şirkəti olan Vulcan-ı qurdu. O, texnologiya və media şirkətləri, elmi araşdırmalar, daşınmaz əmlak holdinqləri, özəl kosmik uçuş müəssisələri və digər sektorlarda hissələr daxil olmaqla bir neçə milyard dollarlıq investisiya portfelinə sahib idi. Milli Futbol Liqasında Sietl Sihoks və Milli Basketbol Assosiasiyasında Portlənd Treyl Bleyzers komandasına sahib idi və MLS-dəki Sietl Saundersin ortaq sahibi idi. 2000-ci ildə Microsoft-un idarə heyətindəki müavin vəzifəsindən istefa verdi və şirkətin idarə heyətinin strategiya üzrə baş məsləhətçisi vəzifəsini icra etməyə başladı. Allen neyroelm, süni intellekt və sitologiya üzrə Allen İnstitutunu, həmçinin Stratolaunch Systems və Apex Learning kimi şirkətləri təsis edib. O, təhsil, vəhşi təbiət və ətraf mühitin mühafizəsi, incəsənət, səhiyyə və ictimai xidmətlər kimi problemlərə 2 milyard dollardan çox vəsait ayırıb.
Pol Anka
Pol Anka (ing. Paul Albert Anka, d. 30 iyul 1941, Ottava, Kanada) — Livan əsilli Kanada-ABŞ müəllif-ifaçısı və aktyoru, rok-n-roll estrada ulduzu, 1950-ci illər gəncliyinin kumiri, "Diana", "Lonely Boy" və "You Are My Destiny" hitlərilə məşhurlaşmışdır. 1950-ci illərin sonundan ABŞ-də yaşayan Anka, 1990-cı ildə bu ölkənin vətəndaşlığını alıb. Pol Anka 30 iyun 1941-ci ildə Kanadanın Ottava şəhərində anadan olub. Suriya əsillidir. Soyadı Ənqa quşunu əks etdirir.
Pol Appel
Appel Pol Emil (fr. Paul Émile Appell) – fransız riyaziyyatçısı və mexaniki. Paris EA-nın üzvü (1892), Peterburq EA-nın əcnəbi m. üzvü (1911), SSRİ EA-nın əcnəbi fəxri üzvü (1925). 1885-ci ildə Paris Universitetinin professoru olmuşdur. Əsas elmi işləri mexanikaya, həndəsəyə, analitik funksiyalar nəzəriyyəsinə aiddir. Mexanika, elliptik, cəbri və hiper-həndəsə funksiyaları nəzəriyyəsinə dair fundamental dərsliklərin müəllifidir.
Pol Arias
Pol Arias (8 avqust 1996) — Andorralı üzgüçü. Pol Arias Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pol Arias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:21.16 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Pol Biya
Pol Bartelemi Biya bi Mvondo (ing. Paul Barthélemy Biya'a bi Mvondo; fr. Paul Barthélemy Biya'a bi Mvondo; 13 fevral 1933, Mvomekaa[d]) — 6 noyabr 1982-ci ildən etibarən Kamerun Prezidenti vəzifəsində çalışan kamerunlu siyasətçi. Kamerun cənubunda anadan olan Biya 1960-cı illərdə Prezident Əhmədu Əhidyo dövründə bürokrat olaraq sürətlə yüksəldi, 1968–1975-ci illərdə Prezidentin baş katibi, 1975–1982-ci illərdə Kamerunun Baş naziri vəzifəsini icra etdi. Hökumətini Fransa dəstəkləyir və silahla təmin edir. Fransa ABŞ-la birlikdə onun rejiminin ən böyük sərmayədarıdır. Ölkədə yerləşən 105 fransız sərmayədar ölkədəki bütün əsas sektorlarda paylanmışdır. Biya 1980-ci illərdə tək partiyalı sistem çərçivəsində siyasi islahatlara başladı. Ciddi təzyiq altında 1990-cı illərin əvvəllərində çoxpartiyalı siyasətin tətbiq olunmasını qəbul etdi. Mübahisəli 1992-ci il prezident seçkilərini 40%-lik səs çoxluğu ilə qazandı, lakin 1997, 2004, 2011 və 2018-ci illərdə bu fərq artdı.
Pol Bostaf
Pol Stiven Bostaf (ing. Paul Steven Bostaph; d. 6 mart 1964, San-Fransisko, Kaliforniya) — amerikalı treş-metal zərbçisi. Bostafın zərb alətlərində ifaçılıq karyerası 1984-cü ildən başlayır və o, bu zamandan başlayaraq Forbidden (başlanğıcda Forbidden Evil olaraq tanınırdı), Slayer, Testament, Exodus və Systematic kimi qruplarla işləmişdir. Metal-Rules.com saytı Bostafı "əsl professional və treş-metal janrının günümüzdəki ən yaxşı zərbçilərindən biri" adlandırmışdır. Hal-hazırda o, yenidən Slayer qrupunda ifa edir.
Pol Breqq
Pol Breqq (6 fevral, 1895 - 7 dekabr, 1976; ingiliscə - Paul Chappius Bragg) naturopat, sağlam həyat tərzinin təbliğatçısı, Amerika Natural Gigiyena Hərəkatının pionerlərindən biri
Pol Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Deyvis
Pol Çarlz Vilyam Deyvis (ing. Paul Charles William Davies; 22 aprel 1946, London) — məşhur ingilis fiziki, yazıçısı və reproduktant. Hazırda Arizona Dövlət Universiteti nəzdində fəaliyyət göstərən BEYOND proqramının direktorudur. Eyni zamanda Kaliforniyadakı "Çapman Universiteti" Kvant Mexanizmi Tədqiqatları Mərkəzində elmi fəaliyyət göstərir. Kosmologiya, kvant nöqtəsi və astrobiologiya elmləri sahəsində tədqiqatlar aparır.
Pol Dirak
Pol Adrien Moris Dirak (8 avqust 1902[…], Bristol[…] – 20 oktyabr 1984[…], Tallahassi[d]) — britaniyalı fizik-nəzəriyyəçi, kvant mexanikasının banilərindən biri. Fermiyonların hərəkətini təsvir edən Dirak tənliyinin müəllifi. Bu tənliyin vasitəsilə sonralar antimaddənin mövcudluğu sübut ediləcəkdi. 1933-cü ildə Ervin Şredingerlə birlikdə "atom nəzəriyyəsinin yeni məhsuldar formalarını kəşfinə görə" Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Pol Adrien Moris Dirak Bristolda fransız dili müəllimi isveçrə əsilli Çarlz Adrien Ladislav Dirak və ingilis Florens Hanna Dirakın ailəsində anadan olmuşdur. Dirak əvvəlcə Bristolda ticarət məktəbində oxuyur, sonradan Bristol universitetinin elektrotexnika fakültəsinə daxil olur. Universitetdə oxuduğu illərdə Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə maraqlanır və iki il müddətində riyaziyyatla məşğul olur. Daha sonra Kembridcdə Müqəddəs İona kolledcinin riyaziyyat üzrə aspiranturasına daxil olur və 1926-cı ildə doktorluq dissertasiyasını müdafiə edir. Növbəti ildə isə Dirak elə həmin kolledjin elmi şürasına üzv seçilir. Dirak Kembridcə aspiranturada oxuduğu illərdə Verner Heyzenberq və Ervin Şredinger kvant nəzəriyyəsini atom və subatom sistemlərinin və elektron kimi mikrohissəciklərin hərəklətinin təsvirinə tətbiq etməyə imkan verən kvant mexanikası üzərində çalışırdılar.
Pol Dumer
Pol Dumer (fr. Paul Doumer; 22 mart 1857[…] – 7 may 1932[…], Paris) — 1931-1932-ci illərdə Fransa Respublikasının 14-cü prezidenti. 1932-ci mayın 6-da məruz qaldığı sui-qəsd nəticəsində vəfat etmişdir.
Pol Düka
Pol Düka (fr. Paul Dukas; 1 oktyabr 1865[…], I arondisman (Paris)[…] – 17 may 1935[…], Paris) — Fransalı bəstakar.
Pol Sinyak
Pol Sinyak (fr. Paul Signac, 11 noyabr 1863[…], Paris – 15 avqust 1935[…], Paris) — Fransız Neoimpressionizm rəssamı. Jorj-Pyer Söra ilə birlikdə puantilizm üslubunu yaratmışdı. Sinyak 11 noyabr 1863-cü ildə Parisdə Jül və Heloise Sinyakın yeganə övladı olaraq anadan olmuşdur. Atası varlı bir yəhər istehsalçısı idi. Atasını 16 yaşında itirən Sinyak memarlıq təhsili alaraq rəssamlıq fəaliyyətinə başladı. Həyatı boyu Avropa sahillərini gəzib çox mənzərələr çəkdi. 1880–1884-cü illər arasındakı ilk rəsmlərinə Klod Mone və Arman Qiyomen kimi impressionist rəssamların təsirləri daxil idi. 1884-cü ildə Parisdə Jorj-Pyer Söra ilə görüşdü. Söranın sistemli iş üsulu və rəng biliklərinə heyran qalmışdı.
Pol Uoker
Pol Uolker
Pol Valeri
Pol Valeri (30 oktyabr 1871[…], Set[d] – 20 iyul 1945[…], Paris) — Fransız şair. 1920-ci illərdə şair Sen-Jon Pers və Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu.
Pol Verlen
Pol Verlen (fr. Paul Marie Verlaine, 30 mart 1844[…], Mets, Mozel – 8 yanvar 1896[…], Paris) — fransız şairi. Pol Verlen 1844-cü ildə Fransanın şərqində anadan olmuşdur. Orta təhsilini Parisdə almış, və 20 yaşında şəhər Valisi idarəsində işə düzəlmişdir. Gənc və zərif hissiyyatlı Verlen bütün boş vaxtını poeziyaya həsr etmiş, ilk dəfə “Müasir Monparnas” jurnalında “Saturn şerləri” dalı şerlər silsiləsini çap etdirmişdir. Üç il sonra onun daxili sıxıntılarını açıq büruzə verən başqa əsərləri çap olunur. Həmən dövrdə o artıq sərsəm həyat keçirməyə başlamış və içkiyə meyli güclənmişdi. Buna baxmayaraq Matild Mote adlı mülayim və məlahətli bir qız ona ərə gedir və şair bir neçə ay xoşbəxt ailə həyatı sürür. 1870-ci ildə Parisin almanlar tərəfindən mühasirəyə alınması, ictimai qarışıqlıqlar, xüsusən də şair Artur Rəmbo ilə yaxınlığı Verlenin ailə həyatına son qoymuşdur. Rəmbo ilə birgə o iki il avara həyat keçirmiş, İngiltərə və Belçikaya səfərlər etmişdir.
Pol Volker
Pol Vilyam Volker IV (12 sentyabr 1973[…], Qlendeyl, Kaliforniya, ABŞ – 30 noyabr 2013[…], Valensiya[d], Kaliforniya, ABŞ) — ABŞ aktyoru. "Forsaj" film seriyasında Brayan Okanner obrazını canlandırmışdı. Pol 12 sentyabr 1973-cü ildə Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub. Anası Çeril model, atası Pol Vilyam Volker III isə kanalizasiya podratçısı və ikiqat "Qızıl əlcəklər" çempionu olmuş keçmiş həvəskar boksçu idi. Volkerin ata tərəfdən babası Vilyam "irland" Billi Volker də boksla məşğul olmuşdu və həmçinin o, 1960-cı illərdə Ford yarış avtomobili sürücüsü idi. Volkerin Aimee və Ashlie adlı iki bacısı, Caleb və Cody adlı isə iki qardaşı var. O, həyatının böyük hissəsini Los-Ancelesin Sunland bölgəsində yaşayaraq keçirib və 1991-ci ildə xristian məktəbindən məzun olub. Volker sonralar Cənubi Kaliforniyada yerləşən kollecdə okean biologiyası ixtisası üzrə təhsil alıb. Pol Volker 30 noyabr 2013-cü ildə Kaliforniyanın Santa-Klarita şəhərindəki Valensiya məhəlləsində dostu Roger Rodas ilə birlikdə avtomobil qəzasında həlak olub. Pol Haiyan tayfununda zərərçəkənlərə yardım üçün xeyriyyə gecəsi təşkil etmişdi.
Pol Vule
Pol Qustav Lüsyen Vule (fr. Paul Gustave Lucien Voulet; 10 avqust 1866, Paris – 17 iyul 1899) — Fransa hərbçisi. Pol Vule 1866-cı ildə Fransada, Paris şəhərində anadan olmuşdur. O, bir həkimin oğlu idi. Vule sıravi əsgər kimi Hind-Çində döyüşmüş, çavuş rütbəsinə yüksəlmiş, sonra Piyada Məktəbində oxumuş, zabit olmuşdur. Pol Vule 1893-cü ildən Qərbi Afrikada xidmət etməyə başıamış və burada Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmiçdir. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil etmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və öldürmüşdür.
Pol Xlebnikov
Pol Xlebnikov (ing. Paul Khlebnikov 3 iyun 1963, Nyu-York, Nyu-York ştatı – 9 iyul 2004, Moskva) — ABŞ jurnalisti. "Forbes" jurnalının Rusiya versiyasının baş redaktoru olan Xlebnikov rus əsilli amerikalı idi. Pol Xlebnikov 2004-cü il iyulun 9-da "Forbes" jurnalının redaksiyasından çıxan zamanı muzdlu qatil tərəfindən qətlə yetirilmişdi. 2000-ci ildə işıq üzü görən "Kremlin xaç atası Boris Berezovski, yaxud Rusiyanın qarət olunma tarixi" və 2003-cü ildə yazdığı "Barbarla söhbət" kitablarında biznesmen Boris Berezovskini və çeçen səhra komandiri Xocəhməd Nuxayevi çoxsaylı cinayətlərdə ittiham etmişdi. Bundan başqa, 2004-cü ildə ölümündən bir neçə ay əvvəl "Forbes" jurnalında Rusiyanın ən zəngin insanlarından ibarət reytinq siyahısı da tərtib etmişdi. Siyahıya bir sıra nüfuzlu biznesmenlər və siyasətçilər daxil edildiyi üçün jurnalistə qarşı təzyiqlər artmışdı.
Pol Şabano
Pol Şabano (fr. Paul Chabanaud 30 noyabr 1876 – 27 fevral 1959) Fransız ixtioloqu və herpetoloqu. Reptiles et batraciens, 1922. Les soles de l'Atlantique Oriental Nord et des mers adjacentes, 1927. Observations morphologiques et remarques sur la systématique des poissons hétérosomes soléiformes, 1927. Les genres de poissons Hétérosomates, 1930. Poissons hétérosomes, 1933. Le neurocrâne osseux des téléostéens dyssymétriques après la métamorphose, 1936. Les téléostéens dyssymétriques du Mokattam inférieur de Tourah, 1937. Contribution à la morphologie et à la systématique des Téléostéens dyssymétriques, 1938.
Dəylankəndi (Poldəşt)
Dəylankəndi (fars. دايلان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (180 ailə).
Eleusine polydactyla
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Elmar Hüseynov (polkovnik)
Elxan Poluxov
Elxan Polux oğlu Poluxov (Sadaxlı) — Azərbaycan Respublikası dövlət xadimi və diplomatı, fövqəladə və səlahiyyətli səfir. Azərbaycan Respublikasının Misirdəki Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Elxan Polux oğlu Poluxov Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlib. == Fəaliyyəti == === Xarici İşlər Nazirliyində === 2009-cu ildə Elxan Poluxov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin Rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.
Elxan Qarayev (polkovnik-leytenant)
Elçin Poladov
Elçin Quliyev (general-polkovnik)
Eria polyura
Pinalia polyura (lat. Pinalia polyura) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin pinaliya cinsinə aid bitki növü.
Erigeron poliospermus
Erigeron poliospermus (lat. Erigeron poliospermus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron politus
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Erigeron polycephalus
Erigeron polycephalus (lat. Erigeron polycephalus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron polycladus
Erigeron polycladus (lat. Erigeron polycladus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euphorbia polycarpa
Euphorbia polycarpa (lat. Euphorbia polycarpa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Eşqabad (Poldəşt)
Eşqabad (fars. عشق اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (65 ailə).
Ficus polymorpha
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Florida Politexnik Universiteti
Florida Politexnik Universiteti (ing. Florida Poliefir və ya qısaca: FPU) — Cənubi Florida Universitetinin kampusudur. Lakeland Florida, Amerika Birləşmiş Ştatlarına aid dövlət universitetidir. Florida Dövlət Universiteti sistemi yeni üzv təşkilatlarından və dövlət yalnız ictimai politexnik universitetdir. Florida Polxetnik Universitetində tələbələr elm, məntiq və riyaziyyat (Stem) texnologiya, mühəndislik kimi qabaqcıl sahələrində təhsil alırlar. == Kitabxana == 2014-cü ildə universitetdə tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Yeni kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır. Bu layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib. Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşet və ya noutbuklarından elektron kitaba çıxış əldə edə bilirlər.
Futbol üzrə Polşa çempionatı
Futbol üzrə Polşa çempionatı — hazırda Ekstraklasa adlandırılan və Polşa peşəkar futbol klublarının çıxş etdiyi güclülər dəstəsi. İndiyədək elitada 55 klub oynamışdır. Polşa Milli Futbol Çempionatının adları əvvəllər belə olmuşdur: 1927–1939 mövsümləri: Liga; 1948–2008 mövsümləri: I Liqa; 2004/2005 mövsümləri: Idea Ekstraklasa; 2005/2006–2007/2008 mövsümləri: Orange Ekstraklasa; 2008/2009–2010/2011 mövsümləri: Ekstraklasa; 2011/2012–2015/2016 mövsümləri: T-Mobile Ekstraklasa. 2016/2017–2018/2019 mövsümləri: LOTTO Ekstraklasa 2019/20 – mövsümləri: PKO Ekstraklasa Sonuncu 2022-2023 mövsümündə Rakuv FK çempion olmuşdur. == Bütün çempionlar == Legiya Varşava (15): 1955, 1956, 1969, 1970, 1994, 1995, 2002, 2006, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2020, 2021 Qurnik Zabje (14): 1957, 1959, 1961, 1963, 1964, 1965, 1966, 1967, 1971, 1972, 1985, 1986, 1987, 1988 Visla Krakov (14): 1927, 1928, 1949, 1950, (**1951 - !!!), 1978, 1999, 2001, 2003, 2004, 2005, 2008, 2009, 2011 Ruch Chorzów (13): 1933, 1934, 1935, 1936, 1938, 1952, 1953, 1960, 1968, 1974, 1975, 1979, 1989 Lex Poznan (8): 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015, 2022 Cracovia (Krakov) (5): 1921, 1930, 1932, 1937, 1948 Vidzev Lodz (Lodz) (4): 1981, 1982, 1996, 1997 Pogoń Lvov (Lvov) (4): 1922, 1923, 1925, 1926 ŁKS Lodz (Lodz) (2): 1958, 1998 Polonia Bytom (2): 1954, 1962 Stal Mielec (2): 1973, 1976 Śląsk Wrocław (Vroslav) (2): 1977, 2012 Zaqlembe Lyubin (2): 1991, 2007 Garbarnia Krakov (Krakov) (1): 1931 Polonia Varşava (Varşava) (1): 2000 Szombierki Bytom (1): 1980 Warta Poznan (Poznan) (1): 1947 Piast FK (Qliviçe) (1): 2019 Bu 1951-ci ildə, Visla Krakov liqada birinci yeri qazandı və Polşa çempionu adını Polşa Kuboku Hərəkatının Ruch Chorzów qalib, mövsüm əvvəl düzəliş edilmiş Qaydalar Futbol Assosiasiyasının düşdüyünü qeyd etmək lazımdır. Visla Liqası çempionatının qazandı.
Fərhad Poladov
Fəttah kəndi (Poldəşt)
Fəttah kəndi (fars. فتاح كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (61 ailə).
Grevillea polybractea
Grevillea polybractea (lat. Grevillea polybractea) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea polybractea (H.B.Will.) Christenh.
Grevillea polychroma
Grevillea polychroma (lat. Grevillea polychroma) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Grevillea brevifolia subsp. polychroma Molyneux & Stajsic Hakea polychroma (Molyneux & Stajsic) Christenh.
Guarea polymera
Guarea polymera (lat. Guarea polymera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Guarea chalde Cuatrec.
Gəncə Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.