Nova Poçta
Nova Poçta (ukr. Нова пошта) — Sənədlərin, yüklərin və bağlamaların təcili çatdırılmasını təmin edən Ukrayna şirkəti.
Şirkət 2001-ci ildə qurulmuşdur. Əsas həmtəsisçilər Vyaçeslav Klimov və Vladimir Popereşnyuk, eyni zamanda azlıqların həmtəsisçisi İnna Popereşnyukdur. Başlanğıc kapitalı 7000 ABŞ dollar olmuşdur.
2018-ci ildə şirkət Ukrayna daxilində 174 milyondan çox yük çatdırmışdır. 2018-ci ildə şirkət Ukraynanın nəqliyyat sənayesində vergi ödəyiciləri arasında 4-cü yer olan 1615,6 milyon qrivna vergi ödəmişdir.
2019-cu ilin sonuna qədər Nova Poçta şəbəkəsi, saatda 14 ilə 20 min bağlama işləməni nəzərdə tutan Kiyev, Xmelnytski və Lvov şəhərlərində çeşidləmə terminalları olan 6000-dən çox filialı əhatə edir.
2019-cu ilin sonunda Nova Poçta 2,7 milyard qrivnadan çox vergi ödəyib və vergi ödəmələrinin həcminə görə Ukraynanın ən böyük 100 şirkətinin siyahısında 27-ci yeri tutub..
Nova Poşta qrupu, Nova Poşta MMC-yə əlavə olaraq Ukrayna və xarici şirkətləri, xüsusən NP Logistic, POST FINANCE və Nova Poshta International şirkətlərini əhatə edir.