PUÇURLAMAQ

f.
1. Tumurcuqlamaq.
Pəncərənin önündə bir ağac puçurladı; Yarpaq açdı aram-aram. N.Rəfibəyli.
[Fərəcov:] Bir yaz gəlsin, tənəklər puçurlayıb yamyaşıl yarpaq açsın, gör nə tamaşa olacaq! B.Bayramov.

2. Damcılar şəklində görünmək, damcıdamcı çıxmaq (tər).
Şair gülümsəyir baxıb Sarvana; Sarvanın alnında puçurlayır tər. H.Arif.

Синонимы

  • PUÇURLAMAQ göyərmək
PUÇURLAMA
PUÇURLANMA

Значение слова в других словарях