1. İnsan bədəninin, ombadan başlamış ayağa qədər olan və insanın yeriməsinə xidmət edən üzvü. Qıçları ağrımaq. Qıçları əyri. Qıçı sınmaq.
– Bəhram arxası üstə sərilib, qıçlarını tamam uzatdı.
// Heyvanlarda eyni vəzifəni görən bədən üzvü. Atın dal qıçları qara, qabaq qıçları isə ağdır.
– Tısbağa başını qınına çəkən kimi topal qıçını altına çəkib gizlətdi.
2. Bir şeyin (mebelin və s.-nin) yerə dirənən hissəsi, duracağı. Stolun bir qıçı sınmışdır.
– İndi də tövlənin bir küncünə atdığı sınıq-sınıq kürsünün qıçına mıx çalırdı.