QIST-QIST
QIŞQIRIQ
OBASTAN VİKİ
Qış
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Qış Xan
Qış Xan - türk və altay mifologiyasında qış ilahı. Gış Xan da deyilir. Qış mövsümünün tanrısıdır. Bu mövsümü nizamlar və vaxtında başlayıb dövründə sona çatmasını təmin edir. Qışda olacaq hadisələri təyin edir. Daha çox yakutlar arasında inanılan türk mifologiyasına aid bir fiqurdur. Ayaz Ata kimi uşaqlara hədiyyə vermənin simvoludur. Deyilənlərə görə Qış Xaqan, mavi, qara və ağ rəngli bir cübbə geyər. Yaxşı ürəkli və uzun saqqallı bir yaşlıdır. Əlində ağ və çox uzun bir əsa vardır.
Qış bağçası
Qış bağçası (alm. winter garden‎), bəzən solarium və ya günəş otağı kimi qeyd olunur — ekzotik və qışa davamlı, həmçinin qapalı bitkilərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş təbii işıqla qızdırılan otaq. Qış bağçasına adətən metal, alüminium, taxta çərçivəli şüşəli otaq və ya oturma otağının davamı olan verandadan ibarət olur.
Qış fəsili
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Qış fəsli
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Qış gündönümü
Yerin günəş ətrafında hərəkət etdiyi yola yerin orbiti deyilir. Yer bu yolu saniyədə 29,8 km sürətilə qət edir və Günəş ətrafında tam dövrünü 365 gün 6 saata (5 saat 48 dəq.46 saniyə) başa vurur. Yerin günəş ətrafında fırlanmasının nəticəsində fəsillər yaranır. 23 sentyabr payız gecə-gündüz bərabərliyindən sonra, günəş cənub yarımkürəsinə 22 dekabra doğru hərəkət edir. Belə ki, 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyi, yəni cənub tropik xətti üzərində zenitdə olur. Yəni, cənub tropiki xətti üzərinə günəş 90 dərəcə bucaq altında düşür.Günəş cənub yarımkürəsinə keçən kimi, cənub qütbündə 6 ay gündüz, şimal qütbündə isə 6 ay gecə baş verir. 22 dekabrda cənub qütb dairəsində tam 1 gün gündüz, şimal qütb dairəsində isə tam 1 gün gecə olur. Belə ki, bu gün qış gündönümü adlanır.
Qış müharibəsi
Qış müharibəsi (fin talvisota, rus. Зимняя война, isv. vinterkriget) və ya SSRİ–Finlandiya müharibəsi (həmçinin Sovet–Finlandiya müharibəsi; rus. Советско-финская война) — 30 noyabr 1939–13 mart 1940-cı illər tarixində SSRİ ilə Finlandiya arasında baş vermiş hərbi münaqişə. Bu müharibə İkinci dünya müharibəsinin başlamasından üç ay sonra, 30 noyabr 1939-cu ildə Sovet qoşunlarının Finlandiya üzərinə hücuma keçməsi ilə başlamış və 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatmışdır. Sovet qoşunlarının bu hücumu Millətlər Liqası tərəfindən qeyri-qanuni adlandırılmış və Sovet İttifaqı təşkilatdan kənarlaşdırılmışdır. Sovet hökuməti Finlandiya ilə sərhəddən 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfə ərazi mübadiləsi barədə təklif göndərmiş, lakin Finlandiyanın bu təklifi qəbul etməməsi nəticəsində müharibə başlamışdır. Bəzi mənbələrə görə müharibəni başlamaqda Sovet İttifaqının əsas məqsədi bütün Finlandiyanı ələ keçirmək və burada "kukla" Fin kommunist hökuməti yaratmaq idi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra, fevral ayında yeni hücum dalğası ilə finlərin müdafiə xətti keçildi.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər. Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan.
Qış palıdı
Qış palıdı (lat. Quercus dalechampii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qış qarışlayıcısı
Qış qarışlayıcısı-(lat. Operophthera brumata L.) Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qarışlayıcılar fəsiləsinə aid olan növ Zərərvericinin kəpənəklərinə hava şəraitindən asılı olaraq payız fəslinin axırı və qış fəslinin əvvəli rast gəlmək olur. Erkək kəpənək qanadları açılmış halda 20–25 mm ölçüdə olmaqla, ön qanadları sarı rəngdə olub, zolaqsızdır. Sap şəkilli bığcıqları vardır. Dişi kəpənəyin qanadları qısa olub, boz rəngdədir. Qanadların üzərində iki zolaq görünür. Pup mərhələsində qışlayır, oktyabrın axırı və noyabrın əvvəllərində puplardan çıxan kəpənəklər 1-2 gün cütləşdikdən sonra yumurta qoymağa başlayırlar. Kəpənəklərin uçuşu 40-45 gün davam edir. Yumurtalar uzunsov oval şəklində olmaqla, sarımtıl-yaşıl rəngdədirlər. Dişi kəpənəklər yumurtalarını topa halında ağacların qabığının çatları arasına və tumurcuqların üzərinə qoyurlar.
Qış sarayı
Qış sarayı (rus. Зи́мний дворе́ц) — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır. Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini "XIX əsr Rokoko üslubuna uyğun" olduğunu bildirirlər.
Qış vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Qış xoruzgöbələyi
Qış xoruzgöbələyi (lat. Flammulina velutipes) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin physalacriaceae fəsiləsinin flammulina cinsinə aid göbələk növü. Uzun, nazik ağ göbələkdir ki, Şərqi Asiya mətbəxində istifadə olunur (Çin, Yaponiya və Koreya kimi). Bu göbələklər, Flammulina velutipesin sortlarındandir ki, həm də qızılı iynə göbələk adlandırılır.Vəhşi formalar rəng, faktura və naziklikdə fərqlidirlər ki həm də qış göbələyi, məxmər ayaq, və ya məxmər kök adlandırılır.
Qış Bulvarı
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.
Qış Bulvarı metrostansiyası
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xəttinin 6-cı stansiyası olacaq. Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: "B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək".
Qış Olimpiya Oyunları
Qış Olimpiya Oyunları — "Ağ Olimpiadalar" adlanan ilk yarışlar 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı medallar uğrunda mübarizə aparıb. İndiyədək sayca 22-ci Qış Olimpiya Oyunları keçirilib.
Qış Paralimpiya Oyunları
Qış Paralimpiya Oyunları — fiziki maneəli idmançıların rəqabət apardığı beynəlxalq idman hadisəsi.
Qış fırtınası əməliyyatı
Qış idman növləri
Qış idman növləri — qış dövründə qar və buz üzərində keçirilən idman növləri. Əsas qış idman növləri qış olimpiya oyunlarına daxildir.
Qış sarayında yanğın
Qış sarayında yanğın — Rusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi. Üç gün müddətində yanan sarayın alovları 50–70 verst (50–75 km/30–45 mil) məsafədən görünmüşdü. Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereya və Feldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi. Yanğın, qığılcımın nəfəslik vasitəsiylə Feldmarşallar zalının taxtadan olan qoşa divarı arasına düşməsi nəticəsində baş vermişdi. Bundan sonra divarlar daxildən yanmağa başlamış və alov Kiçik taxt zalının damına keçmişdi. Quru taxtadan inşa edilmiş və yağlı boya ilə bəzədilmiş daxili divarlar, qısa zamanda alışmağa başlamışdı. Hadisə baş verən zaman imperator ailəsi Mixail teatrında idi, bu zaman, bir yavər o dövrün nazirlərindən biri olan Şahzadə Volkonskiyə yaxınlaşaraq hadisə haqqında məlumat verir. Şahzadə yavərə tapşırıqlar verərək, sakit şəkildə tamaşanı izləməyə davam edir. Saat yarım sonra yavər yenidən qayıdır və bu zaman nazir I Nikolayla danışmağa məcbur olur. Yanğının Ermitaj binasına keçməsinin qarşısını ala bilmək üçün I Nikolay təcili şəkildə birləşdirici dəhlizin uçurulmasını və damın sökülməsini əmr etdi.
Qış sarayının bağları
Qış sarayının bağları Avropanın digər hökmdar sarayları ilə müqayisədə məşhur deyildir və xüsusi dizaynı yoxdur. Çünki, çar və ailəsinin yaşayış yeri olan saray, əyləncə və istirahət məkanı kimi yox, güc və qüvvət simvolu kimi nəzərdə tutulmuşdu. Şimaldan Neva çayı, cənubda isə Saray meydanı ilə əhatə olunmuş Qış sarayı ətrafənda bağ salınması üçün xüsusi yer də yox idi; lakin, Rusiyanın son iki imperatriçası əvvəl asfaltla döşənmiş kiçik saray ərazisində kiçik bağlar saldırmışdılar. 1885-ci ildə III Aleksandrın həyat yoldaşı, Çaria Mariya Fyodorovna sarayın əvvəl asfaltla döşənmiş kimik həyətində bağ saldırmışdı. Bu bağ, sərbəst düzbucaqlı formasında dizayn edilmişdi. Qazon ağacları və kolları ilə bəzədilmiş bağdan Saray meydanına qapı açılır. İkinci bağ 1896-cı ildə II Nikolayın xanımı, Qış sarayında XX əsrin əvvəlində qısa müddət ömür sürmüş Çariça Aleksandra Fyodorovna tərəfindən yaradılmışdır. O, sarayda yaşadığı zaman, insanların sarayın fasadına yaxınlaşa bildiklərini görmüş və bayırdan sarayın qərbində yerləşən şəxsi otaqlara boylanılmasını bəyənməmişdi. Həmçinin, çariça, övladlarının təhlükəsiz oynaya biləcəyi bir məkan olması arzusunda idi, buna görə də, saray həyətinin onun pəncərəsi olan hissəsində bağ yaradıldı. Yüksək divarlarla əhatə olunmuş bağ, Riqa şəhər bağları və parklarının direktoru, landşaft memarı Georq Kufaldın layihəsi əsasında salınmışdı.
Qış sarayının rotundası
Rotunda (rus. Ротунда) — Sankt-Peterburqdakı Qış sarayının şimal-qərb qanadında yerləşən dairəvi otaqdır. Rotunda Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdir. Otaq bir çox dövlət otaqları və imperator ailəsinin şəxsi otaqları arasında keçid rolunu oynamışdır. 1837-ci ildə Qış sarayında baş vermiş yanğın zamanı sarayın bir çox otaqları kimi, Rotunda da məhv olmuş, lakin, sonradan əvvəlki stilində bərpa edilmişdir. Rotunda neoklassik məbəd stilində dizayn edilmişdir. Dairəvi otaq olan Rotunda gümbəzlə tamamlanmış, gümbəzin ortasında isə şüşəylə örtülmüş okulus yerləşdirilmişdir. Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201).
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Qış bulvarı (Bakı)
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.
Qış parkı (Bakı)
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.
Azərbaycan 1998 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında. Azərbaycan XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 1 idman növündə təmsil olundu. Bu Azərbaycanın Qış Olimpiya Oyunlarında debütü idi. 1991-ci ildə Sovet İttifaqının dağılması prosesi zamanı Azərbaycan özünün dövlət müstəqilliyini elan elədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradıldı. Milli Olimpiya Komitəsi 10 mart 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı və hüquqi status əldə elədi. 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi, siyasi problemlər və iqtisadi böhran səbəbilə Milli Olimpiya Komitəsi beynəlxalq status ala bilmədi. Milli Olimpiya Komitəsi yalnızca 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1994-cü ilin fevralında Norveçin Lillehammer şəhərində baş tutan XVII Qış Olimpiya Oyunlarında mübarizə aparmaq üçün lisenziya turnirləri artıq başa çatdığına görə Azərbaycan həmin olimpiada da çıxış edə bilmədi. Nəhayət 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları debüt elədi.
Azərbaycan 2002 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2002-ci ildə Birləşmiş Ştatların Solt-Ley-Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarında. Azərbaycan XIX Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu. DNF — bitirmədi Dağ xizəyi idman növü üzrə turnirlər 10-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Elbrus İsaqov təmsil elədi. Fevralın 22-də slalom turnirində mübarizə aparan Elbrus İsaqov, çıxışını bitirə bilmədi. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil elədi. Kişilərin turnirində Sergey Rılov, buzüstü rəqs turnirində isə Kristin Freyzer & İqor Luxanin cütlüyü Azərbaycanın idman şərəfini qorudu. Bu idman növü üzrə turnirlər 8-22 fevralda baş tutdu. Əvvəlcə fevralın 14-də Sergey Rılov çıxış elədi. Qısa proqramda 22-ci pillənin sahibi olan Sergey Rılov, fevralı 16-da baş tutan sərbəst proqramı da 22-ci pillədə başa vurdu və XIX Qış Olimpiya Oyunlarında 24-cü pillədə qərarlaşdı.
Azərbaycan 2006 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında. Azərbaycan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirdə Azərbaycanı Kristin Freyzer & İqor Luxanin cütlüyü təmsil elədi. Bu idman növü üzrə turnir 11-24 fevralda baş tutdu. Fevralın 17-də buzüstü rəqs turnirində Kristin Freyzer & İqor Luxanin cütlüyü mübarizə apardı. Məcburi rəqsdə 28.28 balla 20-ci, orijinal rəqsdə isə 44.84 balla 18-ci pillənin sahibi olan Kristin Freyzer & İqor Luxanin cütlüyü, fevralın 20-də baş tutan sərbəst rəqsi 77.14 balla 17-ci pillədə başa vurdu. Nəticədə Kristin Freyzer & İqor Luxanin cütlüyü Turin Olimpiadasında 150.26 balla 18-ci pillədə qərarlaşdı.
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında — Azərbaycanın 12–28 fevral tarixlərində Kanadanın Vankuver şəhərində keçirilən 2010 Qış Olimpiya Oyunlarında iştirakı. Komandada biri qadın və biri kişi olmaqla iki idmançı var idi. İkisi də dağ xizəyində slalom və nəhəng slalom yarışlarında iştirak etmişdir. Azərbaycan təmsilçiləri slalomu başa vurmadılar, yalnız nəhəng slalomda təsnif edildilər. Qadınlar arasında keçirilən yarışmada Qaya Bassani Antivari 66-cı yeri, kişilər arasında keçirilən yarışmada isə Sedrik Nots 79-cu yeri tutdu. Açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olaraq iştirak edən Fuad Quliyev Qış İdmanı Federasiyasının vitse-prezidenti idi. Bağlanış mərasimində bayraqdar olan Könül Nurullayeva isə olimpiya missiyasının rəhbəri idi. Bu, Azərbaycan komandasının Qış-Yay Olimpiadası daxil olmaqla Olimpiadada səkkizinci iştirakı idi. Eyni zamanda, Azərbaycan komandasına fiqurlu konkisürmə üzrə heç bir təmsilçinin daxil edilmədiyi ilk Qış Olimpiadası idi. 2009-cu ildə Val-d-İzer şəhərində Dağ Xizəyi Dünya Çempionatı keçirildi.
Azərbaycan 2013 Qış Universiada Oyunlarında
Azərbaycan 2013 Qış Universiada Oyunlarında — 11 dekabr-21 dekabr tarixləri arasında İtaliyanın Trentino şəhərində keçirilən 2013 Qış Universiada Oyunlarındaki iştirakı. Azərbaycan 2013 Qış Universiada Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Azərbaycan 2014 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərində baş tutan XXII Qış Olimpiya Oyunlarında. Azərbaycan XXII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu. DNF — bitirmədi DNS — mübarizə aparmadı Dağ xizəyi idman növü üzrə turnirlər 9-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Patris Braxner və Qaya Bassani Antivari təmsil elədi. Kişilərin nəhəng slalom turnirində çıxış edən Patris Braxner fevralın 19-da mübarizə apardı. 1-ci gedişdə 1:30.32 dəqiqə, 2-ci gedişdə isə 1:32.32 dəqiqə nəticə göstərən Patris Braxner ümumi nəticədə 3:02.64 dəqiqə nəticə göstərdi və turniri 54-cü pillədə başa vurdu. Fevralın 22-də baş tutan slalom turnirində isə Patris Braxner finiş həddinə çata bilmədi və mübarizəsini nəticəsiz başa vurdu. Fevralın 21-də qadınların slalom turnirində mübarizə aparan Qaya Bassani Antivari isə turnirdə çıxış eləmədi. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Yuliya Zlobina və Alexey Sitnixov dueti təmsil elədi. Bu idman növü üzrə turnir 6-22 fevralda baş tutdu.
Azərbaycan 2018 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında. Azərbaycan XXIII Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu. DNS — mübarizə aparmadı Dağ xizəyi idman növü üzrə turnirlər 12-24 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Patris Braxner təmsil elədi. Fevralın 22-də slalom turnirində mübarizə aparan Patris Braxner turnirdə çıxış eləmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Azərbaycan 2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2020-ci ildə İsveçrənin Lozanna şəhərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası 8–22 yanvar tarixlərində baş tutan Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu. Tarixdə birinci dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu. Lozanna Olimpiadasının açılış mərasimində Azərbaycan bayrağını Yekaterina Ryabova apardı. Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bu idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yekaterina Ryabova. Ryabova 2019-cu ilin 4–10 martında Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında 12-ci pillənin sahibi oldu. Həmin turnirin nəticələrə əsasən Ryabova Lozanna Olimpiadasına vəsiqə qazandı. Bununla da Ryabova Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Yanvarın 11-də Lozanna Olimpiadasında qısa proqram baş tutdu. 16 idmançının mübarizə apardığı mərhələdə Ryabovanın çıxışı 60.30 balla qiymətləndirildi.
Azərbaycan 2022 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2022-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIV Qış Olimpiya Oyunlarında. Azərbaycan XXIV Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil elədi. Bu idman növü üzrə turnir 4-20 fevralda baş tutdu. Kişilərin turnirində çıxış edən Vladimir Litvintsev fevralın 8-də qısa proqramda çıxış elədi. 85.16 balla 30 idmançı sırasında 18-ci pillədə qərarlaşan Vladimir Litvintsev növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 10-da baş tutan sərbəst proqramda Vladimir Litvintsev 80.76 balla mərhələni 24 idmançı sırasında 18-ci pillədə bitirdi. Ümumi nəticədə isə Vladimir Litvintsev 240.20 balla olimpiadanı 18-ci pillədə başa vurdu. Qadınların turnirində çıxış edən Yekaterina Ryabova fevralın 15-də qısa proqramda çıxış elədi. 62.82 balla 30 idmançı sırasında 16-cı pillədə qərarlaşan Yekaterina Ryabova növbəti mərhələyə vəsiqə qazandı.
Azərbaycan Futbol Liqasının 2016–17 qış transferləri
Bu siyahıda Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qış transferləri göstərilmişdir.
Azərbaycan Qış Olimpiya Oyunlarında
Azərbaycan — ilk dəfə Qış Olimpiya Oyunlarında 1998-ci ildə iştirak etdi. Yaponiyanın Naqano şəhərində keçirilən ilk Qış Olimpiya Oyunlarında Azərbaycan 4 idmançı ilə təmsil olundu. Azərbaycan idmançıları iştirak etdiyi 5 Qış Olimpiya Oyunlarında heç medal qazanmayıblar.
B-5 (Qış Bulvarı) metrostansiyası
B-5 metrostansiyası — Bakı metrosunun "Bənövşəyi xəttinin 6-cı stansiyası olacaq. Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisi Bəxtiyar Məmmədov bildirib ki, xəttin beşinci stansiyası (B-5) üzrə yer bəllidir və o istiqamətdə işlər B-4-də işlər qurtardıqdan sonra başlayacaq: “B-5 stansiyası Xarici İşlər Nazirliyinin binasının arxa tərəfində yerləşəcək”.
Bayraməli qışlağı
Bayraməli qışlağı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Bayraməli qışlağı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Bayraməli qışlağı (Gədəbəy) — Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan yer.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Baş Qışlaq (Goranboy)
Başqışlaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. Baş Qışlaq kəndi Buzluq çayının sol sahilində, Murovdağ silsiləsinin şm.-ş. yamacındadır. Oykonim "yuxarıda, yüksəkdə olan qışlaq" deməkdir. Kəndin əhalisi vaxtilə Gədəbəy r.nunun Çaldaş, Çalburun və Dəyəqarabulaq kəndlərindən köçüb gəlmiş ailələrdən ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Baş Qışlaq (Xudabəndə)
Baş Qışlaq (fars. باش قشلاق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (45 ailə). Xudabəndə şəhristanının Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 15 km. qərbdədir.
Boliviya 2018 Qış Olimpiya Oyunlarında
Boliviya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Boliviya 1992-ci ildən heç bir qış olimpiya oyunlaeında iştirak etməmişdir. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Boliviya «A» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Simon Baytfus Kamerlanderə məxsusdur. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Braziliya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Braziliya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Braziliya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Braziliya 2018 Qış Olimpiya Oyunlarında
Braziliya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 9 idmançı ilə təmsil olunacaqdır. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Braziliya bu idmasn növünün kişilərdən ibarət cütlük və dördlük naminasiyalarında işrirak hüququ əldə etmişdir. kişilər Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq Braziliya bir lisenziya əldə edə bilmişdir. Catışmayan lisenziyaları əldə etmək məqsədi ilə Nebelhorn Trophy 2017 turnirində 4-6 ən yaxşı idmançı yarışmasında yer tutmaq lazım gəlinir. Bu lisenziyaları isə Kaylani Kreyn beşinci yeri tutmaqla əldə etmişdir. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər.
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Böyük Qışlaq (Xudabəndə)
Böyük Qışlaq (fars. بيوک قشلاق‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (27 ailə). Xudabəndə şəhristanının Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 24 km qərbdədir.
Danimarka 2018 Qış Olimpiya Oyunlarında
Danimarka 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 19 idmançı ilə təmsil olunacaqdır. Bu olimpiya oyunlarında idmançı sayı 2010 Qış Olimpiya Oyunları iştirak edən iştirakçılardan 1 nəfər azdır. Yelena Riqas bayraqdar olmuşdur. Qış Olimpiya Oyunlarında ölkə yalnız 1998-ci ildə körlinqdə medal ala bilmişdir Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Danimarka «A» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Ancaq bir qadın iştirakçısı kvotadan imtina etmişdir. Bundan sonra isə yenidən bir kişi idmançı ilə təmsil olunmaq hüquuq əldə etmişdir. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Dörgədərə Qışlağı
Dörgədərə Qışlağı (az-əbcəd. دؤرگه‌دره قێشلاغێ‎, fars. قشلاق درگه‌دره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).

Значение слова в других словарях