Azərbaycan 1998 Qış Olimpiya Oyunlarında

Azərbaycan — 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında. Azərbaycan XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 1 idman növündə təmsil olundu. Bu Azərbaycanın Qış Olimpiya Oyunlarında debütü idi.

Azərbaycan
1998 Qış Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İdmançı sayı4 idmançı (1 idman növündə)
BayraqdarYuliya Vorobyeva (açılış mərasimi)
Medallar
Yer: —




0 0 0 0
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022
Digər əlaqəli oyunlar
Beynəlxalq Olimpiya Komitəsi Birləşmiş Komanda (1992)

1991-ci ildə Sovet İttifaqının dağılması prosesi zamanı Azərbaycan özünün dövlət müstəqilliyini elan elədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradıldı. Milli Olimpiya Komitəsi 10 mart 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı və hüquqi status əldə elədi. 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi, siyasi problemlər və iqtisadi böhran səbəbilə Milli Olimpiya Komitəsi beynəlxalq status ala bilmədi. Milli Olimpiya Komitəsi yalnızca 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1994-cü ilin fevralında Norveçin Lillehammer şəhərində baş tutan XVII Qış Olimpiya Oyunlarında mübarizə aparmaq üçün lisenziya turnirləri artıq başa çatdığına görə Azərbaycan həmin olimpiada da çıxış edə bilmədi. Nəhayət 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları debüt elədi.

Azərbaycan Milli Olimpiya Komandası Naqano Olimpiadasında dörd idmançı ilə bir idman növü üzrə təmsil olundu. Fevralın 7-də Naqano Olimpiya Stadionunda baş tutan açılış mərasimində Azərbaycan bayrağını Yuliya Vorobyova apardı. Yuliya Vorobyova olimpiaların açılış mərasimlərində Azərbaycan bayrağını aparan birinci idmançı olaraq Azərbaycanın idman tarixinə düşdü.

Fiqurlu konkisürmə

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı

Azərbaycanı bu idman növü üzrə dörd idmançı təmsil elədi. Kişilərin turnirində İqor Paşxeviç[1], qadınların turnirində Yuliya Vorobyova[2], cüt turnirdə isə İnqa Radionova & Alexander Aniçenxo dueti Naqano Olimpiadasında mübarizə apardı.[3][4]

Bu idman növü üzrə turnirlər 8–10 fevralda baş tutdu.[5] Əvvəlcə fevralın 8-də İnqa Radionova & Alexander Aniçenxo cütlüyü çıxış elədi.[3][4][5] Qısa proqramdan sonra Radionova & Aniçenxo cütlüyü 18-ci pillədə qərarlaşdı.[5] Fevralın 10-da baş tutan sərbəst proqramın nəticələrinə əsasən isə İnqa Radionova & Alexander Aniçenxo cütlüyü 18-ci pillənin sahibi oldu.[5] Bununla da Radionova & Aniçenxo cütlüyü Naqano Olimpiadasını 18-ci pillədə başa vurdu.[3][4][5]

Fevralın 12-də isə İqor Paşxeviç mübarizə apardı.[1][6] Mövsüm ərzində Almaniyada və Fransada baş tutan beynəlxalq turnirlərdə gümüş və bürünc medallara sahib olan İqor Paşxeviç, qısa proqramdan sonra 12-ci pillədə qərarlaşdı.[6] Fevralın 14-də baş tutan sərbəst proqramda isə İqor Paşxeviç 15-ci pillənin sahibi oldu və ümumi nəticədə Naqano Olimpiadasını 16-cı pillədə başa vurdu.[1][6]

Fevralın 18-də isə Yuliya Vorobyeva çıxış elədi.[2][7] Qısa proqramı 18-ci pillədə başa vuran Yuliya Vorobyeva, fevralın 20-də baş tutan sərbəst proqramı 16-cı pillənin sahibi oldu.[7] Bununla da Yuliya Vorobyeva Naqano Olimpiadasını 16-cı pillədə başa vurdu.[2][7]

İdmançı
Yarış
QP
SP
Ümumi
Yer
Xal
Yer
Xal
Yer
İqor Paşxeviç Kişilər
116.0
12
134.0
15
15.0
16
Yuliya Vorobyeva Qadınlar
167.0
18
135.0
16
25.0
16
İnqa Radionova & Alexander Aniçenxo Cüt
166.0
18
158.0
18
27.5
18
  1. 1 2 3 Olympedia.org. "IGOR PASHKEVICH". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 Olympedia.org. "YULİYA VOROBYOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 Olympedia.org. "INGA RODIONOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 Olympedia.org. "ALEKSANDR ANISHCHENKO". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. 1 2 3 4 5 Olympedia.org. "1998 Winter Olympic Games / FIGURE SKATING / Pairs / Mixed". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. 1 2 3 Olympedia.org. "1998 Winter Olympic Games / FIGURE SKATING / Singles / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. 1 2 3 Olympedia.org. "1998 Winter Olympic Games / FIGURE SKATING / Singles / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.