Azərbaycan — 2022-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIV Qış Olimpiya Oyunlarında. Azərbaycan XXIV Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Azərbaycan 2022 Qış Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 1 idmançı (1 idman növündə) | ||||||||
Bayraqdar | Vladimir Litvintsev (açılış mərasimi) Könüllü (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Birləşmiş Komanda (1992) |
Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil elədi.[1][2]
Bu idman növü üzrə turnir 4-20 fevralda baş tutdu. Kişilərin turnirində çıxış edən Vladimir Litvintsev fevralın 8-də qısa proqramda çıxış elədi. 85.16 balla 30 idmançı sırasında 18-ci pillədə qərarlaşan Vladimir Litvintsev növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 10-da baş tutan sərbəst proqramda Vladimir Litvintsev 80.76 balla mərhələni 24 idmançı sırasında 18-ci pillədə bitirdi. Ümumi nəticədə isə Vladimir Litvintsev 240.20 balla olimpiadanı 18-ci pillədə başa vurdu.[3]
Qadınların turnirində çıxış edən Yekaterina Ryabova fevralın 15-də qısa proqramda çıxış elədi. 62.82 balla 30 idmançı sırasında 16-cı pillədə qərarlaşan Yekaterina Ryabova növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 17-də baş tutan sərbəst proqramda Yekaterina Ryabova 118.16 balla mərhələni 25 idmançı sırasında 15-ci pillədə bitirdi. Ümumi nəticədə isə Yekaterina Ryabova 180.98 balla olimpiadanı 15-ci pillədə başa vurdu.[4]
Vladimir Litvintsev | Kişilər | ||||||
Yekaterina Ryabova | Qadınlar |