Azərbaycan — 2002-ci ildə Birləşmiş Ştatların Solt-Ley-Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarında. Azərbaycan XIX Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu.
Azərbaycan 2002 Qış Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 4 idmançı (2 idman növündə) | ||||||||
Bayraqdar | Sergey Rılov (açılış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 | |||||||||
Digər əlaqəli oyunlar | |||||||||
Birləşmiş Komanda (1992) |
Dağ xizəyi idman növü üzrə turnirlər 10-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Elbrus İsaqov təmsil elədi.[1] Fevralın 22-də slalom turnirində mübarizə aparan Elbrus İsaqov, çıxışını bitirə bilmədi.[1][2]
Elbrus İsaqov | Slalom |
Bu idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil elədi. Kişilərin turnirində Sergey Rılov[3], buzüstü rəqs turnirində isə Kristin Freyzer & İqor Luxanin cütlüyü Azərbaycanın idman şərəfini qorudu.[4][5]
Bu idman növü üzrə turnirlər 8-22 fevralda baş tutdu. Əvvəlcə fevralın 14-də Sergey Rılov çıxış elədi.[3][6] Qısa proqramda 22-ci pillənin sahibi olan Sergey Rılov, fevralı 16-da baş tutan sərbəst proqramı da 22-ci pillədə başa vurdu və XIX Qış Olimpiya Oyunlarında 24-cü pillədə qərarlaşdı.[3][6]
Fevralın 17-də isə buzüstü rəqs turnirində Kristin Freyzer & İqor Luxanin cütlüyü mübarizə apardı.[4][5][7] Məcburi rəqsdə 17-ci, orijinal rəqsdə 18-ci pillənin sahibi olan Kristin Freyzer & İqor Luxanin cütlüyü, fevralın 20-də baş tutan sərbəst rəqsi 17-ci pillədə başa vurdu.[7] Nəticədə Kristin Freyzer & İqor Luxanin cütlüyü XIX Qış Olimpiya Oyunlarında 17-ci pillədə qərarlaşdı.[4][5][7]
Sergey Rılov | Kişilər | ||||||||
Kristin Freyzer & İqor Luxanin | Buzüstü rəqs |