QIŞQIRTI

is. Qışqırıq, çığırtı, bağırtı; qışqırıq səsi.
Balaca uşaqlar … biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev.
Elə bu zaman səbir kasası aşıb-daşan Zərrintac xanımın qışqırtısı bütün həyəti götürdü. S.Rəhimov.
Bayaqkı qışqırtı və bağırtıdan hürkmüş … müdir nəfəs aldı. M.İbrahimov.

// məc. Səs, gurultu, şarıltı, şırıltı.
Çayın qışqırtısı qaranlığın qatı sükutunu pozur, çay səllimi at kimi baş alıb gedir. Ə.Vəliyev.

Синонимы

  • QIŞQIRTI bax: qışqırıq
  • QIŞQIRTI qışqırtı bax çığırtı
QIŞQIRMAQ
QIŞQIRTMA

Значение слова в других словарях