Qap

birja qiymətlərinin kəskin şəkildə artımı və azalması.
Qanunvericiliyin Əsasları
Qapalı Abunə
OBASTAN VİKİ
Mərkəzi Qap
Mərkəzi Qap (fr. Gap-Centre) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0526. Mərkəzi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 8 090 nəfər təşkil edirdi.
Cənub-qərbi Qap
Cənub-qərbi Qap (fr. Gap-Sud-Ouest) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0530. Cənub-qərbi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 9 720 nəfər təşkil edirdi.
Cənub-şərqi Qap
Cənub-şərqi Qap (fr. Gap-Sud-Est) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0529. Cənub-şərqi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 7 938 nəfər təşkil edirdi.
Qap
Qap (rayon)
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Qap (rayon)
Qap (fr. Blois) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Alplar. Prefektura — Qap. Rayon əhalisi 2006-cı ildə 96 737 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon ərazisi — 3411 km².
TRT QAP
TRT 3 — Türkiyənin televiziya kanalı. TRT 3 kanalının əsas məqsədi əsasən tamaşaçılarına idman yeniliklərini çatdırmaqdır. Kanalın verilişləri müəyyən saatlarda TRT-QAP və TBMM TV ilə yayımlanır. Əksəriyyətlə idman proqramları olmaqla, təlim, mədəniyyət və musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur. Həmçinin, bu kanalda, həftə ərzində hər gün müəyyən vaxtlarda, Türk vətəndaşlarının gündəlik həyatlarında ənənəvi olaraq istifadə etdikləri dil və ləhcələrdə mədəniyyət, xəbər və musiqi proqramları aparılır. TRT-3’ün yayım mərkəzi Ankara Televiziyasıdır. TBMM TV və yaxud bilinən digər adı ilə Meclis TV, Türkiyə Böyük Millət Məclisi ilə bağlı məlumatlarla TBMM İclaslarını canlı yayımlayan, TRT 3 ilə eyni tezlikdə yayımlanan bir televiziya kanalı. TRT-QAP verilişləri, Şərqi və сənub-şərqi Anadolu Bölgələrində yaşayan əhalinin istəklərinə cavab verən və bölgə xüsusiyyətlərinə görə hazırlanan təlim, mədəniyyət, bədii film, musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur.
Şimal-qərbi Qap
Şimal-qərbi Qap (fr. Gap-Nord-Ouest) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0528. Şimal-qərbi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 3 571 nəfər təşkil edirdi.
Şimal-şərqi Qap
Şimal-şərqi Qap (fr. Gap-Nord-Est) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0527. Şimal-şərqi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 6 619 nəfər təşkil edirdi.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Cənnət qapısı (Gilberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Elşən Qapaqov
Elşən Rafiq oğlu Qapaqov (Qazax rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Zəfər" ordeni laureatı. Elşən Qapaqov Qazax rayonunda anadan olub. 1990-cı ildə Türkiyədə hərbi təhsil alıb və sonra Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Azərbaycan Ordusunun polkovniki olan Elşən Qapaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fransada ilin qapıçısı
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin qapıçısı mükafatı siyahısıdır. Fransada 2002-ci ildən bəri ilin qapıçısı mükafatı təsis edilir. Mükafatın ilk sahibi isə Stefan Trevisan olmuşdur.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Gəncə qapıları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.
Hisar-i Qapıçı (Urmiya)
Hisar-i Qapıçı (fars. حصارگاپوچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).
Kilikiya qapıları
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Krakov Qapısı (Lublin)
Krakov qapısı ( Brama Krakowska ) - Lublin şəhər divarında (indi fəaliyyət göstərməyən) orta əsrlərə aid kərpic qapısı, onun vasitəsilə köhnə şəhərə giriş paytaxt Krakov tərəfdən həyata keçirilirdi. Bu qapılardan keçəndə köhnə şəhərin əsas küçəsi - Krakov ətrafı başlayır. Möhkəmlənmiş qapıların tikintisinə kral III Kazimirin göstərişi ilə 1341-ci il tatar basqınından sonra başlanmışdır. Şəhər divarının önünə bir xəndək çəkildi, onun vasitəsilə darvazaya körpü atıldı. 16-cı əsrin birinci yarısında istehkamlar memar Sebastyan Vlox tərəfindən təmir edilmişdir. Qapı 1673 və 1742-45-ci illərdə bərpa edilmişdir. 1782-ci ildə Domeniko Merlininin rəhbərliyi altında yenidən quruldular. 19-cu əsrin birinci yarısında darvazalar Məryəm və Müqəddəs Entonini (şəhərin səmavi hamisi) təsvir edən hörmət nişanları ilə bəzədilmişdir. 1950-ci illərdə darvaza nəzərdə tutulan orta əsr görünüşünə qayıtmaqla bərpa edilmişdir. İçəridə Lublin şəhərinin Tarix Muzeyi var.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Lokmaçı qapısı
Lokmacı qapısı və ya Lokmacı Sərhəd Qapısı(yun. οδός Λήδρας, türk. Lokmacı Kapısı) — Kipr adasını iki hissəyə ayıran və BMT tərəfindən nəzarət olunan "yaşıl zona"da yerləşən Lokmaçı (Ledra) nəzarət-buraxılış məntəqəsi. Lokmaçı sərhəd qapısının açılması barədə qərar yunan Kiprinin prezidenti Dimitris Xristofias və türk tərəfinin prezidenti Mehmet Əli Tələtin 21 martda keçirilən görüşündə qəbul olunub. Kipr adasını ikiyə bölən təxminən uzunluğu 180 kilometr olan Yaşıl Xətt üzərindəki beş ayrı gömrük qapısından biridir. Kıbrıs Respublikasında ictimai qarşıdurmaların yaşandığı 1963–1964 hadisələri zamanı bağlanılan keçid, 3 aprel 2008 tarixində yenidən açıldı Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində bağlı qalan keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Kipr adasında tarixi hadisə baş verib. Adanın yunan və türk icmaları arasında 1963-cü ildə başlanan hərbi münaqişə nəticəsində 45 ildir bağlı qalan Lokmaçı qapısı gediş-gəliş üçün açıq elan olunub. Yunanların Nikosiya, türklərin isə Lefkoşa adlandırdığı şəhərin mərkəzindəki keçidin açılışına hər 2 tərəfdən rəsmilər qatılıb. Rəsmi açılış zamanı Lefkoşa türk bələdiyyəsiylə Nikosiya yunan bələdiyyəsinin rəhbərləri əvvəlcə türk tərəfinə, sonra isə yunan tərəfinə keçməklə gediş-gəlişin əsasını qoyublar.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər. Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər: revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir. nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər. infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.
Morava qapısı
Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte‎, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.
Mərkəzi qapalı bazar (İrəvan)
Mərkəzi qapalı bazar — Ermənistanın paytaxtı İrəvandakı ticarət kompleksi. Mesrop Maştos prospektində, Göy Məsciddən bir qədər aralıda yerləşir. Bina 1952-ci ildə tikilib. Memar Qriqor Ağababyanın ən məşhur əsərlərindən biridir. 2010-cu illərin əvvəllərində yenidənqurmadan sonra ticarət kompleksinin bir hissəsi olir. İrəvanın görməli yerlərindən hesab olunur. Ermənistanın tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Bazar 1952-ci ildə Stalin prospektində (daha sonra - Lenin prospekti, indi - Meşrop Maştots prospekti) bir ticarət meydançasının əvvəllər yerləşdiyi yerdə tikilib. Açılış 29 aprel 1952-ci il tarixində baş tutur. Layihə memar Qriqor Ağababyan tərəfindən hazırlanmış, dizayneri A. Arakelyan olmuşdur.

Значение слова в других словарях