qapalı teleradio şəbəkəsi

Kütləvi yayım üçün nəzərdə tutulmayan təhsil, tədris, müdafiə, təhlükəsizlik və s. sahə maraqları üçün bir və ya bir-biri ilə əlaqəli bir neçə bina daxilində istifadə edilən kabelli televiziya

qapalı səhmdar cəmiyyəti
qapalı vəsiyyətnamə
OBASTAN VİKİ
Teleradio Akademiyası
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. === Yaranması === 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Telli Pənahqızıdır.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. == Ümumi məlumat == Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər — səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (rus. закрытые административно-территориальные образования; Rom: zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca rus. ЗАТО; Rom: ZATO). == İstinadlar == == Əlavə ədəbiyyat == Bukharin, Oleg (September/October 1998). "Retooling Russia's Nuclear Cities". The Bulletin of the Atomic Scientists – Educational Foundation for Nuclear Science.
Qapalı aktiv
Qapalı aktivlər, gözlənilməz və ya erkən silinmə, dəyərdən düşmə və ya öhdəliklərə çevrilmə nəticəsində zərər görən aktivlərdir ". Qapalı aktivlər müxtəlif səbəblərdən yaranır və iqtisadi artım, transformasiya və innovasiya ilə bağlı olan "yaradıcı məhv" fenomeninə xasdır. Bu aktivlər fərdlər və şirkətlər üçün risklər yaradır və sistemli təsirlərə səbəb ola bilər. İqlim dəyişikliyinin bütün dünya iqtisadiyyatında potensial dalğalanma təsiri ilə karbon tutumlu sənayelər və investorlar üçün qapalı aktivlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağı gözlənilir. Termin, aktivin öhdəliyə çevrilməsindən sonra iqtisadi itkilərin qarşısını almaq üçün maliyyə riskinin idarə edilməsi üçün vacibdir. Mühasiblərin aktivlərin dəyərsizləşməsi ilə mübarizə aparmaq üçün tədbirləri var (məs . 16 №-li MUBS) müəssisənin aktivlərinin bərpa oluna bilən məbləğindən artıq uçota alınmamasını təmin etməyə çalışır. Bu kontekstdə qapalı aktivlər köhnəlmiş və ya işlək olmayan aktiv kimi də müəyyən edilir, lakin balansda mənfəət itkisi kimi qeyd edilməlidir. == İqlimlə bağlı aktivlərin bağlanması == "Qapalı aktivlər" termini ətraf mühit və iqlim dəyişikliyi mövzularında böyük əhəmiyyət daşıyır. Bu kontekstdə diqqət əsasən iqlim dəyişikliyi kimi ətraf mühitlə bağlı faktorların təsirinə yönəlir,) müxtəlif sektorlardakı aktivləri necə bağlaya biləcəyinə yönəlmişdir.
Milli teleradio şurası
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Space Teleradio Şirkəti
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. == Tarixçə == "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Teleradio İstehsalat Birliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İB-yi Respublikada radio-televiziya yayımını, Radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən yeganə dövlət müəssisəsidir. Hələ XX əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur. XX əsrin 80-cı illərin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı. 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə Radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Amma, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxarırdı. Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqram AzTV 2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən Radio-TV yayımın inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı.
Kompyuter şəbəkəsi
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Kompüter şəbəkəsi
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Rele şəbəkəsi
Rele şəbəkəsi — adətən simsiz şəbəkələr barəsində işlənir, bu, elə bir şəbəkə formasıdır ki, mənbə və son nöqtə bir neçə düyünlər vasitəsilə qarşılıqlı əlaqələndiriliblər. Belə şəbəkədə mənbə və son nöqtə bir-biri ilə birbaşa olaraq əlaqə saxlaya bilmir, çünki onlar arasında məsafə onlar arasında məlumat ötürülən yoldan daha uzun olur. Ona görə də araqlıq düyünlərdən rele şəbəkəsi vasitəsilə istifadə olunur.
Tor şəbəkəsi
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tədqiqat şəbəkəsi
Tədqiqat şəbəkəsi (ing. Research network) – elmi işlərə dəstək məqsədi daşıyır. Əksər tədqiqat şəbəkələri bir-biri ilə birləşib qlobal tədqiqat şəbəkəsi yaradır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Utrext Şəbəkəsi
Utrext şəbəkəsi (ing. Utrecht Network) — Avropanın universitet şəbəkəsi. Mənzil-qərargahı Böyük Britaniyanın Kinqston-apon-Hall şəhərində yerləşir. Prezidenti Sabine Pendldır. == Tarixi və fəaliyyəti == 1987-ci ildə qurulan bu şəbəkə yay məktəbləri təşkil edir, tələbə və kadr mübadiləsi həyata keçirir və birgə dərəcə ilə ali təhsil beynəlxalq yaradır. == Üzvləri == 2015-ci ilin iyul ayına olan məlumata görə şəbəkəyə 27 ölkədən 32 ali məktəb üzvdür.
Çay şəbəkəsi
Çay şəbəkəsi — Öz dərələri ilə ərazini parçalamış iri və xırda çay sistemlərinin məcmusuna deyilir. Çay şəbəkəsinin əsas göstəricisi onun sıxlığıdır.Çay sıxlığı hövzənin bütün çaylarının uzunluğu kəmiyyətini hövzənin sahəsi kəmiyyətinə bölməklə müəyyən edilir.
Giriş şəbəkəsi
Giriş şəbəkəsi və ya çıxış şəbəkəsi — abunəçiləri bilavasitə xidmət təminatçısı ilə birləşdirən telekommunikasiya şəbəkəsinin bir növü. Bu, lokal provayderləri bir-birinə bağlayan əsas şəbəkə ilə ziddiyyət təşkil edir. Giriş şəbəkəsi əlavə olaraq qidalandırıcı qurğu və ya paylama şəbəkəsi ilə buraxıcı qurğu və ya kənar şəbəkə arasında bölünə bilər. == Giriş haqqı == Giriş haqqı lokal mübadilə daşıyıcısı tərəfindən mübadilələrarası daşıyıcı tərəfindən uzaq mübadilə məntəqəsinə ondan aparılan şəbəkə trafikinin yaranması və ya dayandırılması kimi məqsədlər üçün lokal mübadilə vasitələrinin istifadəsi üçün edilən ödənişdir. Bəzi giriş haqları birbaşa mübadilə daşıyıcılarına hesablansa da, bütün giriş haqlarının əhəmiyyətli faizi lokal son istifadəçilər tərəfindən ödənilir. == Mobil giriş şəbəkələri == GERAN UTRAN E-UTRAN CDMA2000 GSM UMTS 1xEVDO voLTE WiMAX-də Wi-Fi == Optik paylama şəbəkəsi == Passiv optik paylama şəbəkəsi (PON) xarici zavodda birrejimli fiber-optikdən, şüa bölücülərdə və optik paylayıcı çərçivələrdən istifadə edir. Bu, dupleksləşir ki, həm yuxarı, həm də aşağı axın siqnalları ayrı-ayrı dalğa uzunluqlarında eyni lifi paylaşsın. Daha sürətli PON standartları, bir qayda olaraq, hər bir PON üzrə istifadəçilərin daha yüksək bölünmə nisbətini dəstəkləyir, lakin əlavə əhatə dairəsi tələb olunduğu yerlərdə əhatə dairəsini genişləndirənlərdən də istifadə edə bilər. Giriş şəbəkələri adətən telefon stansiyasına xüsusi keçid əldə etmək üçün hər hansı xarici zavod ayırıcıdan yan keçən Ethernet kimi "point-to-point" texnologiyalarını dəstəkləməlidir. Bəzi PON şəbəkələri ütün splitterlər mərkəzdə yerləşdirilsin deyə yolkənarı şkafların yalnız peç panellərdən ibarət olduğu "evdə işləmə" topologiyasından istifadə edir.
Kontakt şəbəkəsi
Kontakt şəbəkəsi — elektrikləşdirilmiş dəmir yollarının və digər nəqliyyat növlərinin (metro, tramvay, trolleybus, funikulyor) texniki strukturu olub, elektrik enerjisini dartma yarımstansiyalarından elektrik vaqonuna ötürməyə xidmət edir. Bundan əlavə, əlaqə şəbəkəsinin köməyi ilə dartıcı olmayan dəmir yolu istehlakçılarının təchizatı təmin edilir (stansiyaların, keçidlərin işıqlandırılması, yol alətləri üçün enerji təchizatı). Həmçinin, portal kranlar kimi bəzi qaldırıcı maşınlar kontakt şəbəkəsindən qidalana bilər.
İdarəetmə şəbəkəsi
Telekommunikasiya şəbəkəsi
Telekommunikasiya şəbəkəsi — qovşaqlar arasında mesaj mübadiləsi üçün istifadə olunan, telekommunikasiya əlaqələri ilə bir-birinə bağlanan qovşaqlar qrupu. Bağlantılar mesajları və siqnalları ötürmək üçün dövrə kommutasiyası, mesajların dəyişdirilməsi və ya paket kommutasiyası metodologiyalarına əsaslanan müxtəlif texnologiyalardan istifadə edə bilər. Birdən çox qovşaq mesajı başlanğıc qovşağından təyinat qovşağına çoxlu şəbəkə atlamaları vasitəsilə ötürmək üçün əməkdaşlıq edə bilər. Bu marşrutlaşdırma funksiyası üçün şəbəkədəki hər bir qovşağın identifikasiyası və şəbəkədə yerləşdirilməsi üçün şəbəkə ünvanı təyin edilir. Şəbəkədə ünvanlar toplusu şəbəkənin ünvan məkanı adlanır. Telekommunikasiya şəbəkələrinə misal olaraq kompüter şəbəkələri, internet, ictimai telefon şəbəkəsi (PSTN), qlobal "Telex" şəbəkəsi, aviasiya ACARS şəbəkəsi və mobil telefon telekommunikasiya provayderlərinin simsiz radio şəbəkələrini göstərmək olar. == Şəbəkə quruluşu == Ümumiyyətlə, hər bir telekommunikasiya şəbəkəsi konseptual olaraq üç hissədən və ya müstəvidən ibarətdir (onlar ayrı-ayrı üst-üstə düşən şəbəkələr kimi düşünülə bildiyinə görə belə adlandırılır): Verilənlər müstəvisi (həmçinin istifadəçi təyyarəsi, daşıyıcı müstəvi və ya yönləndirici müstəvi) şəbəkə istifadəçilərinin trafikini, faktiki faydalı yükü daşıyır. Nəzarət müstəvisi idarəetmə məlumatını daşıyır (siqnal kimi də tanınır). Menecment müstəvisi şəbəkənin idarə edilməsi üçün tələb olunan əməliyyatları, administrasiya və menecment trafikini daşıyır. Menecment müstəvisi bəzən nəzarət müstəvisinin bir hissəsi hesab olunur.
Bayesov şəbəkəsi
Bayesov şəbəkəsi (ing. Bayesian Network) — ehtimal nəzəriyyəsinə əsaslanan qrafik modeldir və dəyişənlər arasındakı asılılıqları, əlaqələri təsvir etmək üçün istifadə olunur. Bu model, kompleks sistemlərdə ehtimalların hesablanmasını və qeyri-müəyyənliklərin idarə olunmasını təmin edir. Bayesov şəbəkəsi həm təsviri, həm də proqnozlaşdırıcı analizlər aparmaqda geniş istifadə olunur və xüsusilə süni intellektdə qərar qəbuletmə proseslərində effektivdir. == Bayesov şəbəkəsinin quruluşu == Bayesov şəbəkəsi yönləndirilmiş asiklik qraf (ing. DAG – Directed Acyclic Graph) üzərində qurulur. Bu qrafda: Düyünlər dəyişənləri təmsil edir. Kənar isə dəyişənlər arasındakı səbəb-nəticə və ya təsir əlaqələrini göstərir. Məsələn, əgər A düyünü B düyünü ilə birbaşa əlaqəlidirsə və B-də hər hansı bir dəyişiklik A-ya təsir göstərirsə, bu halda B A-ya “valideyn” kimi təsvir edilir. Bayesov şəbəkəsinin əsasını təşkil edən ehtimal qaydaları Bayes teoreminə əsaslanır və şəbəkə qurularkən dəyişənlərin şərti ehtimalları ilə işlənilir.
Utrext şəbəkəsi
Utrext şəbəkəsi (ing. Utrecht Network) — Avropanın universitet şəbəkəsi. Mənzil-qərargahı Böyük Britaniyanın Kinqston-apon-Hall şəhərində yerləşir. Prezidenti Sabine Pendldır. == Tarixi və fəaliyyəti == 1987-ci ildə qurulan bu şəbəkə yay məktəbləri təşkil edir, tələbə və kadr mübadiləsi həyata keçirir və birgə dərəcə ilə ali təhsil beynəlxalq yaradır. == Üzvləri == 2015-ci ilin iyul ayına olan məlumata görə şəbəkəyə 27 ölkədən 32 ali məktəb üzvdür.
Qapalı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. == Tarixçəsi == İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Yoxsulluğun qapalı dairəsi
Yoxsulluğun qapalı dairəsi — ayrı-ayrı təsərrüfat subyektlərinin, regionların və ölkələrin inkişaf etməməsini izah edən qarşılıqlı əlaqəli amillər anlayışı. İqtisadi şəraitin yaxşılaşması ilə bağlı dalğalanmalar əhalinin sonrakı artımı ilə kompensasiya edilir. == Tarixi == Termin ilk dəfə 1949-1950-ci illərdə Hans Sinqer və Raul Prebişin əsərlərində təklif edilmişdir. == Tərifi == Adambaşına düşən aşağı gəlirin minimum iqtisadi artım tempinə nail olmaq üçün lazım olan səviyyədə əmanətlərə və investisiyalara mane olduğu inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qısır dairəsi problemdir. Ev təsərrüfatlarının qənaət etmək qabiliyyəti və həvəsi yoxdur, aşağı gəlir aşağı tələb deməkdir, nəticədə zəif resurslar və fiziki və insan kapitalına sərmayə qoyuluşunu dayandırmaq üçün stimulların olmaması, buna görə də əmək məhsuldarlığı aşağı olaraq qalır.
Qapalı göz hallusinasiyaları
Qapalı gözlərlə hallüsinasiya və vizuallaşdırmalar gözlərin bağlı olduğu vəziyyətdə və ya insan qaranlıq bir məkanda olarkən meydana gələn hallüsinasiyalardır. Onlar fosfenin bir növü sayılır. Bəzi insanlar bu hallüsinasiyaları psixodelik maddələrin təsiri altında yaşadıqlarını bildirirlər. Bu hallüsinasiyaların açıq gözlərlə baş verən digər hallusinasiyalardan fərqli bir təbiətə sahib olduğu müəyyən edilmişdir. == Qapalı göz hallüsinasiyalarının növləri == Ümumilikdə belə hallüsinasiyaların beş növü ayırd edilmişdir. Lakin heç bir maddə qəbul etməyən adi bir insanda bu növlərdən yalnız ikisinə rast gəlmək olar. Geri qalan növləri isə görmək üçün əlavə maddələrdən istifadə etmək lazım gəlir. === Vizual qar === Qapalı göz hallüsinasiyalarının ən əsas forması hər kəsin yaşadığı gözlərdə dalğalanmadır. Bu zaman insan heç bir əlavə təsir olmadan baxış sahəsi boyunca hərəkət edən bir sıra rəngli nöqtələr görür. Bu nöqtələrin görünməsinə gözlərin bağlı olduğu bir vəziyyətdə, göz qapaqlarının arxaya baxdığı halda rast gəlmək olar.