Məcid bəy Qasım oğlu Qaracəmirli (?, Şəmkir - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına li təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulan sləbələrdən biri.
Məcid bəy Qaracaəmirli | |
---|---|
Məcid bəy Qasım bəy oğlu Qaracaəmirli | |
Doğum yeri | Şəmkir, Rusiya imperiyası |
1919-cu ilədək Xarkov Universitetinin hüquq fakültəsində 3 il təhsil almışdı.
Qaracəmirli Məcid təhsilini davam etdirmək üçün Azərbaycan hökumətinin Xalq Maarifi Nazirliyinə müraciət etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.