QARADİNMƏZ

sif. Daima susan, laldinməz, danışmaz. Qaradinməz adam.
– Təbiətən qaradinməz (z.) və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi. M.İbrahimov.
Xəlil əslində qaradinməz adam idi. Mir Cəlal.
Usta qaradinməz bir kişi idi, haraya isə tələsirdi. Ə.Sadıq.

// İs. mənasında.
Rəhim bəy dedi: – Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır… Yoxsa mənim qızım kimi qaradinməzdən nə fayda? S.S.Axundov.

Синонимы

  • QARADİNMƏZ danışmaz — dinməz

Антонимы

  • QARADİNMƏZ QARADİNMƏZ – SÖHBƏTCİL Xəlil əslində qaradinməz adam idi (Mir Cəlal); Bu bir söhbətcil arif adam idi (Ə
QARADIRNAQLI
QARADİNMƏZCƏ

Значение слова в других словарях