QARAM

прил. диал. двужильный, выносливый, работоспособный
QARALTMAQ
QARAMA
OBASTAN VİKİ
Qaram masala
Qaram masala (hind. गरम मसालाdən, garam ("isti") və masala (ədviyyələr qarışığı)) — Şimali Hindistan və digər Cənubi Asiya mətbəxlərində yayılmış olan döyülmüş (üyüdülmüş) ədviyyat qarışığı.
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Aşağı Qaramanlı
Aşağı Qaramanlı – Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Aşağı Qaramanlı bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Qaraməryəm
Aşağı Qaraməryəm — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Aşağı Qaraməryəm kəndi Alxasova kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır. Toponim "Qaraməryəm (əsli Qaramaryan) adlı yaşayış məntəqəsinin aşağı hissəsi" mənasındadır. Mənbələrdə Aşağı Qaraməryəm variantında da qeyd olunur. İki komponent "qara" (böyük) və "maryam" (dağın gündöyən hissəsi, çöl bitkiləri ilə əhatə olunmuş sahə) komponentlərindən ibarət olub, "böyük otlaq sahəsi, dağın gündöyən ətəyi" mənalarını bildirir. Ərazinin coğrafi mövqeyi də bu izaha uyğundur. Kənd rayon mərkəzindən şərqdə, Qaraməryəm tirəsinin cənub yamacında, Yuxarı Şirvan kanalının sol sahilində, İncə, Dövranlı və Qarayazı kəndlərinin yaxınlığında yerləşir. Əhalisi 909 (2009) nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, bağçılıq, pambıqçılıq və heyvandarlıqdan ibarətdir.
Aşağı Qaraməryəm bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Böyük Qaramurad
Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri daxildir) mərkəzi. Böyük Qaramurad kəndi rayon mərkəzindən təxminən 18 km qərbdə, Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə tam orta məktəb, mədəniyyət evi, 2 kitabxana, ambulatoriya var. Arxeoloji qazıntılar zamanı Böyük Qaramurad kəndi ərazisində son tunc dövrünə aid "Baş qalaça", "Böyük qalaça", "Bala qalaça" siklop tikililərinin cənub ətəyində daş qutu qəbir aşkar edilmişdir. Abidədən dulus məmulatı, metal əşyalar, əqiq, tunc muncuqlar və sair materiallar əldə edilmişdir. Tapıntilar Xocalı-Gədəbəy mədəniyyətinin inkişaf dövrünə (e.ə. XI-IX əsrlər) aid edilir. Böyük Qaramurad kəndində memarlıq abidələrindən alban məbədi (1634) var. Böyük Qaramurad oyk.
Böyük Qaramurad Vəngi
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.
Böyük Qaramurad bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cənub qaramurdaçası
Fərhad xan Qaramanlı
Fərhad xan Qaramanlı (?-1599) — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı. Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi. Əbulmənsur Fərhad xan I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində sarayda yüksək vəzifə tuturdu. Şahın hеç kimə lütf еtmədiyi "fərzənd" -övlad adına layiq görülmüşdü. Kəsdiyi başa sorğu-sual yox idi. Di gəl ki, savaş mеydanlarından çox, saray intiriqalarını xoşlayırdı. 1598-ci ildə özbəklər Xorasana hücum еdəndə şah Fərhad xan Qaramanlıya 12 minlik ordu vеrib hücumçuları dəf еtməyə göndərdi. Fərhad xan da ilk döyüşdən basılıb saraya qaçdı. Hеç kimə məğlubiyyəti bağışlamayan I Şah Abbas Səfəvi Fərhad xana bir söz dеməyib özü savaşa yollandı.Özbəkləri qovub Xorasandan çıxarandan sonra Fərhad xanı Herata bəylərbəyi təyin еtdi.
Gürcü qaramurdarçası
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
II İbrahim bəy Qaramanoğlu
II İbrahim bəy Qaramanoğlu (türk. II Damad İbrahim bey Karamanoğlu; d. ? - ö. 1464) — Qaramanoğulları bəyliyinin bəyi. Onun hakimiyyəti dövrü Osmanlı dövləti ilə münasibətlərin gərgin olduğu vaxta təsadüf edir. Alaiyə mühasirəsi zamanı Məhəmməd bəy öldürüldü və yerinə İbrahim bəy keçdi. İbrahim bəy 1433-cü ildə Osmanlılara qarşı Macarlarla ittifaq bağladı. Osmanlılar macarları məğlub edərək İbrahim bəyə hücum etdilər. Akşehir, Beyşehir, Seydişehiri ələ keçirdikdən sonra Konyaya istiqamətləndilər.
Kiçik Qaramurad
Kiçik Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kiçik Qaramurad oyk. Gədəbəy r-nunun eyniadlı i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Mənbələrin məlumatına görə, Qaramurad adlı kənd 1828-ci ildə yaranmışdır. 1826-28-ci illər Rus-İran müharibəsi dövründə Gürcüstandan İrəvana qaçmış 400 azərb. ailəsini İrəvanlı Hüseynqulu xan Zəngi çayının sağ sahilində sərhəddə məskunlaşdıraraq bir neçə kəndlə (Mürsəlli, Baratlı, ArdıĢlı, Qarakeşiş) birlikdə Qaramurad kəndini də yaratmışdı. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Qaramurad (indiki Böyük Qaramurad) kəndindən çıxmış ailələr salmışlar. Oykonim Böyük Qaramurad kənd adının qarşılığıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 892 nəfər əhali yaşayır.
Kiçik Qaramurad bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Meyer qaramurdarçası
Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda təbii arealı vardır. Talış zonasında yayılmışdır. Azərbaycanın nadir bitkisidir.NT. Dağ yamaclarında və çayların kənarlarında bitir. Təbiətdə arealı geniş deyildir. Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni 1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt tərəfi daha açıq, hər iki tərəfdən çıxıntılı, uzunsov-ellipsvarı və ya oval-ellipsvarıdır. Bitki işıq və susevəndir.
Məhəmməd bəy Qaramanoğlu
Məhəmməd bəy Qaramanoğlu (1240 – 1277, Konya) — Qaramanoğulları bəyliyinin hökmdarı, dillə bağlı fərman verən ilk türk. Qaramanoğlu Məhəmməd Bəy Qaramanoğullarının ikinci bəyi Kərimüddin bəy Qaramanın oğludur. Doğum tarixi bəlli olmayıb ölümü 1280-ci ildir. Məhəmməd bəy əsgəri və idari yöndən bilgili bir dövlət adamı idi. Elm adamlarını ətrafına toplayıb onlara büyük önəm vermişdir. XIII yüzyıl ortalarında Səcçuqlular, ədəbi dil olarak Farscanı, dövlət işlərində Ərəbcəni işlədirdilər. Xalk isə öz dilləri olan Türkcəni işlədirdi. Məhəmməd bəy millət olaraq birlikdə yaşamanın ilk şərti olan dil birliyinin olmasının gərəkliliyinə inanırdı. Bu birliyi gərçəkləştirmək üçün Toroslar üzərində yaşayan bütün Türkmən boylarını çevrəsində toplayaraq bir ordu yaratdı. "Bu gündən belə divanda, dərgahda, bərgahda (sarayda), məclisdə və məydanda Türkçədən başqa dil işlədilməyəcək." 13 May 1277.

Значение слова в других словарях