QARAMAL
QARAMTIRAQ
OBASTAN VİKİ
Qaramtıl qızılböcək
Qaramtıl qızılböcək (lat. Capnodis tenebrionis L.) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. Abşeron yarımadasında, Qaramtıl qızılböcəyin sürfəsi, bəzək ağaclarının çürümüş köklərinə və gövdəsinə (iyun ayında) daha çox zərər verir (18-22 %). Böcəklərə, ilin yay fəslində daha çox rast gəlinir. May ayında ağacın kök hissəsinə yaxın gövdə yarıqlarına yumurta qoyurlar, 18-24 gündən sonra yumurtalardan sürfələr çıxır və torpağın alt hissəsinə yaxın köklərlə qidalanırlar. Qidalandıqdan bir müddət sonra sürfələr qabığın altında və ya yarıqlarda barama içərisində puplaşırlar. 10-14 gündən sonra puplardan çıxan böcəklər (mayın axırı, iyulun əvvəli) ağacların yarpaqları ilə qidalanırlar. Müşahidələrə əsasən böcəklər həm sürfə mərhələsində, həm də imaqo mərhələsində qışlayır. 3 ildə bir nəsil verir. Rusiya, Qafqaz, Qazaxıstan, Türkmənistan, Orata və Cənubi Avropa, Afrika,Türkiyə, Suriya, İsrail, İrak, İran, Azərbaycan.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.

Значение слова в других словарях