Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Pokemon: Xəfiyyə Pikaçu (film, 2019)
Pokemon: Xəfiyyə Pikaçu (ing. Pokémon Detective Pikachu; yap. 名探偵ピカチュウ) — rejissorluğunu Rob Lettermanın etdiyi 2019-cu ildə istehsal olunmuş şəhər fantaziyası müəmma filmi. Ssenari Satoşi Taciri tərəfindən yaradılmış Pokemon françayzinqinə, Detective Pikachu oyununa və Hernandes, Samit və Nikol Pörlman tərəfindən yazılan hekayəyə əsaslanaraq Ded Hernandes, Benci Samit və Derek Konoli tərəfindən yazılmışdır. Film Toho ilə birlikdə Legendary Pictures tərəfindən hazırlanmışdır. Bu ilk canlı ifa janrında olan Pokemon filmidir. Rayan Reynolds filmdə Pikaçunun səsləndirməsini və üz hərəkətlərinin yaxalanmasını icra edərək, Castis Smit, Ketrin Nyuton, Suki Uoterhaus, Omar Çaparro, Kris Qir, Ken Vatanabe və Bill Nayi ilə birlikdə canlı ifa rollarını canlandırıb. Filmin çəkilişləri 2018-ci ilin yanvar-may aylarında Kolorado, İngiltərə və Şotlandiyada edilmişdir. Warner Bros., RealD 3D və Dolby Cinema tərəfindən paylanan film, 3 may 2019-cu ildə Yaponiyada, 10 may 2019-cu ildə isə ABŞ-da buraxılmışdır. ABŞ-da Pokemon 3 filmindən sonra Warner Bros.
Xəfiyyə (film, 2017)
Xəfiyyə (Rom: Thupparivaalan) — Mysskin tərəfindən ssenarisi yazılmış və eyni zamanda da rejissorluğu edilmiş 2017-ci ildə Tamil dilində çəkilmiş hind döyüş trilleri filmidir. Filmin prodüseri Vişaldır, o həmçinin Simranla baş rolda oynayır. Filmdə həmçinin Prasanna, Vinay, Anu Emmanuel, Andrea Jeremiah və K. Bhagyaraj da yer almışdır. Film və onun baş qəhrəmanı ingilis yazıçısı Artur Konan Doylun detektiv personajı Şerlok Holmsdan ilhamlanmışdır; filmin açılışında onun haqqında bəhs edilmişdir. Filmin hekayəsi bir uşağın ev itinin qətlini təhqiq etməyə başlayan və tezliklə özünü daha böyük bir sui-qəsdin arxasındakı cinayətkar tərəfindən təhdid altında görən detektiv Kaniyan Pongundrandan bəhs edir. Film 2016-cı ilin martında nümayiş etdirilmiş və 14 sentyabr 2017-ci ildə təqdim edilmişdir. Rejissor Vişal, Thupparivaalan 2 adlı davam filmini 2020-ci ildə buraxmış və bu filmdə də Vishal və Prasanna rollarını təkrarlamışdırlar.
Xəfiyyə 2 (film, 2021)
Xəfiyyə 2 (Rom: Thupparivaalan 2) Vişalın prodüseri, rejissoru və eyni zamanda da baş rol ifaçısı olduğu hind döyüş trilleri detektiv filmidir. 2017-ci ildə çəkilmiş Thupparivaalan filminin davamı olan filmdə Prasanna və Ashya da rol almışdırlar. Filmin musiqisini İlaiyaraaja bəstələmişdir. Vişal rejissorluq debütünü daha əvvəl yaradıcı fikir ayrılıqları və maliyyə problemləri səbəbindən layihədən çəkilən Mysskin tərəfindən çəkilmiş bu filmlə etmişdir. == İstehsal == Əsas çəkilişlər 2019-cu ilin noyabr ayının əvvəlində Bristolda başlamışdır və ilk çəkiliş cədvəli bir ay sonra başa çatdırılmışdır. Mysskin və Vişal büdcə məsələlərinə görə ayrıldıqdan sonra filmin çəkilişləri 2020-ci ilin noyabrında Vişalın rejissorluğu ilə davam etdirilmişdir. == Musiqi == Filmin musiqisini İlaiyaraaja bəstələmişdir.
Pokemon: Xəfiyyə Pikaçu
Pokemon: Xəfiyyə Pikaçu (ing. Pokémon Detective Pikachu; yap. 名探偵ピカチュウ) — rejissorluğunu Rob Lettermanın etdiyi 2019-cu ildə istehsal olunmuş şəhər fantaziyası müəmma filmi. Ssenari Satoşi Taciri tərəfindən yaradılmış Pokemon françayzinqinə, Detective Pikachu oyununa və Hernandes, Samit və Nikol Pörlman tərəfindən yazılan hekayəyə əsaslanaraq Ded Hernandes, Benci Samit və Derek Konoli tərəfindən yazılmışdır. Film Toho ilə birlikdə Legendary Pictures tərəfindən hazırlanmışdır. Bu ilk canlı ifa janrında olan Pokemon filmidir. Rayan Reynolds filmdə Pikaçunun səsləndirməsini və üz hərəkətlərinin yaxalanmasını icra edərək, Castis Smit, Ketrin Nyuton, Suki Uoterhaus, Omar Çaparro, Kris Qir, Ken Vatanabe və Bill Nayi ilə birlikdə canlı ifa rollarını canlandırıb. Filmin çəkilişləri 2018-ci ilin yanvar-may aylarında Kolorado, İngiltərə və Şotlandiyada edilmişdir. Warner Bros., RealD 3D və Dolby Cinema tərəfindən paylanan film, 3 may 2019-cu ildə Yaponiyada, 10 may 2019-cu ildə isə ABŞ-da buraxılmışdır. ABŞ-da Pokemon 3 filmindən sonra Warner Bros.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. == Tarixi == Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.
Nəfi
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi. Digər Rəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Fəriba Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
Fəribə Vəfi
Fəriba Vəfi (az-əbcəd. فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir.
I Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
Rəfi (İran)
Rəfi — İranın Xuzistan ostanının Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,810 nəfər və 631 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Zərdüşt Şəfi
Zərdüşt Şəfi (19 noyabr 1986, Bum, Qutqaşen rayonu – 3 avqust 2012, Bakı) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008–2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub. 2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir. Zərdüşt Şəfinin özü barədə olan fikirləri: == Xarici keçidlər == Zərdüşt Şəfi barədə çəkilmiş Cənab İstedad sənədli filmi.
İbrahim Səfi
İbrahim Safi (əsl adı: İbrahim Qafar oğlu Səfiyev; 1898, Şərur, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 yanvar 1983, İstanbul, Türkiyə) — Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini çəkən ilk rəssamlardan biri. == Həyatı == İbrahim Səfiyev 1898-ci ildə Naxçıvanın Şərur qəsəbəsində doğulmuşdur. Aşıq olan atasını üç yaşında ikən itirmişdir. Uşaqlıq illəri çətinliklər içində keçən İbrahim, kiçik yaşlarından rəsmə həvəs göstərmişdir, 12 yaşında ikən "Araz balıqçıları" adlı ilk rəsmini çəkmişdir. İlk təhsilini Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbində almış İbrahim, sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. 1920-ci ildə Türkiyədə keçirilən Avropa rəssamları müsabiqəsinin mükafatını almışdır. Bu həvəs onu Moskvadakı Rəssamlıq Universitetinə gətirdi. İmtahanları uğurla verib, tələbə adını alan İbrahim, iki il burada oxuduqdan sonra Rusiyadakı 1917-ci il inqilabi və s. hadisələrdən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana geri qayıdır. Şərurda rəsm çəkərək çörək pulu qazanan İbrahim Səfiyev, I Dünya müharibəsi illərində Zaqafqaziyadakı ordunun tərkibində Türkiyəyə gəlir və həyatının sonuna qədər burada yaşayır.
İmam Səfi
İmam Səfi (fars. امام صفی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 30 ailədə 81 nəfəri kişilər və 113 nəfəri qadınlar olmaqla cəmi 194 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, اردبیل – 12 sentyabr 1334, اردبیل) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
Hacı Şəfi məscidi
Hacı Şəfi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır. == Memarlıq quruluşu == Məscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib. == Kitabəsi == Məscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır.
II Şah Səfi
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
I Şah Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
Kərbəlayı Səfi Valeh
Kərbəlayı Səfi Valeh (XVIII əsrin sonu—XIX əsrin birinci yarısı) — Qarabağ şairlərindən biri. == Həyatı == F.Köçərlinin verdiyi məlumata görə, Valeh təxminən XVIII əsrin sonu XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır.
Lütfullah Səfi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Rəfi ibn Leys
Rəfi ibn Leys (VIII əsr – IX əsr) — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. == Həyatı == Rəfi ibn Leys Əməvilər dövlətinin Xorasan valisinin törəməsi idi. Böyük mülkədar idi və Soqdianada yaşayırdı. O, Abbasilərə qarşı üsyan başlatdı və bu qiyam 4 il sürdü. Orta Asiyanın böyük şəhərlərini, Səmərqəndi, Buxaranı, Şaşı və digər yaşayış məskənlərini əhatə etdi. Xəlifə Harun ər-Rəşid (786–808) Rəfi ibn Leysin Xorasandakı üsyanını yatırmaq üçün hazırladığı səfərdə Qəzvin xalqı ilə də görüşərək onların deyləmilərlə olan mübarizələrindən qaynaqlı dilə gətirdikləri sıxıntılar qarşısında şəhər üzərindəki vergi miqdarında endirim etdi. 806–810-cu illərdə baş vermiş Rəfi ibn Leysin üsyanının yatırılmasında göstərdiyi köməyə görə, Samanın övladları və nəvələri 819-cu ildə Məvarünnəhrin ən mühüm vilayətlərini idarə etmək hüququ almışdılar.
Səfi bəyin evi
Səfi bəyin evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Səfi bəyin zirzəmiyə malik iki mərtəbəli evi plan xüsusiyyətləri baxımından XVIII–XIX əsrlərdə inşa edilmiş Şuşa evlərini təkrarlasa da, ölçüləri baxımından onlardan seçilir. Uzadılmış düzbucaqlı formasına malik evin mərkəzində yanlardan rizalitlərlə əhatələnmiş iki mərtəbəli lodciya yerləşir. Birinci mərtəbədə xidməti otaqlarla yanaşı rizalitlərdə yerləşdirilmiş iki yaşayış otağı da vardır. Fasadda inşa edilmiş daş pilləkən vasitəsi ilə birinci mərtəbə ilə əlaqələndirilmiş ikinci mərtəbənin mərkəzində böyük qonaq otağı, yanlardakı rizalitlərdə isə iki otaq yerləşir. Otaqların hər ikisi mərkəzi zalla birbaşa əlaqəyə malikdir. Zalın və lodciyanın tavanı, həmçinin qapıların ətrafları zövqlə çəkilmiş freska rəsmləri ilə bəzədilmişdir. Plan həllinin dəqiqliyi həm də öz əksini fasadların həllində tapmışdır. Planın otaqların yerləşdirilməsini özündə tamamilə əks etdirən fasadlar üç hissəyə bölünmüşdür. Fasadların sadə dekorativ xüsusiyyəti tikilinin lakonik həcm-məkan həllini uğurla tamamlayır.
Səfi xan Ləzgi
Əlqas Mirzə (daha sonra Səfi (qulu) xan Ləzgi adı ilə tanınan) — 17-ci əsrdə Səfəvi dövlətində ləzgi şahzadəsi ailəsindən olan məmur. Dağıstanlı İldırım Xan Şamxal kimi tanınan Aldas (İldas) Mirzə Şamxalın oğlu və buna görə də Qumuq şamxalı ailəsinin üzvü idi. O, gənc yaşlarında şah Səfi dövründə (1629-1642) atası tərəfindən İsfahandakı Səfəvi sarayına göndərilmiş, burada böyümüş və adı dəyişdirilərək "Səfi (qulu) xan" olmuşdur. O, 1666-1674-cü illərdə İrəvan vilayətinin (həmçinin Çuxursəəd adı ilə tanınır) bəylərbəyi (hakim) vəzifəsində çalışmışdır. Onun oğlu Fətəli xan Dağıstani yüksələrək Səfəvilər dövlətinin ən güclü şəxsiyyətlərindən birinə çevrildi. == Mənbə == Bournoutian, George. The Journal of Zak'aria of Agulis. Mazda Publishers. 2003. səh.
Səfi xan Muğanlı
Səfi xan Muğanlı (fars. صفی خان موگانلی‎) — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. == Həmçinin bax == Azərbaycan xanlarının siyahısı == Mənbə == ŞAHİN FƏRZƏLİYEV- tarix elmləri doktoru, professor. Quba xanlığı: əhali tarixi və azadlıq mücadiləsi. Bakı: "Elm". 2012.
Sərdar Rəfi Yanehsari
Sərdar Rəfi Yanehsari (1856-1930) – Astrabadın, Qorqanın valisi. == Həyatı == Məhəmmədbağır xan ibn Lütfəli xan bin Məhəmmədbağır xan bin Mehdi xan bin Məhəmmədtağı xan bin Kərbalayı Məhəmmədqulu xan bin Sadıq sultan Qorqanın, Həzarcəribin maliklərindən, sahibmənsəblərindən idi. Əsliyyəti Firuzkuhdan Həzarcəribə gəlmədirlər. Məhəmmədbağır xan Sərdar Rəfi Yanehsari kimi tanınırdı. Siyasətçi idi. Orduda xidmət etmişdi. O, Məhəmmədəli şah Qacarın dövründə Qorqanın, Şahrudun və Bəstamın hakimi, iki dəfə isə Asrtabadın hakiminin müavini olmuşdu. Sərdar Rəfi ulu babası Sadıq sultan Ağaməhəmməd şah Qovanlı-Qacarın müasiri idi. Sərdar Rəfi Yanehsari 1930-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Mirzə Şəfi Cahanşahi
Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, fars. حاجی میرزا سید مهدی مجتهد جهانشاهی‎; 1881 və ya 1882, Təbriz – 1953, İran) — İran hüquqşünası. == Həyatı == Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح‎; 1794, Gəncə – 16 noyabr 1852 və ya 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı.
Mirzə Şəfi küçəsi
Mirzə Şəfi küçəsi (Bakı)
Efi Aktsioğlu
Efi Aktsioğlu (yun. Έφη Αχτσιόγλου 4 yanvar 1985) — Yunan qadın siyasətçisi. Radikal Sol Koalisiya Partiyasının üzvü. 2019-cu ildən Yunanıstan Məclisinin üzvü. 2016-2019-cu illərdə əmək, sosial sığorta və sosial təminat naziri. == Bioqrafiya == 4 yanvar 1985-ci ildə Janniça şəhərində anadan olub. Saloniki Aristotel Universitetinin Hüquq fakültəsini bitirib. Bakalavr dərəcəsini, 2009-cu ildə isə beynəlxalq ictimai hüquq və siyasi elmlər ixtisası üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsini bitirib. 2014-cü ildə professor Aristidis Kazakosun (Αριστείδης ΚαΚ) rəhbərliyi altında əmək hüququ üzrə doktorluq dissertasiyasını müdafiə edir. 2009-2013-cü illərdə Salonikidə Aristotel Universitetinin hüquq şöbəsində işləmişdir.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).