QATLAŞMAQ

f. Dözmək, tab gətirmək, səbr etmək, istər-istəməz razı olmaq, şikayət etmədən və müqavimət göstərmədən qəbul etmək. Çətinliyə qatlaşmaq.
– Mən gündə seminariyada iyirmi-otuz … uçitellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. C.Məmmədquluzadə.
[Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı.
[Telli] İslamı sevmiş, onun hər cəfasına qatlaşmışdı. S.Hüseyn.

Синонимы

  • QATLAŞMAQ dözmək — tablamaq
  • QATLAŞMAQ qatlaşmaq bax dözmək
QATLAŞMA
QATMA₂

Значение слова в других словарях