Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qulluqçu
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Hərbi qulluqçu
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
MAXE hərbi qulluqçu
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu — hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyətidir. MAXE hərbi qulluqçuların rütbələri: Baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aqil Məlikov (hərbi qulluqçu)
Aqil Qismət oğlu Məlikov (12 avqust 1990, Böyük Xocavar, Masallı rayonu – 15 noyabr 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Aqil Məlikov 12 avqust 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Aqil Məlikov 2016-cı ildə, noyabrın 15-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Noyabrın 16-sı isə Aqil Məlikov doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məlikov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Dövlət qulluqçusu
Dövlət qulluqçusu — müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən dövlətinə sadiq olacağına and içən vətəndaşdır.
Əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Ev qulluqçusu (film, 2011)
Ev qulluqçusu (ing. The Help) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir. Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri Stinbörgen və Anna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır. Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir. == Məzmun == 1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür.
Vahid Hacıyev (dövlət qulluqçusu)
Vahid Rasim oğlu Hacıyev (19 aprel 1983, Bakı) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi. == Həyatı == Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır.
Elçin Zeynalov (dövlət qulluqçusu)
Elçin Razim oğlu Zeynalov (21 sentyabr 1970, Bakı) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini (2019-cu ildən). == Həyatı == Elçin Razim oğlu Zeynalov 1970-ci il sentyabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Binəqədi rayonu 157 saylı tam orta məktəbi (rus bölməsi) bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin informasiya ölçmə hesablama texnikasi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1995-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Aspirantura şöbəsində təhsil alıb. 1998-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir. 3 kitabın və 40-dan çox elmi məqalənin müəllifidir. Bir sıra beynalxalq elmi konfranslarda iştirak edib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin davamçılarından biridir. 2007–2009-cu illərdə ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə alıb.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu
Əməkdar dövlət qulluqçusu — fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.
Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçularının siyahısı
== 2006 ==
Qulluqçunun hekayəsi
Qulluqçunun hekəyəsi — Kanadalı feminist yazıçı Marqaret Etvudun antiutopiya janrında yazıdığı gender bərabərsizliyi, qadın azadlığı, cəmiyyətdə və dünyada qadının yeri kimi problemlərə həsr olunmuş romanı. Əhatə etdiyi problemlərə görə tez-tez "feminist antiutopiyası" da adlanır. Əsərdə mifoloji elementlər, dini motivlər çox işlənmişdir. Süjet kimyəvi tullantılar səbəbindən çirklənmiş dünyada cərəyan edir. Hadisələrin baş verdiyi Amerikanın adı dəyişdirilərək "GİLEAD" adlı totalitar, patriarxal və dini dövlət qurulmuşdur. "Qulluqçunun hekayəsi"ni digər antiutopik romanlardan ayıran əsas fərq baş obrazın hər iki dünyanı, yəni, "Gilead"dan öncəki rejimi də görməsidir. Əksər antiutopiya janrında yazılan romanlarda obrazlar birbaşa qaranlıq dünyada doğulur. Offred isə köhnə dünyanı da gördüyü üçün hər iki rejimi müqayisə edə bilir. Bu səbəbdən süjet boyu obrazın keçmiş xatirələri və indiki zaman iç-içə təsvir olunmuşdur. Əsərin əsas mövzusu sonsuzluğun kəskin həddə çatdığı dövrdə uşaq dünyaya gətirmə qabiliyyətinə sahib qadınların dövlətin malı kimi mənimsənərək yüksək rütbəli komandirlərin evinə "damazlıq" kimi verilməsidir.
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir.Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qumluqca
Qumluqca (lat. Calidris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Ənənəvi olaraq 18 növə ayrılır, lakin 2 növ cüllütün də bu cinsə aid olduğunu iddia olunur. Əsasən onurğasız heyvanlarla qidalanırlar. Plankton tutmağı bacarmırlar.
Güllücə
Güllücə (lat. Lathyrus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Birillik və ya çoxillik çiçəkli bitkidir. 160-a yaxın növü məlumdur. Əsasən mülayim iqlimi olan yerlərdə yayılıb. Avropada 52, Şimali Amerikada 30, Asiyada 78, tropik iqlimli Şərqi Afrikada 24, Cənubi Amerikanın mülayim iqlimli zonasında 24 növü yayılmışdır.
Quluncu
Quluncu - Qərbi Azərbaycan ostanının kəndlərindən biridir ki, Urmiya şəhristanının Ənzəl bölümünün Cənubi Ənzəl qəsəbəsində yerləşib.4955 nəfər cəmiyyəti var..Əhalisinin əksəriyyəti kürəsünnilərdən ibarətdir ki Azərbaycan dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Ağquyruq qumluqca
Ağquyruq qumluqca (lat. Calidris temminckii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Deliblatsk qumluğu
Altar — Serbiyanın Voyevodina ərazidində, sahəsi 300 km² olan qumlu ərazi. Ərazi Banatın cənubunda, Dunay çayı ilə Karpat dağlarının cənub-qərb ətəkləri arasında yerləşir. Səhra Delibato kəndinin şərəfinə adlandırılmımdır. Səhralıqda qumlu təpəliklər, otlu düzənliklər və meşəli çöllüklərdən ibarətdir. == Təsviri == Deliblatsk qumluğu Avropanın ən böyük qumlu massivlərindən biridir. Onun ərazisi tarixi Pannon dənizinin dibini təşkil edir. Qumlar bir çox nadir bitki və heyvan növlərinin evidir. Ancaq son zamanlar isə bölgə böyük təhlükə qarşısındadır. Bu səbəbdən bölgə xüsusi qorunan bölgə elan edilmişdir. == Fauna və flora == Deliblatsk qumluğu zəngin bitki rəngarəngliyinə sahibdir.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Güllücə (Ağdam)
Güllücə — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub.20 Noyabr 2020-ci il işğaldan azad olunub == Tarixi == 1930-cu ilə qədər Güllücə kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Güllücə kəndi rayon mərkəzindən 26 km. şimalda, Papravənd kəndindən 10km. şərqdə, Qarabağ düzündə yerləşir. Əslən Qarabağdan olan tanınmış yazıçı Süleyman Sani Aundovun “Nurəddin” adlı əsərində Güllücə kəndinin adı çəkilir, kəndin gözəlliyindən söz açılır; yazıçı təxəyyülünün kiçik əlavələri nəzərə alınmazsa, Axundov, Ağdamın Güllücə kəndi barədə yazıb. Ermənistanın Amasiya rayonunda da Güllücə adlı azərbaycan kəndi var. Lakin Ermənistandakı yüzlərlə digər azərbaycanlı kəndi kimi, Amasiyadakı Güllücədə də azərbaycanlı qalmayıb artıq. == Mədəniyyəti == Güllücə kəndinin şimalında tunc və dəmir dövrlərinə aid olan Töyrətəpə kurqanları, kəndin cənubunda isə ilkin orta əsrlərdən qalma Karvansaratəpə və Çaparyeri adlanan qədim yaşayış məskəninin qalıqları var. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. İşğala qədərki dövrdə Güllücə kəndində klub, orta məktəb, 2 kitabxana, 2 uşaq bağçası, xəstəxana, rabitə şöbəsi, telefon stansiyası, şərab zavodu və müxtəlif ticarət-iaşə obyektləri var idi.
Güllücə (Bostanabad)
Güllücə (fars. گلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (19 ailə).
Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Güllücə (dağ)
Güllücə — Azərbaycan Respublikası Xocavənd rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində dağ aşırımı. Ziyarət zirvəsindən bir qədər Şimalda yerləşir. Hündürlüyü 2387 m. Maldar ellərin yaylaq yurdlarından biri olan Güllücə gul-çiçəklə zəngin olduğu üçün belə adlandırılmışdır.
Güllücə (dəqiqləşdirmə)
Güllücə — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Güllücə (dağ) — Xocavənd rayonunda dağ. Güllücə (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Güllücə (Xalxal) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Xoreşrüstəm) — Ərdəbil ostanı, Xalxal şəhristanında kənd. Güllücə (Amasiya) — Amasiya rayonunda kənd. Güllücə (Abaran) — Abaran rayonunda kənd. Güllücə (Pəmbək) — Pəmbək mahalında kənd. Güllücə (Kotayk) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Güllücə (İcrud)
Güllücə (fars. گليجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (7 ailə).
Güllücə (Əbhər)
Güllücə (fars. گلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (19 ailə).
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı
"Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Medal ilə prokurorluq işçiləri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə; Xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə; Prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.Prokurorluq işçiləri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif edilirlər. "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" sözləri yazılmışdır. Daxili çevrənin mərkəzində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemin sol və sağ tərəflərində palıd yarpağından çələnglər təsvir edilmişdir. Çələnglərin yuxarı hissələrinin arasında, mərkəzdə diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.
Pambıq koluna qulluq edilməsi (film, 1931)
== Məzmun == Təşviqat filmi Azərbaycanın kənd bölgələrində pambığın yeni aqrotexniki qaydalarla becərilməsindən, ziyanvericilərə qarşı mübarizə aparılmasından danışır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 4557. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Popov Ssenari müəllifi: Mədətov Operator: Boris Pumpyanski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Tənəklərin əkilməsi və ona qulluq (film, 1968)
== Məzmun == Filmdə Azərbaycanda böyük üzüm ehtiyatı və onun gələcək inkişafı haqqında ətraflı söhbət gedir; eləcə də yeni üzümlüklərin salınması , mütərəqqi üsullarla düzgün becərilməsi, aqrotexniki tədbirlərin tətbiqi barədə danışılır. == Film haqqında == Elmi-kütləvi film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilənlərin siyahısı
== 2014 ==