QAYNAŞMAQ

f.
1. bax qaynamaq 4-cü mənada.
Kişilər, övrətlər, uşaqlar … qarışqa kimi qaynaşırlar. C.Məmmədquluzadə.
Adamlar stansiyada qaynaşırdılar. A.Şaiq.
[Piri baba və qızlar] bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. S.S.Axundov.

2. Hərəkət etmək, tərpəşmək, bir-birinə qarışmaq.
Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Çəmənzəminli.
Doğrudan da yuxarıda qəribə bir mənzərə var idi; dağların zirvəsində buludlar qaynaşır. M.Hüseyn.

3. bax qaynamaq 6-cı mənada.

Синонимы

  • QAYNAŞMAQ tərpəşmək — oynamaq
QAYNAŞMA
QAYNATDIRMA

Значение слова в других словарях