qayıdan
qayığabənzər
OBASTAN VİKİ
Qayıdış
Qayıdış (film, 1988)
Gələcəyə qayıdış
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Qayıdış (1988)
Filmdə Lahıc və Şamaxının təbiəti, bu yerlərdə yaşayan insanlar, dağlar qoynunda yerləşən kəndlər haqqında danışılır. Burada deyilir ki, kəndlərdən cavanlar çıxıb şəhərlərə yaşamağa gedirlər, kəndlər tədricən boşalır. Bununla belə kəndlərdə qalıb yaşayanlar da var. Filmdə onlardan da söhbət gedir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Qayıdış qanunu
Qayıdış qanunu (ivr. ‏חֹוק הַשְׁבוּת‏‎ , ḥok ha-shvūt) 5 iyul 1950-ci ildə qəbul edilmiş, yəhudilərə İsrailə gəlib yaşamaq və İsrail vətəndaşlığı almaq hüququ verən İsrail qanunudur. Qayıdış Qanununun 1-ci bölməsində deyilir: "Hər bir yəhudinin bu ölkəyə oleh [mühacir] olaraq gəlmək haqqı var." Qayıdış qanununda İsrail Dövləti, Sionist hərəkatın İsrailin bir yəhudi dövləti olaraq qurulmasını tələb edən "kredosunu" qüvvəyə mindirdi. 1970-ci ildə, bir yəhudi baba və yəhudi ilə evli bir şəxsə, Halaxanın pravoslav təfsirlərinə görə yəhudi hesab olunsa da, girmək və məskunlaşmaq hüququ genişləndirildi. İsrailə gəldiyi gün və ya daha sonrakı dövrdə, Oleh olaraq Qayıdış qanunu ilə İsrailə girən şəxs, həqiqətən də oleh olduğunu ifadə edən bir sertifikat alacaq. Oleh, vətəndaş olmaq istədiyinə və bu müddət ərzində vətəndaşlıqdan imtina edə biləcəyinə qərar vermək üçün üç ay müddətinə malikdir. Bir şəxs yəhudi xalqına qarşı yönəlmiş, ictimai sağlamlığa və ya dövlətin təhlükəsizliyinə təhlükə yaradan və ya ictimai rifahı təhlükəyə ata biləcək cinayət keçmişi olan bir fəaliyyətlə məşğul olarsa, oleh sertifikatı almaq hüququndan məhrum edilə bilər. Qayıdış qanunu 5 iyul 1950-ci ildə İsrail Parlamenti Knesset tərəfindən yekdilliklə qəbul edildi Tarix, sionist uzaqgörən Teodor Herzlin ölüm ildönümünə təsadüf etməsi üçün seçildi. Bildirildi: "Hər bir yəhudinin bu ölkəyə oleh olaraq gəlməyə haqqı var." İsrailin o vaxtkı baş naziri David Ben-Gurion, Knessetə verdiyi bir bəyannamədə, qanunun bir haqq vermədiyini, əksinə yəhudilərin artıq sahib olduğu bir hüququ təsdiqlədiyini iddia etdi: "Bu qanun, dövlətin xaricdə yaşayan yəhudiyə məskunlaşma haqqı verməsini təmin etmir; bu hüququn, yəhudi olması faktından ona xas olduğunu təsdiqləyir; Diaspora yəhudiləri. Bu hüquq Dövləti (sic) qabaqladı; bu hüququ dövləti qurur; Yəhudi xalqı ilə vətən arasındakı tarixi və heç vaxt kəsilməyən əlaqədə onun mənbəyini tapmaq lazımdır.
Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi
Qayıdış (film, 1988)
Filmdə Lahıc və Şamaxının təbiəti, bu yerlərdə yaşayan insanlar, dağlar qoynunda yerləşən kəndlər haqqında danışılır. Burada deyilir ki, kəndlərdən cavanlar çıxıb şəhərlərə yaşamağa gedirlər, kəndlər tədricən boşalır. Bununla belə kəndlərdə qalıb yaşayanlar da var. Filmdə onlardan da söhbət gedir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Qayıdış (film, 1992)
1982-ci il noyabrın 3-də Naxçıvan torpağında qeyri-adi hadisə baş verdi. Böyük Azərbaycan şairi Hüseyn Cavid (1882-1941) 100 yaşının tamamında dəfn edildi. Dahi ustad ölümündən 41 il sonra öz doğma torpağına tapşırıldı. Bu filmdə böyük şairin çətin, keşməkeşli və bir qədər də haqsız həyatından söhbət gedir. Ölməz sənətkar keçən əsrin otuzuncu illərində repressiya qurbanı olmuş minlərlə istedadlı şəxslərdən biri idi. Çox saylı təqib və həbslər nəticəsində Hüseyn Cavid öz yaradıcılığına son qoymalı olur. 1939-cu ildə onu İrkutsk vilayətinə Sibirə sürgünə gördərirlər. Böyük şair 1941-ci ildə sürgündə, qərib diyarda dünyasını dəyişir. Buna baxamayaraq Hüseyn Cavid bir çox nəsillərə öz zəngin əsərlərini bəxş edib. Bu günlərdə onun "Azərbaycan" poeması, "Ana", "Peyğəmbər", "Topal Teymur" dramları "Şeyx Sənan" faciəsi və s.
Qayıdış (film, 2003)
Qayıdış (Возвращение, Vozvrashcheniye), Andrey Zvyaginsevin rejissorluğu ilə çəkilən 2003-cü il istehsalı rus filmidir. Filmin premyerası 16 oktyabr 2003-cü ildə, dünya miqyasında premyerası isə 31 oktyabr 2003-cü ildə baş tutdu. Film iki uşağın, atalarının 12 ildən sonra qəfil evə qayıtmasının hekayəsidir. Evə qayıdan ata heç bir izahat vermədən uşaqları səyahətə çıxarır və onları bir göldəki uzaq bir adaya aparır. İki qardaş bu səfərdə atalarını tanıdıqları halda, onları qəbul edib rədd etmək arasında mübarizə aparırlar. Mistik ifadə tərzinə sahib film Venesiya Film Festivalında Qızıl Şir mükafatına layiq görülmüşdür. Müasir Rusiyada İvan və onun böyük qardaşı Andrey atalarının yoxluğunu hiss etməmək üçün bir-birlərinə bağlanmışlar. Anaları və nənələri ilə yaşayan iki qardaş, atalarının 12 ildən sonra evə qayıtdıqlarını, bir gün anaları ilə evdə vuruşduqlarını görəndə şoka düşürlər. Analarının icazəsi ilə, çox da sakit olmayan İvan və Andrey ataları ilə birlikdə sadə bir balıq ovu tətili hesab etdikləri səyahətə çıxırlar. Andrey atası ilə yenidən görüşməkdən məmnundur, İvan isə özünü yalnız fotolardan tanıdığı adam üçün saxlayır.
Qayıdış (film, 2006)
Dönüş (isp. Volver) — rejissor Pedro Almodovarın filmi. 2006-cı ildə ekranizasiya olmuşdur. Rejissorun sözlərinə görə bu filmdə "nənə, ana, qızı, kabuslar və tanqo" iştirak edir. Filmin relizi 2006-cı il Kann festivalında təqdim olunmuşdu. Pedro Almadovar ən yaxşı ssenariyə görə hədiyyə qazanmışdı. Pedro Almadovar özünün ən sevdiyi mövzusunu — qadınlar haqqda mövzunu davam etdirir. Bu 3 qadın nəsli haqqında hekayədir (nənə, ana və qızı), və bu nəsil ailə, dostluq, sevgi qonşu prizma nöqteyi-nəzərindən danışılır. Ölümündən sonra İrene kabus şəklində öz doğma şəhərinə qayıdır və sağlığında eləmədiyi işi görməyə — bağışlamaq diləyi ilə. Onun gizli sirri var.
Qayıdış (film, 2016)
Qayıdış — Rejissor Kənan MMin filmi. Üstünə şər atılaraq Cavad adlı biri polislər tərəfindən tutulur. Onun Həcər adlı sevgilisi var. Onlar xoşbəxtdirlər. Cavad türməyə getdikdək sonra Həcər ondan hamilə qalır. Cavad yalandan "ölmüşəm" deyə hamını aldadır. 9 il sonra geri qayıdır. Dostunun evinə gəlir. Dostu onu görür təəccüblənir. Həcər artıq evlidir.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gələcəyə qayıdış (dəqiqləşdirmə)
Gələcəyə qayıdış (film, 1985) — elmi fantastika, macəra və komediya filmi. Gələcəyə qayıdış 2 (film, 1989) — fantastika filmi.
Gələcəyə qayıdış (film, 1985)
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Keçmişə qayıdış (film, 2002)
Keçmişə qayıdış (hind: तुमको ना भूल पायेंगे; Rom: Tumko Na Bhool Paayenge; Azərbaycan dilində tərcüməsi: Mən səni unuda bilmirəm) 2002-ci ildə nümayiş olunan hind filmidir. Film Hollivudun həmin il nümayiş olunan The Bourne Identity filmindən ilhamlanıb. == Süjet xətti == Veer (Salman Xan) valideynləri ilə bir mülkdə yaşayır. Atası Thakur Punia Pratar Singh oğlunun da özü kimi yaxşı döyüşçü olmasını istəyir. Bunun üçün o, Viri çox məşq etməyə məcbur edir, lakin atasının arzusunu həyata keçirmək üçün onun nə istəyi, nə də lazımi keyfiyyətləri mövcuddur. O, döyüşmək əvəzinə sevgilisi Muskanla (Diya Mirzə) vaxt keçirməyə üstünlük verir. Bir gün Thakur duel zamanı məğlub olanda Vir özündə qeyri-adi güc hiss edir və atasının rəqibini məğlub edir. Həmin gündən onun gözünə qəribə şeylər gəlməyə başlayır və o, sanki keçmiş həyatından səhnələri xatırlamağa başlayır. O, əvvəllər də hiss edirdi ki, həyatında bir sirr vardır, çünki uşaqlığını və gəncliyini heç vaxt xatırlaya bilməmişdir və onların evində onun uşaqlıq fotoşəkilləri də yoxdur. Bundan əlavə, bədənində güllə yaralarının izləri vardır.
Böyük Qayıdış
Böyük Qayıdış — İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən ad. Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir. 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hal-hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilmişdir. == Bərpa işləri == === Qarabağ iqtisadi rayonu === ==== Ağdam ==== Ağdama bəzən Qafqazın Hiroşiması da deyilir, çünki 1993-cü ilin iyulunda, Birinci Qarabağ müharibəsi zamanı şəhər erməni qüvvələri tərəfindən işğal və məhv edilmişdir. Sonrakı onilliklərdə tərk edilmiş şəhər tikinti materialları əldə etmək istəyən ermənilər tərəfindən talan edilmişdir. Ermənilərin nəzarəti altında şəhərdə sağ qalan yeganə tikili olan Ağdam məscidi inək və donuz saxlamaq üçün tövlə kimi istifadə olunurdu. 20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşması çərçivəsində şəhər və ətrafı Azərbaycana qaytarılmışdır.
Yerusəlimə qayıdış hərəkatı
Yerüssəlim hərəkatına qayıdış (çin.:传回耶路撒冷运动) — Çin kilsələr evinin bütün dünya buddist, hindu və müsəlmanlarını kütləvi xristianlaşdırmasına yönülməş dini missiyası. Bu hərəkat XX əsrin 20-ci illərində yaranmış, lakin kommunist ideologiyasının təqiblərindən qurtulmaq üçün on illər ərzində gizli fəaliyyət göstərmıli olmuşdur. Hal-hazırda hərəkat yenidən fəallaşmiş və dünyanın əlli bir ölkəsində öz missiyalarını həyata keçirmək üçün ən azı 100 000 missioner göndərmişdir. Hal-hazırda əsas diqqətləri qədim İpək Yolu boyu yerləşən ölkələrə yönəlibdir.
İnama Qayıdış (1992)
Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov "Turan" Şirkəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Yol, qayıdış yolu
Yol, qayıdış yolu (ing. The Way, Way Back) — Nat Fakson və Cim Raş tərəfindən yazılıb, rejissorluğu edilən ABŞ istehsalı komediya-dram filmi. Film 14 yaşlı özünə qapalı yeniyetmədən bəhs edir, Dankan anası və onun sevgilisi olan şəxslə yay tətili üçün, Massaçusetsin Vearem qəsəbəsinə ziyarət edir. Rollarda Stiv Kerell, Toni Kolett, Cenni Ellison, Annasofiya Robb, Sem Rokuell, Maya Rudolf və başqaları çəkilib.
10 №-li Qayıdış qəsəbəsi
10 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul.
11 №-li Qayıdış qəsəbəsi
11 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir. Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
Gələcəyə qayıdış III hissə
"Gələcəyə qayıdış III hissə" (ing. Back to the Future Part III) — Robert Zemekisin rejissoru olduğu 1990-cı il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 3-cü filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == 12 noyabr 1955-ci ildə, Doktor Emmet Braunun DeLorean kitabında yoxa çıxdığını gördükdən bir neçə dəqiqə sonra, Marty, 1885-ci ildə nəql edildiyini öyrəndi. [N 1] Marti və 1955 Dok, Dokun 1885 məktubunu aldılar və məlumatlarını tapmaq və təmir etmək üçün istifadə etdilər. DeLorean Marti 1985 -ə qayıda bilər. Dokun məktubu Köhnə Qərbdə qalmaq istəyini ifadə etsə də, Marti məktubdan altı gün sonra Dokun adı olan bir məzar daşı tapır və fotoşəkillər çəkir. Yazıda, Dokun Biff Tannenin böyük babası Byuford "Mad Dog" Tannen tərəfindən səksən dolların üzərində kürəyindən vurulduğu bildirilir. Marti, Yerli Amerikalıların süvari təqibinin arasına gələrək, Doku xilas etmək üçün 2 sentyabr 1885-ci il tarixinə gedir.
Gələcəyə qayıdış II hissə
"Gələcəyə qayıdış" (ing. Back to the Future) — Robert Zemekisin rejissoru olduğu 1989-cu il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 2-ci filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == İlk filmdə 1955-ci ildə səhvini düzəldib ata və anasını tanış edə bilən Martin Makflay öz zamanına (1985) qayıtdığı günün səhərisi zaman maşının ixtiraçısı Doktor Braun Martin və sevgilisi Ceniferi gələcəyə — 2015-ci ilə aparır. Dr. Braun bildirir ki, onlar gələcəkdə evlidirlər və uşaqları təhlükədədir. 2015-ci ilə çatar-çatmaz həyacanlanan Ceniferi Dr. Braun iynə ilə sakitləşdirir. Martinə oğlunun bir azdan kafeyə daxil olacağı, pis uşaqların təklifini qəbul edib oğurluq etməyə gedəcəyini deyir, sonda polis tərəfindən yaxalanacağını deyir.
Hörümçək-adam: Evə qayıdış
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Universal əsgər 2: Qayıdış
Universal əsgər 2: Qayıdış (ing. Universal Soldier 2: Return) – 1999-cu ildə rejissoru Mik Rocers tərəfindən çəkilən fantastik döyüş filmi. Universal əsgər filminin davamıdır. Lyuk Devero (Jan-Klod Van Damm) amerikanın gizli laboratoriyalarının birində vəzifəsini yerinə yetirir. Amerikanın hərbçiləri yeni silah növünü sınaqdan keçirirlər. Bunun üçün Universal əsgərlərdən istifadə edirlər. Universal əsgərləri isə super kompüter "Set" idarə edir. Soyuq müharibənin başa çatması ilə əlaqədar bu gizli proekt bağlanmaq üzrədir. Bunu eşidən "Set" artıq Universal əsgərləri öz itaəti altına salmağa başlayır. Onların qarşısını ala biləcək yeganə şəxs isə Lyuk Deverodur...
Mövcud olmayan diyara qayıdış
Piter Pen 2 (ing. Piter Pan 2) — 2002-ci ildə istehsal olunmuş cizgi filmidir. 1953-cü ildə çəkilmiş Piter Pen cizgi filminin davamıdır. Digər adları "Mövcud olmayan diyara qayıdış" (ing. Return to Never Land) və "Piter Pen 2: Mövcud olmayan diyara qayıdış" (ing. Peter Pan 2: Return to Never Land) kimi səslənir. Cizgi filmi ingilis yazıçısı Ceyms Metyu Barrinin "Piter və Vendi" (ing. Peter and Wendy) əsəri əsasında hazırlanmışdır. Cizgi filminin DVD göstərilişi 20 avqust 2002-ci il tarixində baş tutmuşdur. Piter Pen 2 — Internet Movie Database saytında.
Gələcəyə qayıdış 2 (film, 1989)
"Gələcəyə qayıdış" (ing. Back to the Future) — Robert Zemekisin rejissoru olduğu 1989-cu il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 2-ci filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == İlk filmdə 1955-ci ildə səhvini düzəldib ata və anasını tanış edə bilən Martin Makflay öz zamanına (1985) qayıtdığı günün səhərisi zaman maşının ixtiraçısı Doktor Braun Martin və sevgilisi Ceniferi gələcəyə — 2015-ci ilə aparır. Dr. Braun bildirir ki, onlar gələcəkdə evlidirlər və uşaqları təhlükədədir. 2015-ci ilə çatar-çatmaz həyacanlanan Ceniferi Dr. Braun iynə ilə sakitləşdirir. Martinə oğlunun bir azdan kafeyə daxil olacağı, pis uşaqların təklifini qəbul edib oğurluq etməyə gedəcəyini deyir, sonda polis tərəfindən yaxalanacağını deyir.
Gələcəyə qayıdış 3 (film, 1990)
"Gələcəyə qayıdış III hissə" (ing. Back to the Future Part III) — Robert Zemekisin rejissoru olduğu 1990-cı il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 3-cü filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == 12 noyabr 1955-ci ildə, Doktor Emmet Braunun DeLorean kitabında yoxa çıxdığını gördükdən bir neçə dəqiqə sonra, Marty, 1885-ci ildə nəql edildiyini öyrəndi. [N 1] Marti və 1955 Dok, Dokun 1885 məktubunu aldılar və məlumatlarını tapmaq və təmir etmək üçün istifadə etdilər. DeLorean Marti 1985 -ə qayıda bilər. Dokun məktubu Köhnə Qərbdə qalmaq istəyini ifadə etsə də, Marti məktubdan altı gün sonra Dokun adı olan bir məzar daşı tapır və fotoşəkillər çəkir. Yazıda, Dokun Biff Tannenin böyük babası Byuford "Mad Dog" Tannen tərəfindən səksən dolların üzərində kürəyindən vurulduğu bildirilir. Marti, Yerli Amerikalıların süvari təqibinin arasına gələrək, Doku xilas etmək üçün 2 sentyabr 1885-ci il tarixinə gedir.
Hellouin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellovin 4: Maykl Mayersin qayıdışı (film, 1988)

Hörümçək-adam: Evə qayıdış (film, 2017)
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Kiçik Su pərisi 2: Dənizə qayıdış (cizgi filmi, 2000)
Kiçik Su pərisi 2: Dənizə qayıdış (ing. The Little Mermaid II: Return to the Sea) — 2000-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == İllər keçdikdən sonra Ariel və Erikin Melodi adlı qız övladı dünyaya gəlir. Melodi daha çox su dünyasını xoşlayır. Bu səbəbdən hər gün Melodi anasından xəbərsiz dənizdə üzür. Melodi babası Trayton ilə görüşən zaman Ursulanın bacısı Morqana onu ələ keçirmək istəyir ki, Traytonu şantaj etsin, lakin Morqana bunu bacarmır.
Kukinin qayıdışı (cizgi filmi, 2010)
Kukinin qayıdışı (çex. Kuky se vraci) — çex kukla cizgi filmi. 2010-cu ildə Yan Şverak tərəfindən yaradılıb. Cizgi filmi özündə kukla animasiyasını, marionet animasiyasını və aktyor oyunlarını birləşdirir. Personaj təsvirlərin hazırlanmasını Jakub Dvorsky tərtib edib (Amanita Design). Cizgi filmi Çexiyanın müxtəlif yerlərində çəkilmişdir. Qış səhnələri Eşteddə, meşədəki səhnələr isə Bexen ətrafında çəkilmişdir. Filmdə həmçinin diri heyvanlar (tülkülər, kəpənəklər və quşlar) da çəkilmişdir. == Süjet == Ondro adlı 6 yaşlı oğlanın toz və pişiklərə allergiyası var. Tozdan o boğulmağa başlayır.
Kukinin qayıdışı (film, 2010)

Miqyasa qayıdışlar
Miqyasa qayıdışlar (ing. returns to scale) — istehsal miqyasındakı dəyişikliklərdən məhsulun həcmini təyin edən göstərici. Bütün amillərin sayı eyni sayda a {\displaystyle a} - dəfə artarsa ​​və məhsulun həcmi də a {\displaystyle a} - dəfə artarsa, bu "tərəziyə daimi qayıdışı" olan bir funksiyadır. Çıxış a {\displaystyle a} - dəfə çox böyüyürsə, o zaman “miqyaslı gəlir artır”. Çıxış a {\displaystyle a} - dəfə az böyüyürsə, "miqyaslı azalma azalır" baş verir. Miqyasa qayıdış və miqyas iqtisadiyyatları bir-biri ilə əlaqəlidir, lakin fiziki kapitalın istifadəsi də daxil olmaqla bütün xərclər səviyyələrinin dəyişkən olduğu (istehsalçı tərəfindən seçilən) uzun müddətdə istehsal miqyası artdıqca nələrin baş verəcəyi ilə bağlı fərqli konsepsiyalar var. Miqyasa qayıdışlar, müəssisənin istehsal funksiyası kontekstində yaranır, məhsulun (istehsalın) böyümə sürətinin uzunmüddətli perspektivdə xərclərin (istehsal amillərinin) əlaqəli artımına nisbətən davranışını izah edir. Uzunmüddətli perspektivdə bütün istehsal amilləri dəyişkəndir və ölçüdə (miqyasda) müəyyən bir artım olduğu üçün dəyişə bilər. Miqyas iqtisadiyyatları maya vahidinə düşən istehsal səviyyəsindəki artımın təsirini göstərir və miqyaslı gəlirlər yalnız istifadə olunan qaynaqlar miqdarı ilə məhsul arasındakı nisbətlə təyin olunur. Bütün istehsal ehtiyatlarının miqdarının a {\displaystyle a} dəfə artması ilə məhsulun a {\displaystyle a} dəfə artması ilə, yəni F ( a K , a L ) = a F ( K , L ) {\displaystyle \ F(aK,aL)=aF(K,L)} >.
Muxtarın qayıdışı (teleserial, 2003)
Muxtarın qayıdışı — rus detektiv serialı. Serialda Şukino rayonunun polis əməkdaşlarının və onların sadiq xidməti-axtarış iti Muxtar barədə bəhs olunur. Serial 3 adda yayımlanmışdır: Muxtarın qayıdışı (1-ci mövsüm), Muxtarın qayıdışı-2 (2-10-cu mövsümlər) və Muxtar. Yeni iz (11-ci mövsümdən hazırkı dövrədək).
Qəhrəmanın qayıdışı (film, 2013)
Qəhrəmanın qayıdışı (ing. The Last Stand) — 2013-cü ildə Cənubi Koreya kinorejissoru Kim Jee-woon tərəfindən ABŞ-də rejissorluq debütündə çəkilmiş Amerika döyüş triller filmidir. Arnold Schwarzenegger, Conni Noksvil, Forest Whitaker, Jaimie Alexander, Peter Stormare, Eduardo Noriega, Genezis Rodriges və Rodrigo Santoronun rol aldığı filmin ssenarisini Andrew Knauer yazıb. Bu, Arnold Şvartseneggerin 2003-cü ildə "Terminator 3: Maşınların yüksəlişi" filmindən sonrakı ilk baş rolu idi. Film kiçik bir şəhərin sərt və çətin şerifinin və onun köməkçilərinin təhlükəli narkobaronun dəyişdirilmiş idman avtomobili ilə Meksikaya qaçmasının qarşısını almağa çalışmasından danışır. Çəkilişlər 2011-ci ilin sonunda Belen, Nyu-Meksiko və Nevada ştatlarında aparılıb. Filmin premyerası 14 yanvar 2013-cü ildə Qraumanın Çin Teatrında baş tutmuş və Lionsgate tərəfindən 18 yanvar 2013-cü ildə nümayiş olunmuş və tənqidçilər tərəfindən qarışıq tənqidi bəyənmələr əldə etmiş və 45 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 48,3 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdir.

Значение слова в других словарях