QAYIRMAQ

f.
1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır.
– Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani.

2. Bina etmək, qurmaq, tikmək.
[Məhəmmədəli:] Elə artıq hesab deyil, ağa… Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov.

// Düzəltmək, təşkil etmək.
[Məstan bəyin] özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. B.Talıblı.

3. Hazırlamaq, düzəltmək, qurmaq.
[Bayram:] Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? M.F.Axundzadə.
[Şahnisə:] Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, – dedi. Çəmənzəminli.

4. Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. Damın axan yerini qayırmaq.
5. İş görmək, bir işlə məşğul olmaq. Orada nə qayırırsan? Bu vaxta qədər evdə nə qayırırdın?
// Etmək, bacarmaq, əlindən gəlmək.
Camaatın qabağında Fərhad bəy nə qayıra bilər? Qantəmir.
Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi? Ə.Əbülhəsən.

Синонимы

  • QAYIRMAQ 1. QAYIRMAQ, DÜZƏLTMƏK, HAZIRLAMAQ, YAPMAQ (köhn.) 2. QAYIRMAQ, EMAL ETMƏK, HAZIRLAMAQ, İSTEHSAL ETMƏK 3
  • QAYIRMAQ qurmaq — tikmək
QAYIRMA
QAYIRTDIRMA

Значение слова в других словарях

коммунисти́ческий наглода́ться посека́ть узкоборо́дый бушме́нка дурма́нный наигра́ться негла́сный перелино́вывать пошту́чный тюрбан Barnaby Dada emission macaroon notching up poor oat short end time and a half timeous беспочвенность размокнуть рисовый соразмерность эффектный