QİSİM
QİSMƏN
OBASTAN VİKİ
Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır. Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası Kvaternizasiya reaksiyası – başlanğıc amini alkilləşən agentlə çox zaman həlledici iştirakı olmadan qızdırmaqla qarışdırılması yolu ilə həyata keçirilir. Reaksiyanın müddəti və temperaturu hallogenalkanın təbiətindən asılıdır. Reaksiya qabiliyyəti xlordan flora doğru artır. Poli-4vinilpiridinin(P-4-VP) qismən kvaternizasiyası onun sonradan tikilərək metal ionlarına (mis, nikel, kobalt, manqan və s.) köklənməsi xüsusiyyətlərini yaxşılaşdırır. Bu məqsədlə P-4-VP-ni metanol məhlulunda benzilxloridlə kvaternizə edirlər. Benzilxloridin miqdarı polivinilpiridinin kütləsinin 10-60% təşkil edir. Qismən kvaternizə olunmuş poli-4vinilpiridini N,N1-metilendiakrilamidlə tikməklə üçölçülü quruluşlu komplekslər alınır. Bu komplekslər oksidləşmə və hidrogenləşmə reaksiyalarında geniş tətbiq olunur. Э.Б.Аманов, Н.А.Зейналов, Г.М.Фараджев. Кинетика и сорбционные свойства частично кватернизированных поли-4-винилпиридинов.
Qismət
Qismət — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Qismət Məmmədzadə — Müğənni. Qismət (yazıçı) — Azərbaycan yazıçısı. Bu təxəllüsü olan tanınmış insanlar İlahə Qismət — Bəstəkar, Qara Qarayev təqaüdçüsü, simfonik dirijor Digər Qismət (riyaziyyat) — Ədədin ədədə bölünməsindən alınan ədəd. Qismət (nəşriyyat) — Azərbaycanda nəşriyyat.
Qismət (riyaziyyat)
Qismət - Bölmənin üçüncü komponenti. Ədədi ədədə böldükdə alınan ədəd bu ədədlərin qisməti adlanır.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Qismət Alıyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Qismət Heydərov
Qismət Həməşəyev
Qismət Məmmədzadə
Qismət — Müğənni. Qismət Məmmədzadə 1980-ci il aprel ayının 20-də Bakı şəhərində, Ramazan və Səfagül Məmmədzadələrin ailəsində ikinci övlad olaraq dünyaya gəldi. Adını ata babası Bayram kişinin istəyi ilə Qismət qoydular. Ailədə ata və ana tərəfinin musiqiçi olması onun da uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə səbəb oldu. Kiçik yaşlarından müxtəlif konsertlərdə, şənliklərdə çıxış edən Qismətin ilk televiziya çıxışı 1992-ci ildə televiziya ilə yayınlanan "Sübh şəfəqləri" müsabiqəsində oldu və 1993-cü ildə Qismət o müsabiqənin vokal üzrə qalibi seçildi. Elə o vaxtlar həmin müsabiqədə münsiflər heyətinin sədri olan mərhum bəstəkar Əfsər Cavanşirov Qismətin heç bir musiqi təhsili olmadan belə gözəl oxumasını görüb onu "Bənövşə" uşaq xoruna qəbul etdi. Bir neçə il orda oxuyan Qismət bu arada o vaxtlar fəaliyyət göstərən və tanınmış qarmon ifaçısı Xanlar Cəfərovun rəhbəri olduğu "Ümid" ansamblının müşayətiylə bir neçə mahnılar yazdırıb efirdə və radioda ara sıra ifa edirdi. Bir müddətdən sonra keçid dövrü və səs dəyişkənliyi ilə əlaqədar olaraq oxumağı dayandırdı. 1996–1997-ci illərdə yenidən oxumağa başladı. Amma artıq televiziya ekranlarına çıxa bilmirdi.
Qismət Qardaşxanov
Qismət Qasımov
Qismət Rüstəmov
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
Qismət Əliyev
Qismət Qardaşxan oğlu Alıyev (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Alıyev Qəbələ FK akademiyası vasitəsilə inkişaf etmişdir. Alıyev əsas komanda ilə debütünü 30 yanvar 2016-cı ildə etmişdir. O, 77-ci dəqiqədə Kəpəz PFK klubu ilə qarşılaşmada Vadim Abdullayevi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Premyer Liqası görüşündə Kəpəzə 3-0 hesabı ilə məğlub olmuşdur. 2 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Taleyin qisməti beləymiş (film, 1996)
Ramiz Məlikov
Tanınmayan və ya qismən tanınan dövlətlər
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Xarici Dil Qismində İngilis dili Testi
TOEFL (ingilis dilində Test of English as a Foreign Language – Xarici Dil Qismində İngilis dili Testi deməkdir) imtahan verən şəxsin ingilis dilini akademik səviyyədə necə qavraya bildiyini dəyərləndirən imtahandır. ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə TOEFL imtahanlarından keçmək tələb olunur. Bununla bərabər həmçinin dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər. TOEFL-a bənzər IELTS imtahanı da var. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. TOEFL imtahanının nəticələri 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahanın nəticələri rəsmi olaraq etibarsız sayılırlar, belə ki bu müddət ərzində imtahan verən şəxsin dil biliyi əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bir çox kollec və universitetlər adətən yaxın zamanlarda nəticəsi elan olunmuş TOEFL qiymətlərini tərcih edirlər. TOEFL ABŞ Təhsil İmtahan Xidməti (ETS) tərəfindən idarə olunur və ona məxsus ticarət markasıdır. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. TOEFL idarə heyəti 16 nəfərdən ibarət komitədən ibarətdir.
İngilis dili xarici dil qismində

Tanınmayan və ya qismən tanınan dövlətlərin siyahısı
Tanınmayan və ya qismən tanınan dövlətlər – əhalisi, ərazi idarəetməsi, hüquq və idarə sistemi kimi dövlətçilik əlamətləri olmaqla yanaşı özünü müstəqil dövlət elan etmiş ancaq eyni zamanda BMT üzvləri tərəfindən heç bir diplomatik tanınmaya malik olmayan regionların ümumi adlandırmasıdır. BMT üzvləri tərəfindən bu ərazilər adətən bir və ya bir neçə BMT üzvü olan dövlətin ərazisi kimi tanınır. Ümumilikdə iki növə ayrılır. Birincisi müstəqil dövlətin ərazisi kimi elan edilmiş torpaqlara tam və ya qismən nəzarət edir və de facto özlərini idarə edir. İkincisi isə meydana gələn bu dövlətə və onun ərazisinə hüququ olduğunu iddia edir və de jure dünya ictimaiyyəti tərəfindən də ikincinin ərazisi kimi tanınır. Bundan əlavə suveren dövlətin dünya birliyinin tam hüquqlu üzvü kimi tanınmasına şərait yaradan iki ənənəvi doktrina var. Deklarativ nəzəriyyə müəyyən şərtlər varsa, dövləti beynəlxalq hüquqda insan kimi qəbul edir: müəyyən edilmiş ərazi; daimi əhali; hökumət; digər dövlətlər ilə münasibətə girmək bacarığı. Deklarativ nəzəriyyəyə əsasən dövlətin özü-özlüyündə varlığı onun digər dövlətlər tərəfindən tanınmasınından asılı deyil. İkinci doktrina – konstitutiv nəzəriyyəyə əsasən dövlət beynəlxalq hüququn subyekti kimi yalnız digər beynəlxalq birliyin üzvü olan dövlətin tanınmasından sonra olur. Geosiyası meydanda hər iki nəzəriyyəyə uyğun dövlətlər mövcuddur.
Azər Qismət
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Qismət Gözəlov
Qismət Füzuli oğlu Gözəlov (1967, Salyan rayonu) — Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri. Qismət Gözəlov 1967-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünaslıq ixtisası üzrə alıb. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyində diplomat olaraq çalışıb. Xarici İşlər Nazirliyində işlədiyi 1995–1998-ci illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq münasibətlərinə məsul olub və iki Zirvə Toplantısında iştirak edib. 1998–2011-ci illərdə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunda vitse-konsul, konsul, baş konsul əvəzi, habelə müxtəlif dövrlərdə XİN-də şöbə müdiri vəzifələrində çalışıb. 2012–2014-cü illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyin olunub. 2015–2018-ci illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəis müavini vəzifəsində işləyib. 2019–2022-ci illərdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qərarı ilə Təşkilatın Baş katibinin müavini vəzifəsinə təyinat alıb. Azərbaycan Prezidentinin 2023-cü il 29 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.