Qiymətlər Müharibəsi

firmalar tərəfindən öz məhsuluna qiymətlərin təkrarlanan uzunmüddətli endirilməsidir.
Qiymətləndirmə Problemi
Qiymətlərin Dayanıqlığı
OBASTAN VİKİ
Qarətçil qiymətlər
Qarətçil qiymətlər (rus. грабительское ценообразование, ing. predatory pricing) — rəqibi sıxışdırmaq və ya bazara giriş üçün maneə yaratmaq məqsədilə məhsulun qiymətinin süni şəkildə aşağı salındığı qiymət strategiyası. Bəzi ölkələrdə bu, haqsız rəqabətin təzahür formalarından biri hesab olunur. Amerikalı iqtisadçı Stiven Landsburqun tərifinə görə, yırtıcı qiymətlər rəqibə zərər vermək üçün süni şəkildə aşağı qiymətin təyin edilməsidir. Qarətçil şirkət öz məhsullarının qiymətini elə bir səviyyəyə qoyur ki, o, itki verməyə başlayır, rəqiblərini də itki verməyə məcbur edir. Qiymət müharibəsi başlayır, bunun nəticəsində rəqiblər bazarı tərk edə bilər. Yırtıcı qısa müddətdə rəqabətdən sağ çıxmağı və uzun müddətdə yeganə sağ qalan olmasını gözləyir. Predator bazara yeni rəqiblərin daxil olmasına mane olan giriş maneələri yaratmaq üçün bazarda proaktiv qiymət təyin edə bilər. Müəssisələr aşağıdakı səbəblərə görə məhsullarını maya dəyərindən aşağı satırlar: rəqiblərin sıxışdırılması (rəqibləri sıxışdırmaq, rəqiblərin getməsindən sonra inhisar mövqeyini ələ keçirmək və bu bazarda qiymətlərin sonradan artması - uzunmüddətli perspektivdə bu strategiyanın tətbiqi nəticəsində əldə edilən mənfəət qiymətlərin azaldılmasından itkilərdən çox ola bilər) ; qiymət ayrı-seçkiliyi (müxtəlif bazarlarda müxtəlif qiymətlərin müəyyən edilməsi: məhsullar inhisarda olan bazarda yüksək qiymətə satılır və rəqib bazarlarda artıq məhsulların aşağı qiymətə dempinq edilməsi - böyük istehsalda vahid xərclərin azaldılması üçün artıq məhsuldan istifadə olunur).
Qiymətlər oblastı
Funksiyanın qiymətlər oblastı — onun ala biləcəyi qiymətlər çoxluqdur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman Y {\displaystyle Y} çoxluğu F {\displaystyle F} funksiyasının qiymətlər oblastı adlanır.
Maksimum qiymətlər edikti
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Maksimum qiymətlər fərmanı
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Cəməl müharibəsi
Cəməl döyüşü (ərəb. موقعة الجمل‎) — dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin tərəfdarları ilə Aişə və onun tərəfdaşları Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın başçılıq etdiyi qrupla onun hakimiyyətinə qarşı baş vermiş döyüş. Döyüş 656-cı il dekabrın 8-də baş verir. Erkən İslam tarixinin çox hissəsi şifahi şəkildə ötürülürmüşdür. Raşidi xilafəti dövründən bu günə qədər kifayət qədər az sayda tarixi mənbələr gəlib çatmışdır. Başqalarının prinsipcə mövcud olub-olmadığı məlum deyil. Bu dövrə aid, eləcə də Əməvilər sülaləsinin sonrakı hakimiyyəti dövrünə aid dövrümüzə çatan sənədlər və yazılar əsasən üçüncü Abbasi xilafəti illərində yazılmışdır. Bunlardan əlavə, İslamın ilkin tarixi haqqında Məhəmməd peyğəmbərin hədislərində mühüm məlumatlar vardır. Onların inkişafı İslam tarixinin ilk üç əsrində mühüm elementdir. Müsəlmanların fəth illərində yazılmış Dəvə döyüşü dövrünün hadisələri haqqında yeganə tarixi mənbə şiə alimi Süleyman ibn Qeysin Kitab əl-Səqifəsidir - İslamın birinci əsrinə aid hədislər və tarixi hesabatlar toplusu.
Davam müharibəsi
Davam müharibəsi (fin jatkosota, rus. Война-продолжение) — İkinci dünya müharibəsi dövründə Şərq cəbhəsində 25 iyun 1941 – 19 sentyabr 1944-cü illəri əhatə edən müharibədir. Qış müharibəsinin davamı sayıldığı üçün belə adlandırılmışdır. Finlandiya, qış müharibəsində Sovet İttifaqına itirdiyi bölgələri geri almaq üçün Almaniyanın yanında idi. Davam müharibəsi Sovet İttifaqının 1944-cü ildəki böyük strateji hücumuna qədər mövqe qoruma müharibəsi olaraq davam etmişdir. Sovetlər 30 noyabr 1939-cu ildə hücum etdilər. Sovetlər hər cəhətdən çox üstün idilər, lakin Finlandiya Silahlı Qüvvələri Karl Qustav Emil Mannerheymin komandanlığı ilə sovet düşərgələrinə iqlimin kamuflyajı ilə hücum edərək rusları geri çəkilməyə məcbur etdilər. Bundan əlavə İngiltərə və Fransa Finlandiyaya kömək edirdi. İkinci hücumda Qırmızı Ordu artıq tam bir döyüş maşını idi. Finlandiyanın Almaniya tərəfini seçməsi İngiltərəni qarşısında görməsinə səbəb oldu.
Dnestryanı müharibəsi
Dnestryanı müharibəsi — Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Dnestryanı bölgədə dislokasiya olunmuş 14-cü ordu general Lebedin rəhbərliyi ilə Moldova qüvvələrini sıxışdırıb.
Donbass müharibəsi
Donbass müharibəsi — Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibə. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin mart ayının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın Donetsk və Luqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya Federasiyası tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə Ukrayna hökuməti arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi. Öz müstəqilliyini elan etmiş separatçı Donetsk Xalq Respublikasında 2014-cü ilin may ayından rəhbərliyin dəyişdiyi avqust ayına qədər olan müddət ərzində separatçı hökumətin bir çox liderləri Rusiya vətəndaşlarından ibarət idi. 2014-cü ilin ortaları ərzində rusiyalı yarımhərbi qüvvələr separatçı döyüşçülərin 15 faizini, Ukrayna hökumətinin məlumatlarına görə isə 80 faizini təşkil edirdi. 2017-ci ilin sentyabr ayına olan məlumata əsasən Ukraynanın Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə mübarizə aparan 6,000 rusiyalı hərbçi və 40,000 nəfər separatçının olduğu hesablanmışdır. 22 və 25 avqust 2014-cü il tarixləri arasında Rusiyaya məxsus "humanitar konvoy" Ukrayna hökumətinin icazəsi olmadan ölkə ərazisinə daxil oldu. Həmin konvoylar həm rusyönümlü qüvvələrin nəzarəti altında olan ərazilərdən, həm də Donetsk vilayətinin cənub-şərqində yerləşən Novoazovsk şəhəri istiqamətindən ölkə ərazisinə daxil olurdu. Bu hadisələr Rusiya ilə sərhəd xəttindən Ukrayna hərbçilərinə məxsus müdafiə mövqelərinin atəşə tutulması ilə davam etdi. Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko 22 avqustda baş vermiş hadisələri "Ukrayna ərazisinin Rusiya tərəfindən birbaşa işğalı" adlandırdı.
Donuz müharibəsi
Donuz müharibəsi — 1859-cu ildə ABŞ və Britaniya hakimiyyətinin sərhəddi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlanmış müharibə. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.
Dünyaların müharibəsi
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Emboabas müharibəsi
Emboabas müharibəsi — 1708-ci ildə Şərqi Braziliyada iqtisadi səbəbdən baş vermiş vətəndaş müharibəsi. XVII əsrdə Şərqi Braziliyanın Minas Gerais əyalətində qızılın tapılması San-Pauludan gələn və oradakı mədənlərin özlərinə aid olduqlarını iddia edənlər və çoxu avropalı immiqrantlar olan Emboabas adlı yeni məskunlaşanlar arasında gərginliyin yaranmasına səbəb oldu. Gərginlik 10 il davam etdi. Avropalılar rəqiblərinə nisbətən daha da artdılar və 1708-ci ildə qızıl mədənlərini ələ keçirmək üçün müharibəyə başladılar. Müstəmləkə hökuməti tərəfindən də dəstəklənən emboabaslar rəqiblərini həmin əraziləri tərk etməyə məcbur etdilər. San-Pauludan gələnlər qərbdəki Mato Qrossoya doğru geri çəkildilər və xoşbəxtlikdən 1718-ci ildə geri çəkildikləri ərazidə yeni qızıl mədənləri tapdılar.
Emu müharibəsi
Emu müharibəsi — Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan müharibə. Müharibə 1 həftə davam etmiş və 2500 emunun öldürülməsi ilə bitmişdir. Avstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb oldu. Müharibə zamanı pulemyotlarla silahlanmış əsgərlər emuların üzərinə hücuma keçdilər. Hər bir əsgər iki pulemyotla silahlanmışdı. Bu əməliyyatda 2500 emu öldürüldü.
Eynthem müharibəsi
Eynthem müharibəsi — 17 sentyabr 1862-ci il tarixində Merilend ştatının Şarpsburq şəhəri yaxınlığında baş vermiş döyüş. Müharibə ABŞ Vətəndaş müharibəsini həll edici döyüşlərindən hesab edilir. Döyüşlər quldarlıq tərəfdarı tərəfindən idarə olunan Merilend ştatının ərazilərində gedirdi. Merilend həmin dövrdə Böyük Britaniyaya tabe idi. Eynthem çayı və Şarpsburq şəhərinin ətrafıda döyüşlərin getdiyi yerlərdən idi. Eynthem müharibəsi ümumən Şimali Amerikada baş vermiş ən qanlı döyüşlərdən hesab edilir. Döyüş zamanı hər iki tərəfdən bir gün ərzində 23 min nəfər həlak olmuşdur. Tərəflərin hərbi güçünün döyüşdən əvvəl eyni olması, səbəbindən hər iki tərəf kimin qalib qəlmə ehtimalının olduğunu müəyyən edə bilmirdi. Döyüşlər zamanıda uzun müddət tərəflərdən biri, digəri üzərində üstünlük qazana bilməmişdir. Müdafiə xəttini yarmağa nail olan Corc Makklelan Konfederasiya ordusunu Merilend istiqamətində təqib etməyə başlamışdır.
Farrapus müharibəsi
Farrapus müharibəsi (port. Guerra dos Farrapos) və ya Farropus çevrilişi — Braziliya imperiyasının Rio-Qrandi-du-Sul və Santa-Katarina ərazilərində 1835 19 sentyabrdan 1845 1 marta qədər olan dövrdə imperia qüvvələri ilə respulikaçılar arasında baş verir. Hərəkətin əsas qüvvəsi müzdla işləyən çobanlar idi. Hərakatveriçi qüvvənin əsasını ticari burjuaziya, maldarlıqla məşqul olan şəxslər və hökumətdən narazı siyasətçilər təşkil edirdi ki, olarda muxtariyyat almaq niyyətində idilər. Hərəkatın təşkilatçısı italiyalı immiqrant Tito Libio Dzambekkeri idi. «Respublikalı» qəzeti inqilabçıların əsas mətbu orqanı kimi fəaliyyət göstərirdi. Respublikaçılar imperiyanın və quldarlığın düşməni idilər. Bentu Qonsalbis da Silva hərakat qüvvələrini komandanı seçilir. 20 sentyabr 1835-ci ildə Riu-Qrandi-du-Sul vilayyətinin paytaxtı Portu-Aleqri tutulur. Bir müddət sonra üsyançılar villayətın içərilərinə doğru irəliləyir.
Folklend müharibəsi
Folklend müharibəsi — 1982-ci ildə Böyük Britaniya–Argentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-birlərinə müharibə elan etməmişlərdir. Müharibə 42 gün davam etmiş və Böyük Britaniyanın qələbəsi ilə yekunlaşmışdır Folklend adaları 1690-cı ildə ilk dəfə ingiltərə səyyahları tərəfindən tapılmışdır. İngilislər bu adanı "Folkend adaları" adlandırırlar. 1694-cü ildə isə fransız səyyahları bu adaları tapırlar və onu San-Malo şəhərinin şərəfinə "Malvin adaları" adlandırırlar. Argentina müstəqillik qazandıqdan sonra (XIX əsr) bu adaları öz adaları hesab edirlər və onu fransızların adlandırdıqları "Malvin adaları" adlandırırlar. Lakin Folklend adaları 1833-cü ildə İngiltərə tərəfindən zəbt edilir. Bu da Argentinanın narazılığına səbəb olur. Narazılıq 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı olan Leopal Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.
Futbol müharibəsi
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
Gerilla müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Hastinqs müharibəsi
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi. Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir.
Kanudus müharibəsi
Kanudus müharibəsi (port. Guerra de Canudos) həmçinin Kanudus üsyanı da adlandırılır.Bu hərbi konfilikt 1896- 1897 ci illərdə Braziliya və üsyançılar (25-30minlik) arasında baş verir.Kanudus 1888-ci ildə Braziliyada quldarlığın ləğvi ilə Baiya ştatında geniş boş torpaqlar vardı ki,onların böyük hissəsi azad olmuş qullar,torpaqsız kəndlilər,kasıb hindular və cinayətkarlar tərəfindən məskulaşmişdı.1896-cı ildə Kanudusda 25-30 min əhali yaşayırdı.Bu zamanlar Braziliyada "Kaucuk xəstəliyi" geniş yayılmışdır.Kaucuk konpaniyası bölgəni ələ keçirmək insaları isə qul vəziyyətinə salmaq niyyətində idi.Antoniy Marsiel (Konseleyra) bu vəziyyətdə sadə ,kasıb xalqa arxa duraraq hərəkat başladır. Antoniyo dini kamuna yaradılır və 9000 tərəfdar topluya bilir.Özünü 'peygəmbər' elan edir.Respublika quruluşuna qarşı cıxılır və onu antixristian quruluş adlandırılır.Vergi yığılması dayandırılır.Bir necə il ərzində onun tərəfdarları 20-30 min nəfərə catır.Bu insanlar əsasən kasıblar idi.Konseleyrunun başçılığı ilə bura gələn tacirlərə ,varlılara hücum edilir.Baiya ştat rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edirdi.Üsyançılar əvəlcə Baiya ştatının bir neçə polis bölməsini sonradan isə federal hökumət qüvvələrini darmadağın edir.Bu üsulla üsyançılar xeyli silah tədarük edə bilir. Bundan sonra hökumət üsyançılar monarxiya tərəfadarı,respublika və demokratiya düşmənlər adlandırılırlar.Üsyançılarla döyüşə ağır artilleriya ilə silahlanmış ordu göndərir.8000 nizami ordu göndərilir. Hərbi əməliyyatlar bir necə ay çəkir.1897-ci illin sentyabrında Antoniy Konseleyu öldürülür.Hərəkat bir müddət davam etdirilir.oktyabrın 5 də hərəkat tam darmadağın edilir.Braziliya hökumət qüvvələri 5000 itki verir.Kanudus isə darmadağın edilərək yer üzündən silinir.Üsyancılar 20.000 çox itki verir.5 il müddətində bu hadisə haqqında qəzet və jurnallarda yazmaq qadağan edilir.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Katvan müharibəsi
Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı. Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar. Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır.
Koreya müharibəsi
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq "Çin Xalq Könüllüləri" adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər. İngilis dilində Koreya konflikti daha çox "Koreya müharibəsi" (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, "polis əməliyyatı" (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının "hərbi yola" keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.