qorçibaşı 2021
qorçubaşı
OBASTAN VİKİ
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qorçu (Laçın)
Qorçu — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəstəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir. Kənd rayon mərkəzindən 64 km.şimal-qərbdə yerləşir.Dəniz səviyyəsindən 1884 m. yüksəklikdə yerləşən kənddə geniş meşə massivi var idi.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi çox ciddi qorunurdu. Kənd əhalisi 1992-ci ildə164 ailə 979 nəfər olmuşdur,Zağaltı kəndi ilə birlikdə 215 ailə 1273 nəfər əhalisi olmuşdur.kənd əhalisi kürd mənşəli olub. 1 ci Qarabağ müharibəsi zamanı 10 İyun 1975-ci ildə Laçın rayon Qorçu kəndində anadan olmuş Şahvələdov İlyas Nəriman oğlu 1994-cü ilin may ayının 9 da Ağdərə rayon Qırmızıkənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşdur, Bərdə rayon şəhidlər xiyabanında dəfin edilib. və Xəlilov Osman Muğan oğlu 11 Fevral 1967 ci ildə Qorçu kəndində doğulub Ağdam rayonunda yaşamışdır,14 may 1994-cü ildə Tər-tər rayon Seyidsulan kəndində gedən döyüşlərdə şəhid olmuşdur Bərdə rayon Şəhidlər xiyabanında dəfin edilib. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Qorçu bəy Püsyan
Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı. Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin "İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix" əsərində Qorçu bəy haqqında məlumat var. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəlif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir . Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu. Qorçubəylilər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 8, səh.3–9.
Anar Qorçuyev
Qorçubaşı
Qorçubaşı və ya Qorçibaşı – "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları «üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi. Qorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F.Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı. Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir. Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir. Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının - şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir.
Qorçubəylilər
Qorçubəylilər — Azərbaycanın qədim soylarından biri. Bu soyun ulu babası Qorçu bəy Püsyandır. Qorçu bəy XVII yüzilin ortasında yaşamışdı. Püsyan elinin başçısı idi. Onun adıyla bağlı Qarabağ əyalətinin Keştasf (Keştaz) nahiyəsində yeradına rast gəlinir. Qorçu bəyin Hüseyn bəy, Həsən bəy adlı oğulları vardı. Hüseyn bəy Qorçu bəy oğlu XVII yüzilin ikinci yarısında ömür sürmüşdü. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. Hüseyn bəyin Qorçu bəy adlı oğlu vardı. II Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdı.
Qorçukəndi (Əhər)
Qorçukəndi (fars. قورچي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 251 nəfər yaşayır (49 ailə).
Qorçulu
Qorçulu (Şərur) — Şərur rayonunda kənd. Qorçulu (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir. Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Səfəvi Qorçubaşılarının siyahısı
Qorçu (fars. قورچی‌باشی‌‎) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub "dövlətin sütun"larından (Ərkani-dövlət) biri hesab edilirdi. Abdal bəy Talış (1506–1509) Yaxan bəy Təkəli (1509–1510) Sarı Pirə Ustaclı (1512) Məntəşə Sultan Ustaçlı (1513) Yaraş bəy Ustaçlı (1514) Əli Sultan Çiçkəli (1518) Nadir bəy (1524) Bəkir bəy Ustaçlı (1526–1527) Tatar oğlu Təkəli (1528–1529) Duraq bəy Təkəli (1529–1530) Dura bəy və ya Dədə bəy (1531) Pərvanə bəy Təkəli (153)) Məhəmməd Xəlifə Şamlı (1533–1534) Uğlan Xəlifə Şamlı (1534) Şir Həsən Zülqədər (1534) Sevindik bəy Əfşar (1534–1562) ? Əhməd bəy Əfşar (1574) Yusifqulu Sultan Əfşar (1576-1577) Qulu bəy Əfşar (1576–1577) Yusifqulu Sultan Əfşar (1576–1577) Qulu bəy Əfşar (1576–1577) İsgəndər bəy Əfşar (1577) Qulu bəy Əfşar (1577) Təhmasibqulu Sultan Əfşar (1577) Kaçal Mustafa Əfşar (1577) İsmayılqulu xan (1584) Yusif xan, Qulu bəy Əfşarın oğlu (1587–1588) Bədr bəy Əfşar r (1587–1588) Vəli xan Əfşarr (1588–1589) Allahqulu bəy Qacar (1591–1612) İsa xan Səfəvi (1612–1631) İsa xan Səfəvi (1612–1631) Çıraq xan Zahid (1631–1632) Əmir xan Soklan Zülqədər (1632–1638) Canı bəy Xan Şamlu (1638–1645) Canı bəy Xan Şamlu (1638–1645) Murtuzqulu xan begdili Şamlu (1645–1648) Murtuzqulu xan Qacar (1648–1663) Kəlbəli xan (1668–1682) Sarı xan Səhəndlı (1682–1691) Şahqulu xan Zəngenah (1691–1699) Murtuzqulu xan Bijərlü (1698–1699) Şahqulu xan Zəngenah (1699–1707) Cəfərqulu xan Hatəm (1707–1711) Məhəmməd Zaman Xan Şamlı (1711-1715) Səfiqulu xanSafiqoli Khan (1715–1716) Məhəmmədqulu xan Şaml (1716–1720) Əliqulu xan Zəngenah (1720–1721) Şeyx Əli xan Zəngenah (1721) Mustafaqulu xan Səədlü(1721) Fərəcullah xan Abdallu (1721) Məhəmməd xan Abdallu (1721–1726) Nadirqulu bəy (1726–1730) Məhəmməd Rza xan Abdallı (1730–1733) Məhəmməd Rza xan Abdallı (1730–1733) Qasım bəy Qacar (1733–1736) Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 140-149. ISBN 978-1568591353.
Əfqan Qorçuyev

Значение слова в других словарях