Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir
qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir.
Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub,
qorçuların yaşadığı kənd» mənasını ifadə edir.
Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə
toponimdir.
Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279
nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən
qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma
torpaqlarına dönə bilmişlər.