Belaya dağı (Vesyolıe Qorı)
Belaya dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 715 m-dir. Nijni Tagil şəhərinin cənub-qərbində, Urales və Çernoistoçinsk kəndlərinin yaxınlığında yerləşir. Dağda beynəlxalq "Belaya Dağı" xizək bazası vardır. Xizək bazasını Nijni Tagil, Yekaterinburq, Tümen, Lesnoy, Nijnaya Turadan gələn turistlərin ziyarət etdikləri ən məşhur bir xizək mərkəzidir.
== Coğrafiyası ==
Belaya dağı Vesyolıe Qorı silsiləsinin şimal hissəsində, "Nijnı Tagil şəhər dairəsi" bələdiyyəsində, Starik-Kamen dağının zirvəsindən 17 kilometr şimalda, Urales kəndindən 3 kilometr şərqdə yerləşir. Dağın hündürlüyü 715.4 metrdir. Dağ Volqa ilə Ob hövzələri arasındakı suayrıcında yerləşir. Bununlada Avropa ilə Asiya arasındakı sərhəd oradan keçir.
== Təsviri ==
Dağ şimaldan cənuba uzun kilometrlərə uzanır və tamamilə qarışıq meşə ilə örtülmüşdür.