QORI

Qoruq (meşə və s.). (“Kitabi-Dədə Qorqud” leksikası)

QOR
QORUQ-QAYTAQ
OBASTAN VİKİ
Asafovı Qorı arxipelaqı
Asafovı Qorı arxipelaqı və ya Osanovı qorı — Volqanın yatağında, İvanovo vilayəti, yureves şəhərindən 3 km məsafədə yerləşir. adalar Qorskoe su tutarının inşasından sonra meydana gəlmişdir. Uzunluğu 4 km çatan qumlu adalar qarışıq meşələrlə örtülüdür. Adcaların özlərində belə bir neçə göl vardır. Adalarda su-bataqlıq quşları yuvalayır. Bu baxımından Rusiyanın xüsusi qorunan əraziləri siyahısına daxil edilmişdir.. Adın mənşəyi ilə bağlı bir neçə əfsanə vardır. Bu əfanələrin birinə görə bu yüksəkliklərdə Ataman Asafın başçılıq etdiyi Volqa boyunca keçən gəmiləri talan edən quldurların dayanacağının olduğunu iddia edilir.. Adalar məşhur turistik ərazilərdən sayılır.
Belaya dağı (Vesyolıe Qorı)
Belaya dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 715 m-dir. Nijni Tagil şəhərinin cənub-qərbində, Urales və Çernoistoçinsk kəndlərinin yaxınlığında yerləşir. Dağda beynəlxalq "Belaya Dağı" xizək bazası vardır. Xizək bazasını Nijni Tagil, Yekaterinburq, Tümen, Lesnoy, Nijnaya Turadan gələn turistlərin ziyarət etdikləri ən məşhur bir xizək mərkəzidir. == Coğrafiyası == Belaya dağı Vesyolıe Qorı silsiləsinin şimal hissəsində, "Nijnı Tagil şəhər dairəsi" bələdiyyəsində, Starik-Kamen dağının zirvəsindən 17 kilometr şimalda, Urales kəndindən 3 kilometr şərqdə yerləşir. Dağın hündürlüyü 715.4 metrdir. Dağ Volqa ilə Ob hövzələri arasındakı suayrıcında yerləşir. Bununlada Avropa ilə Asiya arasındakı sərhəd oradan keçir. == Təsviri == Dağ şimaldan cənuba uzun kilometrlərə uzanır və tamamilə qarışıq meşə ilə örtülmüşdür.
Qorın çayı
Qorın çayı (ukr. Горинь, belar. Гарынь) — Belarus və Ukrayna ərazisindən axan çay. Pripyat çayının sağ qolu. Çayın uzunluğu 659 km, hövzəsinin sahəsi 27700 km², mənsəbdə orta su sərfiyyatı 110 m³/s təşkil edir. Çay öz başlanğıcını Kremenes yüksəkliklərindən götürür. Mənsəbində hündürlük 659 metrdir. Sonradan isə Volın yüksəkliklərində sıldırımlı sahillərə malik ərazidən axır. Bu hissədə onun dərinliyi artır, eni isə azalır. Polesedə isə artıq onun yatağı genişlənir, sürəti azalır.