Altıaylığa qədər olan at balası. (“Koroğlu” dastanının lüğəti)
Qulunlar böyüyüb day oldular. (“Alı kişi”)
*
Ərəb atın dastanını söylərəm,
Üç yaşında hər nişanı bəlli olur.
Bir asma gərdənli, qulun sağrılı,
Sığır qabırğalı maral əlli olur.
(Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)
*
Madyanlar doğan vaxt Mirzə onların yanına gəldi. Doğulan qulunları yerə düşməmiş çadıra bükdülər. Qulunlar çox tüklü, bədheybət idi. (Paris nüsxəsi, 1-ci məclis)