QIR₃

is. Dayaz quyudan su çəkmək və ya başqa məqsədlər üçün bir ucu qarmaq şəklində ağac və s. Qır ilə quyudan su çəkmək. Qır ilə ağacın başındakı meyvələri dərdim.
– Yelkən xurma yarpaqlarından toxunmuş və qır ilə möhkəmlənmiş dəyirmi bir yelkən idi. M.S.Ordubadi.

Синонимы

  • QIR I qır bax çal II qır bax səhra, düzən III qır bax naz
  • QIR düzən — çöl
  • QIR naz — qəmzə — şivə

Омонимы

  • QIR QIR I is. Evlərin damına salınan qara rəngli qatı maddə. Evlərin damındakı qır əriyib, divar aşağı süzülürdü (N

Этимология

  • QIR1 “Kül rəngində (boz) olan” deməkdir. Koroğlunun atlarından biri Qır, digəri isə Dür adlanıb. Hər ikisi rənglə bağlıdır
QIR₂
QIR-QIC
OBASTAN VİKİ
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Qır kəndi (Poldəşt)
Qır kəndi (fars. قيركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (73 ailə).
Azərbaycan-Qırğızıstan futbol matçlarının siyahısı
07.06.1993 Tehran BT Azərbaycan – Qırğızıstan 3:2
Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikasının Qırmızı Kitabı — Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqqında məlumat əks etdirirlir. Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib.
Azərbaycan SSR-in qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycan SSR-nin qırmızı kitabı
Azərbaycan SSR-in Qırmızı kitabı — Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növləri. Redaksiya heyəti: B. M. Adıgözəlov, U. K. Ələkbərov, M. A. Musayev və b.---Bakı, “İşıq” 1989, səh.544. Şəkilli. B. M. Adıgözəlov, U. K. Ələkbərov (bitkilər bölməsinin məsul redaktoru), H.Ə.Əliyev, D.B.Hacıyev, S.Ə.İsrafilov, M.Ə.Musayev (heyvanlar bölməsinin məsul redaktoru), İ.D.Mustafayev, İ.S.Səfərov.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heyvanlar aləmi". Tom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Bala qırxbuğum
Kiçik qırxbuğum (lat. Polygonum minus) - qırxbuğum cinsinə aid bitki növü.
Baykal qırışıqlığı
Baykal qırışıqlığı, Şatski, 1932 - proterozoyun sonu (rifey kompleksi) — kembrinin başlanğıcında baş vermiş qırışıqlıq prosesləri. Baykal qırışıqlığı nəticəsində dünyanın müxtəlif yerlərində geniş əyalətlərin geosinklinal inkişafı başa çatmışdır. Baykal qırışıqlığı nəticəsində əmələ gələn geoloji qurumlar baykalidlər adlanır. Baykal qırışıqlığı vilayətləri Şimal-Şərqi Avropa platformasını, Sibir platformasının qərb hissənini (Turuxan zonası, Yenisey tirəsi, Yuxarı Sayan) əhatə edir. Baykalidlər habelə Hindistanda, Ərəbistan yarımadasında, Orta və Yaxın Şərqin alp strukturlarının özül çıxıntılarında qeyd edilir. Qərbi Avropada Baykal qırışıqlığı assint və kadom qırışıqları uyğundur. Sibir Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Bağanis-Ayrım qırğını
Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Beşinci nəsil qırıcı
Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki,tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞ və SSRİ-də başlanılmışdı. Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015). F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir. Beşinci nəsil qırıcıların əsas göstəriciləri: Radiolokasiyanın və İnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir. Çoxfunksiyalılıq.
Beşquyruq qırğı
Beşquyruq qırğı (lat. Accipiter trinotatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Birləşmiş Krallıq–Qırğızıstan münasibətləri
Birləşmiş Krallıq–Qırğızıstan münasibətləri — Qırğızıstan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli əlaqələr. Birləşmiş Krallıq 20 yanvar 1992-ci ildə Qırğızıstanın müstəqilliyini tanıdı, diplomatik əlaqələr həmin il 12 iyun tarixində quruldu. Qırğızıstanın Birləşmiş Krallıqda ilk səfiri 1997-ci ilin sentyabrında gəldi. Qırğızıstan səfirliyi Londonun Marilebon rayonundakı Ascot House binasında yerləşir. 1992–2012-ci illərdə Britaniyanın Qazaxıstandakı səfiri Qırğızıstanda da akkreditə olunmuşdur. Bişkekdəki İngilis səfirliyi 2011-ci ilin dekabrında fəaliyyətə başladı. Qırğızıstandakı yeni səfir rəsmi olaraq 2012-ci ilin martında etimadnamələrinin surətlərini Xarici İşlər Nazirinə təqdim etdikdə vəzifəsinə başladı. Öz növbəsində, son illərdə Qırğızıstan Respublikası Hökuməti aşağıdakı islahatları həyata keçirmişdir: — sərmayələri təmin etmək və qorumaq üçün xarici investorlar üçün ən əlverişli tənzimləmə rejimini seçməyə imkan verən bir sabitləşmə rejimi tətbiq edilmişdir; — Fəaliyyəti sahibkarların hüquqlarının və qanuni mənafelərinin dövlət müdafiəsinin təmin olunmasına və dövlət orqanları, yerli hakimiyyət orqanları, qurumlar və dövlət müəssisələri tərəfindən onlara riayət olunmasına yönəldiləcək Biznes Ombudsmanı İnstitutunun yaradılması haqqında fərman imzalandı. və vəzifəli şəxslər; — 1 yanvar 2019-cu ildən etibarən Qırğızıstan Respublikasında iki il — 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olan sahibkarlıq subyektlərinin yoxlamalarına moratorium tətbiq edildi. On səlahiyyətli orqan tərəfindən həyata keçirilən sahibkarlıq subyektlərinin yoxlamalarına aiddir; — maliyyə islahatlarının birinci mərhələsi başa çatdı, nəticədə bölgədəki maliyyə qanunvericiliyinin ən liberal şərtlərindən birinə sahib olduq; — Dünya Bankının Doing Business — 2019 reytinqinin son hesabatında, Qırğızıstan Respublikası yerini 7 pillə yaxşılaşdıraraq dünyanın 190 ölkəsi arasında 70-ci yeri tutdu.
Braziliya Qırmızı Xaç Cəmiyyəti
Braziliya Qırmızı Xaç Cəmiyyəti (ing. Brazilian Red Cross, port. Cruz Vermelha Brasileira) — 1978-ci ildə təsis edilib və baş qərargahı Braziliyada yerləşir.
Börü (Qırğızıstan)
Börü (qırğ. Бөрү) Qırğızıstan Respublikasının Oş vilayətində bir kənddir.
Böyük qırmızı ləkə
Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur. İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir.
Böyük qırğı
Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bəzən Quzuqapan və Şahbaz da adlanır. (III — VU). Həssas, sayı azalmaqda olan növdür. Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır . Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika.
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti
BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının Birləşmiş Ərəb Əmirliklərindəki filialı. 1983-cü ildə Şeyx Zayd bin Sultan Al Nahyanın dəstəyi ilə yaradılmışdır. Təşkilatın əsas məqsədi BƏƏ-nin sərhədləri daxilində sistemli şəkildə Qırmızı Aypara cəmiyyətinin əməliyyatlarını həyata keçirtməkdir.
Düyünlü qırxbuğum
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.

Значение слова в других словарях