QIR

i. asphalt; ~ tökmək to asphalt (d.), to lay* (d.) with asphalt; ~ vermək məc. d.d. to flirt (with), to coquet(te) (with), to give* oneself airs

QIPQIRMIZI
QIR-QIC
OBASTAN VİKİ
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Qır at
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Qır kəndi (Poldəşt)
Qır kəndi (fars. قيركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (73 ailə).
Düyünlü qırxbuğum
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Eilabun qırğını
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . == Səbəbləri == Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Erməni-azərbaycanlı qırğınları (1905-1906)
Azərbaycan–erməni qırğınları (Azərbaycan mənbələrində erməni–müsəlman davası (az.-əski. ارمنی مسلمان دعواسی‎), erməni–müsəlman müharibəsi (erm. ارمنی مسلمان محاربهسی); rus və erməni mənbələrində erməni–tatar qırğını (rus. армяно–татарская резня; erm. հայ–թաթարական ընդհարումներ), erməni–türk müharibəsi (erm. հայ-թուրքական պատերազմ)) — inqilab zamanı ermənilərin və azərbaycanlıların arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi.
Fuyu qırğızları
Fuyu qırğızları — Çinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir. 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib. == Tarixi == Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar. Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində). Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar. == Öyrənilməsi == Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap.
Gecə qırıcısı
Gecə qırıcısı, gecə və ya pis hava şəraiti zamanında istifadə edilə biləcək şəkildə yaradılmış qırıcı təyyarə növüdür. Gecə qırıcı təyyarələrindən Birinci dünya müharibəsi dövründən başlayaraq istifadə edilməyə başlanılmış və xüsusi ilə gecələr hərbi əməliyyatlar aparmaq üçün yaradılmış növləri özündə birləşdirmişdir.
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. == Həyat tərzi == Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hertsin qırışıqlığı
Hindistan Qırmızı Xaç Cəmiyyəti
Hindistan Qırmızı Xaç Cəmiyyəti (ing. Indian Red Cross Society, IRCS) — insan həyatını və sağlamlığını qorumaq üçün Hindistanda yerləşən könüllü bir humanitar təşkilatdır. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyətin missiyası fəlakətlərə / fövqəladə hallara və həssas insanların və icmaların sağlamlığına və qayğılarına yardım etməkdir. Hindistanda 700-dən çox filial şəbəkəsi var. Cəmiyyət Qırmızı Xaç emblemini digər beynəlxalq Qırmızı Xaç cəmiyyətləri ilə vahid bir emblem kimi istifadə edir. Könüllülük, 1920-ci ildə qurulduğu gündən etibarən, Hindistan Qırmızı Xaç Cəmiyyətinin əsas diqqət mərkəzində olmuşdur, cəmiyyətin "Gənclik" və "Yeniyetmələr" adlı könüllülük proqramları mövcuddur. Cəmiyyət, Hindistandakı Müqəddəs Con Ambulansı ilə yaxından əlaqələndirilir. == Tarixi == Birinci dünya müharibəsi dövründə Hindistanda yaralanan əsgərlər üçün yardım xidmətləri qurumları, Birgə Müharibə Komitəsinin şöbəsi tərəfindən, Müqəddəs Con Ambulans Assosiasiyası ilə Britaniya Qırmızı Xaç Cəmiyyəti arasında əməkdaşlıq etdi. 3 mart 1920-ci ildə Sir Klod Hill tərəfindən Hindistan Qanunvericilik Şurasına Britaniya Qırmızı Xaç Cəmiyyətindən müstəqil olaraq fəaliyyət göstərən Hindistan Qırmızı Xaç Cəmiyyəti yaratmaq üçün bir layihə təqdim edildi.
Hindistan–Qırğızıstan münasibətləri
Hindistan–Qırğızıstan münasibətləri — Qırğızıstan və Hindistan arasındakı ikitərəfli münasibətlər. == Tarix == Tarixən Hindistanın Orta Asiya ilə, xüsusən də müasir Qırğızıstan ərazisini əhatə edən Böyük ipək yolunun bir hissəsi olan ölkələrlə sıx əlaqələri var idi.. Sovet dövründə Hindistan və Qırğızıstan SSR arasında məhdud siyasi, iqtisadi və mədəni əlaqələr mövcud olmuşdur. Baş nazir Raciv Qandi 1985-ci ildə Bişkek və İssık-Kul gölündə olmuşdur. 18 mart 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. Hindistanın daimi nümayəndəliyi 1994-cü ildə açılmışdır. == Ölkələr arasındakı münasibətlər == === Siyasi münasibətlər === Qırğızıstan Respublikası ilə siyasi əlaqələr ənənəvi olaraq isti və mehriban olmuşdur. Qırğızıstan rəhbərliyi Hindistanın Kəşmirlə bağlı mövqeyini böyük ölçüdə dəstəkləmiş və davam edən sülh prosesini alqışlaçışdır. Baş nazir Narendra Modi 11-12 iyul 2015-ci il tarixlərində, ikinci dəfə isə 13-14 iyun 2019-cu il tarixlərində Qırğızıstanda səfərdə olmuş, bunun çərçivəsində Strateji Tərəfdaşlığın yaradılması barədə birgə bəyannamə imzalanmışdır. == Parlament mübadiləsi == Qırğızıstan Parlamentinin Qanunvericilik Məclisinin o zamankı sədri cənab Usup Mukambayevin rəhbərlik etdiyi parlament nümayəndə heyəti 25 iyul-1 avqust 1997-ci il tarixlərində Hindistana səfər etmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
II Nadir şah Qırxlı-Avşar
II Nadir şah Əfşar —(d. ? -ö. 1805) Əfşarlar İmperiyasının 5-ci və sonuncu şahənşahı (1796–1805). == Həyatı == Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum edərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş verən qarışıqlıq və qardaşı Hüseynqulu xanın iğtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb səltənətə yiyələnmək istədi.
Kamal (Qırxbulaq)
Kamal — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. == Tarixi == Kənd 1918-ci ildə dağıdılmışdır.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Kiçik qırxbuğum
Kiçik qırxbuğum (lat. Polygonum minus) - qırxbuğum cinsinə aid bitki növü.
Kütləvi qırğın silahları
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Kütləvi qırğın silahı
Kütləvi qırğın silahı — Kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahlar aiddir. Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim yeniləşməkdədir. == Nüvə silahı == Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == Kimyəvi silah == Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə – raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Kəkilli qırğı
Kəkilli qırğı (lat. Accipiter trivirgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Kələkötür qırxbuğum
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. == Qırğın ərəfəsi == Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. == Kütləvi qırğın == Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. == Nəticə == İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Mahsun Qırmızıgül
Mahsun Qırmızıgül — (türk. Mahsun Kırmızıgül; 1 aprel 1968 və ya 26 mart 1969, Diyarbəkir), Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı. == Həyatı == Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Qırmızıgül 1969-cu ildə Diyarbəkir ilinin Hani ilçəsində Vəzir kəndində anadan olmuşdur.. Mahsun Qırmızıgülün əzəli Azərbaycan torpağı, türklüyün beşiyi hesab olunan Urmiya şəhəri üçün kürdcə mahnı oxuması və mahnıda "Urmiya mənim ölkəmdir" sözünü işlətməsi Azərbaycan türkləri arasında narazılıqla qarşılanıb. Onun Urmiya şəhərini Kürdüstanın bir hissəsi kimi göstərməsi Urmiya tarixi üçün açıq saxtakarlıq kimi qiymətləndirilib.

Значение слова в других словарях