1. Göz yumub açınca keçən vaxt; an, ləhzə.
Dilbər bir qırpım dayandı.
Bircə qırpım sürən şaşqınlıqdan sonra gənc qız … qəzəblə dilləndi.
□ Bir qırpımda, bir göz qırpımında – bir anda, göz açıb yumunca, çox tez.
Bir qırpımda divardan aldı ələ qılıncı.
Bir qırpımda gedirəm min illik bir həyata.
[Ayaz] bir göz qırpımında atın üstünə sıçrayıb … gözdən itdi.
2. Heyvanın (qoyunun, inəyin və s.-nin), yaxud qazın bir dəfəyə qırpa biləcəyi qədər az miqdar. Bir qırpım ot. Bir qırpım yonca.