1. Bir şeyin büküldüyü, qatlandığı yerdə qalan iz; bükük yeri, bürüşük. Paltarın qırışlarını ütü ilə düzəltmək.
2. Üz, bədən dərisində və s.-də əmələ gələn dərin cizgi, qırışıq.
Qəhrəman aralandıqca Nubar qarının qara və qırış ( sif. ) sifətini daha yaxşı görür.
Məşədibəy cavab vermədi. Onun üzündəki qırışlar daha da sıxlaşdı.
[Maralın] alnının ortasındakı qırış açıldı.
// Yer qabığı laylarında əmələ gələn dərin qırışıq.
[Tektonik] qüvvələrin təsirindən laylar müxtəlif qırışlara çevrildi.
◊ Üzündəki qırışlar (üzünün qırışları) açılmamaq – ürəyi açılmamaq, qaşqabağı açılmamaq, üzü gülməmək.
Lotuoğlu məclisin ortasına çıxıb bir çox gülməli oyunlar çıxardısa da, xanın üzündəki qırışların biri də açılmadı.