QƏHQƏHƏ

is. [ ər. ] Bərkdən gülüş, səslə gülmə.
Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi.
Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq.
Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülümsünərək ayağa qalxdı. S.Rəhman.

□ Qəhqəhə çəkmək – qəhqəhə ilə gülmək; bərkdən, səslə gülmək.
Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov.
Sitarə ata-anasını görcək, qəhqəhə çəkib … deyirdi: – Bilmirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Çəmənzəminli.

Синонимы

  • QƏHQƏHƏ qəhqəhə bax gülüş
  • QƏHQƏHƏ gülüş — qaqqıltı

Антонимы

  • QƏHQƏHƏ QƏHQƏHƏ – AĞLAŞMA Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu (A.Şaiq); Ağlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getm
QƏHƏTLİK
QƏHMƏR
OBASTAN VİKİ
Qəhqəhə qalası
Qəhqəhə qalası (Qah Qah Qalası) — İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala. == Tarixi == Meşkinşəhrin hər daşının, torpağının altından mütləq Azərbaycan tarixinə məxsus bir abidə çıxır. Arxada gördüyümüz bu qala tarixdən bizə yaxşı məlum olan Qəhqəhə qalasıdır. Babək dövründə müdafiə məqsədi ilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir. Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur.

Значение слова в других словарях

азиа́ты владе́лец заболта́ться заледене́ние маньчжу́ры наткну́ть о́тчий толстоко́жесть убыва́ть хиндуста́ни до опьяне́ния захло́пать куросле́п отма́лывать парикма́херша смыка́ться стихи́йность корбас статут indecorous stand-off zonk истечение отстаиваться прохиндей