QƏLP

sif.
1. Saxta, yalançı, yapma, qayırma. Qəlp pul.
– Gümüşüm tunc oldu, zərü zibam bez; Qəlp çıxır aldığım mal, qoca bəxtim! Aşıq Ələsgər.

2. Paxıl, qeyri-səmimi, riyakar, yaramaz, pis. Qəlp adam.
– Bu sözləri mən ondan ötrü ərz edirəm ki, dünyada qəlp adam çoxalıbdır. C.Məmmədquluzadə.

3. Tənbəl, canını işə verməyən. Bu öküz çox qəlp öküzdür, heç işləmək istəmir.

Синонимы

  • QƏLP saxta — yapma — qayırma
  • QƏLP paxıl — riyakar
  • QƏLP qəlp bax 1. saxta 1; 2. paxıl
QƏLLƏ
QƏLPƏ

Значение слова в других словарях